Aqil M.Quliyev Kürdəxanı həbsxanasındadır

Aqil M.Quliyev Kürdəxanı həbsxanasındadır Rejissorun yaxın dostu onun günahsız həbs edildiyini deyir.İki gün əvvəl həbs edilən rejissor Aqil M.Quliyev cəzasını Kürdəxanı həbsxanasında çəkir. 150 min manatı mənimsəməkdə təqsirləndirilən və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilən rejissorun yaxın dostu Ülvi Qasımov rejissorun günahsız olduğunu və bu səbəbdən də yaxın günlərdə Appelyasiya Məhkəməsinə müraciət edəcəyini də bildirib: "Tezliklə Appelyasiya Məhkəməsinə müraciət edəcəyik. Hökm çıxıb, sadəcə hökmün sənədi hələ bizə verilmədiyi üçün bunu edə bilmirik."

Ü.Qasımov yaxın dostunun günahsız olduğunu və əslində Marianna Turabovanın Aqili aldatdığını deyir: "Marianna Turabova bir lahiyə üçün Aqilə 50 min manat pul verib, bunun müqabilində isə 150 min manatlıq sənədə qol çəkdirib. Aralarında belə razılaşmaya gəldilər ki, Aqil 50 min manat pulu ödəyən kimi Marianna 150 min manatlıq sənədi ləğv edəcək. Aqil 2-3 ay bundan əvvəl 10 min manat borcu qaytarıb. Qalan pulu da qaytarmağı söz verib. Ancaq bir müddət keçəndən sonra M. Turabova məhkəməyə müraciət edərək iddia edib ki, Aqil ona 150 min manat pul borcludur və əlindəki sənəd ilə aidiyyatı orqanlara müraciət edəndən sonra istədiyi nəticəni əldə edə bilib".

Xatırladaq ki, Aqil M.Quliyev Xətai rayon məhkəməsinin qərarı ilə 23 aprel 2013 tarixində 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rejissor məhkəmə zalında həbs olunub və cəzacəkmə müəssisəsinə göndərilib.
O, Mariana Turabovanın şikayəti əsasında həbs edilib. Marianna Turabova hüquq-mühafizə orqanlarına müraciət edərək, Aqil M. Quliyevin ona 150 min manat borcu olduğunu, lakin pulu geri qaytarmadığını bildirib. Bundan sonra araşdırma aparılıb və iddiaçının şikayəti təmin edilib. Məhkəmə həmin pulun Aqil M.Quliyevdən tutularaq şikayətçiyə qaytarılması barədə qərar qəbul etsə də, cavabdeh tərəf bu qərarı icra etməyib. Qərar icra olunmadığından Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb, nəticədə rejissor həbs olunub.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3262   Tarix: 25 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571