May ayından satışa çıxır (Yenilik)

May ayından satışa çıxır (Yenilik)Gələn ay Bakıda avtobuslar üçün gediş haqqı kartlarının satışına başlanılır

Azərbaycan Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda - sərnişin avtobuslarında elektron ödəmə sisteminin tətbiqinə hazırlıqları başa çatdırır. Artıq may ayının sonundan etibarən nəqliyyatda ödəmə kartlarının satışına başlanacaq.

Bu barədə «APA-Economics»ə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Nazir müavininin sözlərinə görə, elektron ödəmələrlə bağlı proqram təminatı və onun prosessinq mərkəzləri ilə əlaqəsi sınaqdan keçirilib: «Təcrübə göstərib ki, sistem işləyir, onun proqram təminatı düzgün formalaşdırılıb».

Qeyd edək ki, avtobuslarda elektron ödəmələrə başlanması ölkə ərazisində mobil ödəmə qurğularının kütləvi tətbiqi ilə bağlı ilk təcrübə olacaq. Sistemin işi bir neçə mühüm istiqamətləri əhatə edir – kartların tətbiqi, onların balansının artırılması, gediş haqlarının ödənilməsi, bölüşdürülməsi və s. Artıq kartların istifadəsi ilə bağlı qaydalar da tam hazırdır.

Nəqliyyatda ödəmə kartı öz xüsusiyyətlərinə görə adi bank kartıdır - onun təhlükəsizlik və informasiya daşıma sistemləri adi kartlarda olduğu kimidir.

Nazir müavini qeyd edib ki, nəqliyyatda ödəniş vasitəsi kimi adi plastik kartlardan istifadə etmək mümkün olmayacaq - bunun üçün ayrıca kart buraxılacaq. Amma həmin kartdan gələcəkdə digər nəqliyyat xidmətlərinin dəyərinin ödənilməsində istifadə etmək mümkün olacaq: «Bunu təkcə avtobusla bağlamayacağıq ki, gələcəkdə ondan başqa xidmətlərin də haqqı ödənilsin».

M.Pənahov bildirib ki, nəqliyyat kartından avtomobillərin parkinqi, metro və taksidə, gələcəkdə isə xırda ticarət imkanları üçün də ödəniş vasitəsi kimi istifadə oluna biləcək.

Artıq elektron ödəmələr üçün avtobuslarda ödəmə qurğularının quraşdırılmasına başlanılıb. Mayın 20-dən sonra kartların satışına başlanacaq. İlk mərhələdə gediş haqqını kartla ödənilməsi şəhərin mərkəzi hissəsini əhatə edən marşrutlarda mümkün olacaq: «Bu, 1 minə yaxın avtobuslardır. Sonra bu, digər marşrutlarda da tətbiq ediləcək». Oktyabrın əvvəlinədək paytaxtın bütün ictimai nəqliyyatı tamamilə elektron ödəməyə keçəcək.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3913   Tarix: 25 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23.04.2024 922
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

16:43 124
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

15:20 142
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23.04.2024 1135
.

İsrail Qəzzaya hücum etdi: 6 fələstinli öldü

İsrail Qəzza sektorundakı Rafah şəhərinə və Nusayrat qaçqın düşərgəsinə hücum edib. BİG.AZ xəbər verir ki, hücumu nəticəsində azı 6 fələstinli ölüb, bir çox insan isə yaralanıb. Məlumata görə, hadisə nəticəsində bir çox insan xəsarət alıb və dağıntılar altında olan itkin düşənlərin axtarışı davam edir

12:22 7
.

Ermənistanın müdafiə naziri Fransa nümayəndə heyəti ilə Ermənistan-Fransa əməkdaşlığını müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun sədri Gilbert-Luc Devinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüşdə Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfir

23.04.2024 205
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

13:10 94
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

23.04.2024 355
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə BİG.AZ-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşlar

23.04.2024 686