Müsəlman futbolçunun başına pivə tökdülər (Foto,Video)

Müsəlman futbolçunun başına pivə tökdülər (Foto,Video)

Riberi Boatenqi ömürlük danışdırmayacaq

Almaniyada müsəlman futbolçunun başına pivə töküblər. Hadisə “Bavariya”nın qələbəsi ilə nəticələnən qarşılaşmanın sonunda baş verib. Məlumata görə, oyunçu Cerom Boatenq komandanın müsəlman oyunçusu Frank Riberinin dalınca qaçaraq əlindəki pivə şüşəsini onun başına boşaldıb. Baş verənlərə görə əsəbləşən Riberi Boatenqi ömürlük danışdırmayacağını bəyan edib.

Riberi daha əvvəl belə zarafatlar etməmələri üçün komanda yoldaşlarına xəbərdarlıq etdiyini bildirib: “O mənim müsəlman olduğumu bilir. Bunu bilə-bilə də belə hərəkət etdi”.

Xatırladaq ki, Frank Riberi daha əvvəl komanda yoldaşları ilə şəkil çəkdirərkən onlar kimi əlinə pivə stəkanı götürməyib, bunun yerinə sadəcə baş barmağını qaldırmaqla kifayətlənib.


mənbə: anspress.com


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: İdman Oxunub: 3372 Tarix: 17.05.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər