Neft Şirkəti benzin növlərinin hansı rəngdə olacağını açıqladı

Neft Şirkəti benzin növlərinin hansı rəngdə olacağını açıqladıSon vaxtlar kütləvi informasiya vasitələrində ARDNŞ-ın emal kompleksində istehsal olunan benzinlərə maraq xüsusilə artıb.

Şirkətdən verilən məlumata görə, benzin markalarının fərqləndirilməsi məqsədilə onların rəngə boyadılması haqda açıqlamalar bəzən ictimaiyyətə təhrif olunmuş şəkildə çatdırılır. Bunu nəzərə alaraq ARDNŞ bir daha bildirir ki, 2013-cü ilin yanvar ayından istehlakçıların hüquqlarının qorunması məqsədilə A-92 və A-95 markalı benzinlərin fərqləndirilməsi üçün A-92 növlü avtomobil benzininin qırmızı rəngə boyadılmasına başlanılıb.

Artıq 2013-cü ilin aprelində avtomobil benzinlərinin Dövlət Standartında da 2 saylı dəyişiklik edilib, A-95 və A-98 markalı benzinlərin hazırlanması zamanı istifadə ediləcək oksigenatların (oksigen tərkibli karbohidrogenlərin) növləri və miqdarı haqqında normativ məlumatlar verilib. Dəyişikliyə əsasən, bu benzinlərin fərqləndirilməsi üçün hazırda istehsal olunan A-92 markalı benzinin qırmızı rəngdə boyanması həyata keçirilir, gələcəkdə istehsal olunacaq A-98 markalı benzinin isə yaşıl rəngə boyanması nəzərdə tutulur.

Qeyd edək ki, 1980-ci ilə kimi Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda 4 növdə - A-66, A-72, A-76 və A-93 markalı avtomobil benzinləri istehsal edilib. Zavodda iri məhsuldarlığa malik katalitik riforminq qurğusu istismara verildikdən sonra respublikada istehsal olunmuş avtomobil benzinlərinin kəmiyyət və keyfiyyət göstəricilərində müsbət dəyişikliklər baş verib, istehsal 25,8% artıb, aşağı keyfiyyətli A-66 növlü benzinin istehsalı isə tamamilə dayandırılıb. 1990-cı ildə A-92 markalı yüksək oktanlı benzinlərin istehsalına başlanılıb, həmin il iki növdə - A-92 və A-93 markalı benzinlər istehsal olunub. 1991-ci ildə A-93 markalı məhsulun istehsalı dayandırılıb, A-92 markalı benzinin istehsalı isə davam etdirilib. A-72 markalı avtomobil benzininin istehsalı 1994-cü ildən dayandırılıb. 1996-cı ildə isə A-95 markalı benzinin istehsalına başlanılıb. Hazırda H.Əliyev adına BNEZ-də 3 növ benzin (A-92, A-95 və A-80 markalı benzinlər) istehsal edilir. Bu məhsulların 94,6%-ni A-92, 4,7%-ni A-95, 0,8%-ni isə A-80 markalı benzinlər təşkil edir.

mənbə: bakuinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1156   Tarix: 25 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

16:01 0
.

Bayramda milyonlar qazanacaqlar

Türkiyəli sənətçilər Ramazan bayramında konsert proqramı ilə çıxış edəcəklər. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənnilərin musiqili gecədən alacağı qonorar bəlli olub. Müğənnilər Gülşən 10 milyon lirə, Ajda Pekkan 8.5 milyon lirə, Ebru Gündəş və Sibel Can 7 milyon lirə, Bülent Erso

27.03.2024 246
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

14:33 0
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

15:38 0
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

16:28 0
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

16:45 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

12:47 0