Bitki mənşəli yağlar və faydaları

Bitki mənşəli yağlar və faydalarıAcı badam yağı
Öskürək kəsici, sidik artıran, qurd düşürən və şəkər xəstəliyi üçün istifadə edilir. Quru və çatlaq dəri baxımında təsirlidir. Stress və yorğunluq üçün masaj yağı olaraq istifadə edilir.
Bir çay stəkanı suya 2 damcı damcıladıb gündə 3 dəfə içilir. Xüsusilə, uşaqlar qəbz olarkən badam yağı bərabər miqdarlarda bal və bəkməz ilə qarışdırılıb 4-5 saatdan bir çay qaşığı verilir.
DİQQƏT: Yüksək miqdarlarda qəbulu zərərlidir.

Zirə yağı
Uşaqlarda və həmçinin mədədə olan qaz problemini aradan qaldırır. Tər kəsici və sidik artıran təsirləri vardır. Astma və qadınlarda aybaşı nizamsızlıqları hormon tənzimlənməsində istifadə edilir. Dəri baxım və təmizliyində təsirlidir. On iki barmaq bağırsağındakı yaralara da faydalıdır.
2-10 damcı bir şəkər parçası üzərinə damcıladıb və ya bir fincan suya 4-5 damcı damcıladıb gündə 3 dəfə istifadə edilir.
DİQQƏT: Daha yüksək miqdarda qəbul edildiyində yüngül bir sərxoşluq sonra yuxu meydana gətirər.

Çəmənotu yağı
Sidik qovucudur, qazı aradan qaldırar, qan dövranını artırar, bronxitə və sinüzit, sarılıq və qaraciyər xəstəliklərində istifadə edilir. Yuxusuzluğu və sinir sistemini tənzimləyir. Xolestrolu nəzarətdə saxlayır.
Bir stəkan suya və ya şəkərə 2-3 damcı damcıladıb gündə 3 dəfə istifadə edilə bilər. Sinüzit, revmatizm ağrılarına, sızanaqlar üzərinə qoyularaq istifadə edilə bilər.

Buğda yağı
Hüceyrə yeniləyici, yanıq, yara və digər dəri problemlərində qırışıqlıqlarda təsirli olaraq istifadə edilir. Bundan başqa həssas və köhnəlmiş saçlar üçün faydalıdır. Dəri ləkələri, günəş ləkələri və doğum ləkələrini aradan qaldırar.

Daxilən gündəlik bir çay qaşığı istifadə olunur. Saç və dəri üçün masaj şəklində tətbiq edilir.

Qoz yağı
Quru dərilərdə yumşaldıcı və qidalandırıcı təsirə malikdir. Təbii nəmləndiricidir. Saç diblərini və saçları qidalandırır. həmçinin revmatizmaya yaxşı təsir edir. Günəş altında bürüncləşdirici olaraq istifadə edilir.
Xaricdən dəriyə masaj şəklində tətbiq olunur.

Çörəkotu yağı
Sidik və süd arttırıcı, iştah açan təsirlərə malikdir. Revmatizm müalicəsində və qrip dövründə immunitet sistemini gücləndirərək bədənin müqavimətli tutulmasını təmin edər. Saçı qidalandırır tökülməsinin qarşısını alır.

Gündə 3 dəfə 1 stəkan suya 4-5 damcı damcıladıb içmek məsləhətdir. Həmçinin saç tökülməsi və kəpəyə qarşı saç diblərinə masaj şəklində istifadə edilir.

Dəfnə yarpağı yağı
Yeməklərə gözəl qoxu vermək üçün istifadə olunur. Qarqara yolu ilə alındığında badamcıq iltihablarında soyuq dəyməyə və grip infeksiyalara yaxşı təsir edir. Tərlədici və Antiseptik xüsusiyyətlərə malikdir. Saç və saç dərisi müalicələrində istifadə olunur. Saç uzanmasına təsir edir.

Bir stəkan suya 4-5 damcı damcıladıb. Gündə 2 dəfə içmək məsləhətdir. Hamiləlikdə istifadə edilməməlidir.

Fındıq yağı
Quru və köhnəlmiş dərilərə rahatlıqla tətbiq edilir. Saçqıran üçün də faydalıdır. Doğum əvvəli, doğum sonrası dərinin elastikliyini təmin etmək və dəri çatlağını qarşısının alınması məqsədiylə masaj edilərək istifadə olunur.

Gül yağı
Ağrı, öskürək kəsici təsirləri vardır. Qəbizlik və təzyiq düşməsində təsirlidir. Həmçinin saç uzadıcı və bəsləyici təsirə malikdir.

Xaricdən dəriyə masaj şəklində tətbiq olunur. Bir çay stəkanı suya 10-15 damcı damcıladıb qarqara edilir.

Yerkökü yağı
Ultraviole (UV) şüasına qarşı bədən immunitetiıni artırır. Günəş yanıqlarının yaxşılaşmasına kömək olur. Hüceyrə yeniləyici, qan təmizləyici və xollestrol tənzimləyici təsirlərə malik olduğu bilinir. Həmçinin səs tellərinə faydalıdır.

Gündə 2-3 damcı bir şəkər parçası üzərinə damcıladıb və ya yarım çay stəkanı suya 2-3 damcı damcıladıb istifadə edilən bilər.

Jojoba yağı
Dərini yumşaldır. Xəttləri və qırışları azaltmaq üçün istifadə olunur. Quru dəriləri nəmləndirir. Akne (Sızanağı) aradan qaldırır. quru və qırıq saçları qidalandırır parlaqlıq verir. Saç şəkilləndirici olaraq istifadə edilir.

Saçlara və dəriyə masaj edilərək istifadə edilə bilər.

Kantaron Yağı
Həzmi asanlaşdıran və iştah açan xüsusiyyətlərə malikdir. Qızdırma düşürən təsiri vardır. Mədə yarasını və qastritdə sağalma prosesini tezləşdirir. Bağırsaq spazmlarını həll edir. Bağırsaq soxulcanlarını çıxarır. Hemoroide faydalıdır. Yara və yanıqları iz buraxmadan yaxşılaşdırar.

Gündə 2 dəfə-günorta və axşam yeməklərindən əvvəl 5-6 damcı istifadə edilməlidir.

Qərənfil yağı
Ağız və mədə qoxularını aradan qaldırır. Əsəbləri keyidir, antiseptik və ağrı kəsici olaraq istifadə edilər. Diş ağrılarında və diş əti iltihablarında faydalıdır.

1 stəkan suya 2 damcı damcıladıb içmək məsləhətdir. Diş ağrılarında pambıq üzərinə damcıladıb diş üzərinə tətbiq edilir.
Qərənfil yağını dəriyə istifadə etmək olmaz.

Ərik yağı

Üz təmizliyində istifadə edilir. Sızanağı təmizləyir. Dəriyə canlılıq verir. Yaşlanma ilə ortaya çıxan qırışları aradan qaldırır. Nəmləndirici xüsusiyyətə malikdir. Parazit problemlərində istifadə olunur. Tortlarda ətir olaraq istifadə edilir.

Xaricdən dəriyə pambıqla tətbiq edilir. Daxilə qəbul üçün bir stəkan suya 3 damcı damcıladıb istifadə olunur.

Kəklikotu yağı
Bronxit, soyuqdəymə, qrip, tənəffüs yolu xəstəliklərinə, diş əti iltihablarına yaxşı təsir edir . Qurd düşürür. Qırmızı qan hüceyrəsi meydana gəlməsini artırır. Şəkər xəstəliyinə yaxşı təsir edir . Yara və yanıqlara antiseptik olaraq istifadə edilər. Revmatizmaya yaxşı təsir edir.Qastrit kimi mədə xəstəliklərinə kömək edir.

2-3 damcı yarım stəkan suya qatılaraq və ya şəkər üzərinə damcıladıb istifadə olunur. Barmaq uclarıyla masaj şəklində tətbiq edilir.

Çox miqdarda daxilən istifadəsi təhlükəlidir.

mənbə: movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5055   Tarix: 28 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329