Bakı yaxınlığında valehedici layihə (Fotolar)
Bakı yaxınlığında, Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində, daha dəqiq desək, Qumyataq gölünün sahilində "Azərbaycan Təbiət Aləmi" adlı Zooloji parkın tikintisi layihəsi davam edir.
Belə ki, Zooloji park tamamilə alternativ enerji ilə özünü təmin edəcək. Burada günəşdən gələn istiliyi enerjiyə çevirən xeyli xüsusi lövhələr quraşdırılacaq. Zooloji park əsasən 10 əsas hissədən ibarət olacaq:
1. Şimalı Amerika zonası
2. Afrika
3. Qütb
4. Avstraliya
5. Bataqlıqlar
6. Səhra
7. Meşə-savanna
8. Ekvatorial
9. Cənubi Amerika
10. Dağlıq
Hər zonada onun təbii mühitinə uyğun bitkilər yetişdiriləcək və buraya aid olan heyvanlar-canlılar yerləşəcək. Hər bir canlının yaşaması üçün maksimum uyğunlaşma prosesi həyata keçiriləcək. Süni dağlar, şəlalələr, çaylar, su hövzələri, qayalıqlar yaradılacaq. Bəzi heyvanlar təbiətdə olduğu kimi birgə yaşayacaqlar.
Zooloji parkın özəlliklərindən biri də burada insanlara heyvan əldə etmək, saxlamaq, yetişdirmək, artırmaq və.s qaydalarını öyrədilməsi kursları, məsləhətxananın nəzərdə tutulmasıdır.
Eyni zamanda sakinlər parka öz heyvanlarını sata, hədiyyə edə bilərlər. Zooloji parkın müxtəlif yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi də planlaşdırılır. Yeni parkda çoxlu su hövzələri, dünyanın hər bir yerinə uyğun təbii iqlim qurşaqları yaradılacaq.
Burada həm də vaxtaşırı heyvanat sərgiləri təşkil olunacaq. Parkda yaşıl zona prinsipinin də həyata keçirilməsi nəzərdə tutulub. Müxtəlif kurslar da təşkil olunacaq. Burada uşaqların, ailələrin, yeniyetmələrin canlı təbiətlə münasibətini, heyvanlar aləminin tanıdılmasını, Qırmızı kitab və digər sahələr üzrə məlumatlar veriləcək.
Qeyd edək ki, parkın 550 min kvadrat metr (55 hektar) sahəsi olacaq. Bakıdan 20 kilometr məsafədə salınan parkda 224 növdə 1518 heyvan yerləşdiriləcək. Bu zooloji park Qafqaz regionunda ən böyük olacaq. Parkın yaradılması üçün Azərbaycan 70-dən artıq ölkənin mütəxəssisləri ilə əməkdaşlıq edir və onlar vaxtaşırı layihə ilə bağlı işlərə görə ölkəmizə gəlirlər.
Publika.Az nəhəng təbiət incisinə çevriləcək Zooloji parkın bəzi eskiz və landşaft fotolarını təqdim edir.
mənbə: publika.az

















BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 6415 Tarix: 12 may 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOvuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875 Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ
14.09.2021 1051 Doğum evində skandal: 20 il sonra məlum oldu ki...
İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus
12.09.2021 2121 Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 Zooloqlar inəklərə görün nəyi öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas
15.09.2021 960 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571