Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın yubiley tədbiri keçirilib

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın yubiley tədbiri keçirilibAprelin 28-də Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın doğum günüdür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) üzvləri bu münasibətlə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın və ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidələri üzərinə əklil və gül dəstələri qoyublar.

Daha sonra isə, AQUPDK Yeni Azərbaycan Partiyası Qadınlar Şurası ilə birgə tədbir təşkil edib. Tədbir, oftalmoloq alim Z.Əliyevanın doğum günü münasibətilə hər il olduğu kimi, bu il də respublikanın bütün şəhər və rayonlarında uşaqlar arasında "Ana – müqəddəslik zirvəsi" mövzusunda inşa müsabiqəsi ilə bağlı olub. Ötən illərdən fərqli olaraq builki tədbirdə inşa yazıları ilə yanaşı, uşaqların yaradıcılıq işləri nümunələrinin də nümayişi qiymətləndirilib.

Mərasimdə komitənin sədri Hicran Hüseynova, Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova, Milli Məclisin vitse-spikeri Bahar Muradova, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva və digər şəxslər iştirak ediblər. Əvvəlcə görkəmli alimin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.

Mərasimdə iştirak edən Hicran Hüseynova bildirib ki, bu il xalqımız ümummilli lider Heydər Əliyevin və onun sədaqətli ömür-gün yoldaşı Zərifə Əliyevanın 90 illik yubileylərini qeyd edir.

"Hazırda ölkəmizin hər yerində yubiley təntənələri keçirilir. Bu gün də biz Zərifə xanımın adının işığına toplaşmışıq. Zərifə Əliyeva hər şeydən əvvəl nəcib insan, qayğıkeş həkim idi. O, tibb elminə yüksək, zəngin erudisiyaya malik novator alim kimi daxil olmuş, böyük məktəb yaratmışdı. Yüksək intellektual səviyyəsi, insanlarla səmimi, xoş münasibəti onu hamıya sevdirirdi".

Komitə sədri vurğulayıb ki, bu gün görkəmli oftalmoloq alimin müqəddəs ailə çırağını övladları, nəvələri yandırırlar.

"Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva Zərifə xanımın ənənələrini davam etdirərək Azərbaycanda birinci xanım institutunun daha da möhkəmləndirilməsi üçün çalışır. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün əlindən gələni edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ictimai fəaliyyəti göz qabağındadır. Azərbaycan gənclərinin lideri kimi onun vətənpərvərliyi, ölkəmizin dünyada tanınması üçün gördüyü işlər hər birimizdə qürur hissi doğurur. Bu da genetik yaddaşın bir göstəricisidir".

Müsabiqənin nəticələrinə gəlincə isə H.Hüseynova deyib ki, seçilən işlərdən komitəyə 180 əl işi və 128 inşa yazı təqdim edilib.

Nurlana Əliyeva isə bildirib ki, komitənin bu cür mövzularda şagirdlər üçün müsabiqə təşkil etməsi çox təqdirəlayiqdir.

"Hər bir millətin tarixində görkəmli şəxsiyyətlər və əvəzolunmaz insanlar olur. Zərifə xanım məhz bu insanlardandır. Bu xanımın gördüyü işlər bütün xanımlar üçün nümunədir. Çünki görkəmli siyasətçinin, ümummilli liderin xanımı olmaq və onun yanında özünəməxsus yer tutmaq hər xanımın işi deyil. Zərifə xanımın xatirəsi hər zaman qəlblərdədir".

Millət vəkili Bahar Muradova isə komitənin bu işini yüksək qiymətləndirib və gənclərə bu tarixdən hər zaman bəhrələnməyi tövsiyə edib.

"Zərifə xanım hər şeydən əvvəl gözəl ana olub. Əminəm ki, o sadəcə öz həyatını yaşayıb. Öz gördüyü işləri kimlərəsə sübut etməyə çalışmayıb. Hətta deyərdim ki, zaman-zaman bunu pərdələyib də. O, öz şəfqətli əlləri ilə insanlara nur bəxş edib. Təki bütün Azərbaycan xanımlarımız bu irsin davamçıları olsunlar".

Millət vəkili Rəbiyyət Aslanova da görkəmli oftalmoloq alim Z.Əliyevanın həyat və yaradıcılığından, onun gördüyü işlərdən danışıb.

"Bu gün gözəl ana, görkəmli oftalmoloq alim, bütün xanımlara nümunə göstəriləcək bir xanımın xatirə işığına yığışmışıq. Mən bu xanımı bir günəşə bənzədərdim. Çünki o daim istəyib ki, insanlara nur bəxş etsin. İnanıram ki, onun öz peşəsini də seçməsi məhz bununla bağlıdır. Ümummilli liderimiz də hər zaman bu xanımın böyüklüyünü etiraf edirdi. Bu gün də bu irs çox uğurla davam etdirilir. Çünki bu hər kəsə nəsib olmur. Bu gün bu gənc nəsil onu sadəcə oxumaqla kifayətlənməyib, həm də haqqında yazırsa, deməli, Zərifə Əliyeva hər zaman qəlblərdədir. O ölməyib, o, əbədiyaşardır".

Daha sonra isə inşa, əl işləri müsabiqəsinin qalibləri mükafatlandırılıb və onların hazırladığı sərgi nümayiş olunub.

mənbə: gun.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3531   Tarix: 25 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018