Kaka: Mourinyo Realda qalsa, bəzi futbolçular komandadan ayrılacaq

Kaka: Mourinyo Realda qalsa, bəzi futbolçular komandadan ayrılacaq

"Real"ın futbolçusu Kaka klubundan ayrılmaq istəmir.

Bu barədə futbolçu "Marca"ya açıqlamasında deyib.
 
Bildirib ki, "Kral klubu"nda daha iki il qalmaq niyətindədir: "Bu mənim ən böyük hədəfimdir. Daha çox forma geymək şansımın olmasını istəyirəm. Braziliyaya getmək fikrim yoxdur. Avropada qalacam. Bir neçə ildən sonra bəlkə vətənimə dönə bilərəm".

Braziliyalı futbolçu yeni mövsümdən Madrid klubunu Karlo Ançellotinin çalışdıracacağı haqqında yayılan fikirlərə də münasibət bildirib: "Ançelotti karyeramın  ən yaxşı illərini birlikdə keçirdiyim baş məşqçidir. Mourinyonun komandada qalıb-qalmayacağını bilmirəm. Ancaq qalsa, bəzi oyunçular komandadan ayrıla bilər".


mənbə: qol.az

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 2115 Tarix: 05.05.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
R788
R788 06.09.2013
tesekkurler
♥ Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin.♥

♥ Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. ♥ (V.Hüqo)


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər