Xalq artisti: İnəkləri tövlədən çıxardılar, biz girib oxuduq

Xalq artisti: İnəkləri tövlədən çıxardılar, biz girib oxuduq- Yalçın müəllim, xeyli vaxtdır efirlərdən uzaqsınız. Səbəb nədir?

- Sənətkarın yaradıcılığında durğunluq varsa, bu, sənət ölümüdür. Sənətkar həmişə hərəkətdə olmalı, öz üzərində işləməlidir. Nə qədər dahi də olsan, xidmətlərin də olsa, tarixə də düşsə, mütəmadi işləmək, yeniliklərdən xəbərdar olmaq vacibdir. Yeni mahnılar yazdırıram, çalışıram.

- Retro mahnıları yenidən yazdırırsınız, yoxsa, müasir mahnılardır?

- Hamısı yeni mahnılardır. Sizə maraqlı bir faktı deyim ki, Qızıl Fondda 750-dən artıq mahnım var. Hələ ondan sonra da xeyli mahnılarım var ki, dövlət radiosuna verilməyib. Yaradıcılıq proqramında yeni albom buraxdırmaq var. İki il əvvəl böyük bir albomum çıxdı. Orda səksənə qədər dəyərli mahnılar var idi. Bu yaxınlarda bəstəkar İqbal Ağayevlə ikimizin CD-miz çıxmalıdır. Hazırda bəstəkar Kamalın bir neçə gözəl mahnılarını hazırlayıram. Çalışacağam ki, bu mahnıları beynəlxalq arenaya çıxarım. Həm də Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Norveçdən bir neçə dəfə mənə müraciət olunub. Şərait olsa, çox istərdim ki, Azərbaycan bəstəkarlarının mahnılarından ibarət albomum orda da çıxsın. Türkiyədən bir neçə dəfə zənglər olub, kömək etməyə də söz veriblər. Amma orda çalışmağa vaxt yoxdur.

- Bəs gördüyünüz bu qədər işləri niyə tamaşaçılara, efirlər təqdim etmirsiniz?

- Heç vaxt mahnılarıma təqdimat eləməmişəm. Ehtiyac varmı ona? Təxminən iki ay öncə studiyada bir mahnı oxudum. Dəfələrlə zəng vurdular ki, Yalçın müəllim, qurban olum, onu verin də pul qazanaq. Dinləyicilər bu mahnının efirdə eşidib bəyənmişdilər. Heç vaxt birdəfəyə bir neçə mahnı oxumuram. Çalışıram ki, ifam daha keyfiyyətli və uzunömürlü olsun. Bəxtiyar Vahabzadə, Cabir Novruz kimi böyük şairlərlə işləmişəm, sözlərə çox diqqətliyəm, ciddi yanaşıram. Heç bir ifa klassikliyini itirməməlidir. Bununla həm sənətimin, həm də özümün şəxsiyyətimi qoruyuram.

- Gənc ifaçılar tez-tez sizin repertuarınıza müraciət edirlər. Münasibətiniz necədir?

- Çox yaxşı. Tək gənclər yox, yaşlılar da ifa ediblər. Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva və onlardan başqa otuza yaxın ifaçılar mahnılarımı oxuyublar. Hətta "Dədə Qorqud" filmindəki mahnını da kimsə oxuyub, heç adını da bilmirəm.

- Estradada bəyəndiyiniz ifaçılar var?

- Sizcə mən zəif sənətkaram? Hər halda La Skalaya qədər gedib çıxmışam. Müslüm Maqomayevlə, Snyavski ilə orda şəkillərim də var. Dünyanın 54 ölkəsinin səhnəsində olmuşam, universitetdə kafedra müdiriyəm, altı ildir qəbul imtahanlarında sənət üzrə imtahanı özüm götürürəm. Sənət və səs məni təəccübləndirməlidir. Bu saat məni kim təəccübləndirə bilər? Düzdür, yaxşı səslər var. Sizə bir misal çəkim. Məsələn, daşı götürün atın divara. Əgər o divardan qayıdırsa, deməli zəifdir. Mahnıda belədir-ürəyi vurub keçməlidir.

- Belə başa düşdüm ki, ifaçı sənətkarı təəccübləndirmirsə, yüksək səviyyədən söhbət gedə bilməz.

- Yox o cür deməzdim. Bu arada sizin vasitənizlə həmkarlarınıza iradımı bildirim. Bir dəfə mənim adımdan yazıblar ki, Yalçın Rzazadə deyir mən nə Rəşid Behbudovun, nə Şövkət Ələkbərovanın qarşısnda əyilməmişəm. Bu nə söhbətdir?

- Bizim qəzetdə demədiyiniz heç nə yazıla bilməz.

- Mən elə söz deyə bilmərəm. Çünki həmin dahilərin ruhuyla, sənətiylə böyümüşəm. O ki qaldı səviyyə məsələsinə, yaxşı oxuyanlarımız çoxdur. İstərdim ki, onlar tək Azərbaycanda yox, hüdudlardan kənarda böyük səhnələrdə konsertlər versinlər.

- Bunu etməyə nə imkan vermir-səs imkanları, texnika, maliyyə?

- Burda maliyyə imkanları da çox şeyi həll edir. Amma insanın özündən də şox şey asılıdır. Sovet dövründə çox ölkələrdə olmuşam və indi də gedirəm. Şəxsən mənim dəfələrlə hansısa xarici ölkədə qalmaq imkanım olub. Vətənimi, millətimi çox sevirəm, Bakısız qala bilmərəm deyə qəbul etməmişəm.

- Heydər Əliyevin 90 illiyi ilə bağlı tədbirlərdə görünmədiniz. Dəvət olunmamışdınız, yoxsa?

-Həmin tədbirlərdə iştirak etməməyim səhhətimlə bağlı idi.

- Yeri gəlmişkən, indi özünüzü necə hiss edirsiniz?

- Ürəyimdə problem var idi, indi də başgicəllənmələr olur. Efirə, səhnəyə çıxmağa qorxuram. Deyim ki, Heydər Əliyevlə dəfələrlə görüşmüşəm, kefimi, əhvalımı soruşub. 1979-cu ildə cavan uşaq idim, "əməkdar artist" fəxri adı vermişdi mənə. "Xalq artisti" fəxri adını da ondan almışam, ən gənc vaxtımda iki dəfə Ali Sovetin fəxri fərmanını verib.

- İlk fəxri adınızı 33 yaşınızda almısınız. İndi gənclər 2-3 il səhnədə görünəndən sonra fəxri ad, dövlətdən ev istəyirlər...

- Bunun üçün böyük xidmətlər olmalıdır. Görün mən hansı bəstəkarların arasında böyümüşəm? Tofiq Quliyev, Cahangir Cahangirov, Oqtay Kazımi, Emin Sabitoğlu, Eldar Mansurov, Elza İbrahimova, Ramiz Mirişli, Aydın Ağasiyev, Firəngiz Babayeva kimi bəstəkarlar, Simfonik orkestr, Estrada orkestri, Xalq Çalğı Alətləri Orkestri kimi musiqi kollektivləri görmüşəm. "Dan ulduz" mənimlə yaranıb. Dahi Vaqif Mustafazadə ilə on ilə yaxın işləmişik, "Xatirə" ansambl"ını yaratmışıq. "Dədə Qorqud", "Qaynana", "Gün keçdi", "Baladadaşın ilk məhəbbəti" və bu kimi onlarla kinofilmin sountrekini ifa eləmişəm. O ifaların hamısı bu gün də sevilir. Yəni fəxri də və sair istəmək üçün hansısa xidmətin olması mütləqdir. Ümumiyyətlə, mən fəxri ada ciddi yanaşıram. Dahi sənətkarlar Barış Manço, Pavarotti, Zəki Müren xalq artisti idi? Mən fəxri adı 33 yaşımda alsam da, bundan əvvəl iki dəfə Ali Sovetin fəxri fərmanını almışdım, axı işləyirdim, əziyyət çəkirdim. Efirə ilk dəfə yeni geyimlərlə çıxdım. Bu bir inqilab idi. İllərdir Bakının səhəri mənim ifa elədiyim "Bakı sabahın xeyir" mahnısı ilə açılır. Pambıq çöllərində oxumuşuq, günün altında burnumuzdan qan açılırdı.

- Bu yaxınlarda xalq artisti fəxri adı daşıyan iki xanım sənətçi arasında böyük məhkəmə qalmaqalları yaşandı. Bir sənətkar kimi bu hadisəyə münasibətiniz necədir?

- İlhamə də mənim dostumdur, Nazpəri xanım da mənim kafedramda işləyir. Hərəsinin öz səsi, öz yolu var. İlhamənin də zəhməti böyükdür. Əvvəl millətimizdə hörmət, ehtiram var idi. Böyük sənətkarlar gələndə kiçiklər ayağa qalxırdılar, yol verirdilər. Bu kimi xüsusiyyətlər qalsa, daha yaxşı olar. Şövkətin də, Rəşidin də vaxtında söz-söhbətlər olub. Amma bu şeyləri açıq formada heç kimə bildirmirdilər.

- Ümumiyyətlə, fəxri adlar lazımdırmı?

-Bu cür söz-söhbətlərə, hay-küyə görə yox. Təsəvvür edin, Tofiq Quliyev, Cahangir Cahangirov da xalq artistidir, dünən üç dənə mahnı oxuyan da. İnanın ki, pambıq tarlalarında, tövlələrdə oxumuşuq.

- Hətta tövlələrdə?

- Bəli, tövlədə. Kəndə getmişik, konsert verməyə yer olmayıb, yağış yağıb. İnəkləri tövlədən çıxarıb bir balaca təmizləyiblər, mikrofonsuz filansız konsert vermişik. Ölkəmizin kəndlərindən tutmuş böyük səhnələrə, İslandiyaya, Anqolaya, Konqoya qədər gedib çıxmışıq. Hələ Rusiyanın şəhərlərini və Avropanı demirəm. Amma indiyə kimi bunları dilimə gətirməmişdim. Bu gün "şou","şou əhli" deyirlər. Şounun yüz il tarixi var. Toyda, restoranda oxumaq şou deyil.

- Bildiyimə görə toylara getməmisiniz.

- Nadir hallarda əziz adamlarımın toyunda iki-üç mahnı oxumuşam.

- Yəni müğənni toya getməməlidir?
- Əvvəla toya getmək ayıb deyil. Toyda qazanılan pulun qarşılığında əziyyət çəkirsən, tər tökürsən. Bəs müğənni mahnını almaq üçün hardan pul qazansın? Mahnını satırlar da, havayı deyil ki. Aranjiman, səsyazma hamısı puldur.

- Siz vaxtında toylara getməmisiniz və bu qədər mahnılar oxumusunuz. Bəs siz hardan qazanırdınız?

- Mən demirəm ki, yaxşı yaşayıram. Maaşla, təqaüdlə dolanıram. Yəni acından ölmürəm. Çünki püxtələşmiş sənətkaram. Mənə Türkiyədən dostlarım elə şeylər göndərir ki, burdakı dükanlarda görməmişəm.

- Nələr?

- Geyimlərdir.

- Sizin xeyli sayda fərqli üslübda olan səhnə geyimləriniz var idi. Onları kolleksiya saxlayırsınızmı?

- İndi zövqlər dəyişir. Zövqlü oğlan və qızlarımız çoxdur.Saçaqlı dəri gödəkçələrim üç-dörd dənə idi. Birini saxlamışam. Köynəklərim və bəzi əşyalarım qalıb.Kolleksiyanın olması üçün Kirkorovun, Alla Puqaçovanın evi kimi evin olsun, böyük qarderob düzəltdirəsən. "Xruşovka"da nə kolleksiya saxlayacağam?

- İndi düşünürsünüzmü ki, kaş zamanında xaricdən edilən təklifləri qəbul edərdiniz?

- Əlbəttə. Kaş mənim də xasiyətim başqa cür olardı, toylara gedərdim. Amma xarici ölkədə qala bilməzdim. Valideynlərimin məzarı burdadır, bu torpağa bağlı adamam. Təsəvvür etmirəm ki, məni yad torpaqda dəfn etsinlər. Tam səmimi deyirəm ki, öz millətimin, torpağımın böyük patriotuyam. İndiyə kimi 13 cəbhəyanı bölgədə olmuşam. Mənə zirehli jilet geyindiriblər ki, snayper vurar. Özümlə bir dəfə də kamera aparmamışam. Çünki böyük olaraq gənclərə dəstək üçün getmişəm. Məndə "pokazuxalıq" olmayıb və ən zəhləm gedən sözdür. Bir şey mənim içimdən gəlirsə, onu niyə reklam etməliyəm?Bir ata kimi millətimin səngərdə olan balalarını yanında olmaq borcumdur.

mənbə: bakuinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2365   Tarix: 15 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Onları rəzil edəcəm!" - Ülviyyə Xəlilbəyli

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o öz instaqram hesabında hekayə paylaşıb:. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağ

27.03.2024 990
.

İlkin qızının ad günündən görüntü paylaşdı

Aparıcı İlkin Həsəninin qızı Alisin ad günü olub. Axşam.az xəbər verir ki, aparıcı övladı üçün evində məclis edib. İlkin ad günündən görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Qeyd edək ki, İlkin bloger Aysellə ailəlidir. Cütlüyün iki övladı var

26.03.2024 964
.

"3-4 müğənninin təbliğatını aparırsınız?" - Nuradan aparıcıya etiraz

"Özümə söz vermişəm, bundan sonra heç bir müğənni ilə bağlı suala cavab verməyəcəyəm. Elə bil bütün verilişlərə pul veriblər ki, eyni müğənnilər haqqında hamıya sual verirlər". Axşam.az xəbər verir ki, bunu müğənni Nura Suri "Rəngarəng səhər" verilişində deyib. Sənətçi aparıcı Ayse

24.03.2024 492
.

"Moskvadakı yaxınlarım üçün narahat idim"

Müğənnilər Sevil və Sevinc Səfərovalar Moskvada baş verən terror hadisəsi ilə bağlı paylaşım edib. OLAY yazır ki, onlar instaqram hesablarında bu sözləri paylaşıblar:. coskvada yaşananlar hər birimizi çox üzdü. Rəfiqələrim, yaxınlarım üçün narahat idim. Allah hər kəsə kömək olsun"

24.03.2024 445
.

Rihanna dəyişdi - Foto

Barbadoslu dünyaca məşhur müğənni Rihanna yeni görünüşü ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı Kaliforniyanın Santa Monika şəhərində paparatsilərin obyektivinə tuş gəlib. Rihanna qara uzun saçlarını kəsdirərək sarı rəngə boyadıb

24.03.2024 494
.

Tanınmış aktyor Salehin babası imiş - FOTO

Aparıcı Saleh Bağırov atası və babaları ilə bağlı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında post yayımlayıb. Saleh ailə üzvlərinin teatr və kino xadimləri olmasını vurğulayıb:. "Sadıq Saleh Bağırov teatr və kino aktyoru olub. "O olmasın, bu olsun"

23.03.2024 1872
.

"Reytinqə görə verilişlər korlandı"

Müğənni Elnarə Xəlilova Əməkdar artist Elnarə Abdullayevanın sözlərinə dəstək olub. Axşam.az xəbər verir ki, ifaçı sğnət adamlarına səsləni:. "Reytinq adı altında verilişlərimiz korlandı. Musiqimizi bərbad hala saldılar. Artıq dur deməyin vaxtıdır. Sənəti bilənlər, Azərbaycan musiqisinin qeydin

26.03.2024 647
.

Röya Ayxanın təxirə düşən konserti ilə bağlı AÇIQLAMA - FOTO

Xalq artisti Röya Ayxanın Moskvada təxirə düşən konserti ilə bağlı təşkilatçılardan açıqlama verilib. xəbər verir ki, "Caspian music"in yaydığı məlumatda qeyd edilib:. "Röya Ayxanın konserti daha uyğun bir tarixə qədər təxirə salınıb. Bütün biletlər qüvvədə qalacaq. Yeni tarix və saatl

25.03.2024 802
.

Özündən 23 yaş böyük xanımından danışdı

Yeni çəkiləcək "Ceyms Bond" filmi ilə gündəmə gələn aktyor Aaron Teylor-Conson özündən 23 yaş böyük qadınla evlənmə səbəbini açıqlayıb. OLAY yazır ki, 33 yaşlı aktyor yaşıdlarından tez böyüdüyünü dilə gətirərək bu addımı atdığını deyib:. "Çox insanın 20 yaşlarında etdiyini mən 13 yaşınd

24.03.2024 336