Sevda Yahyayeva narkotikdən necə xilas oldu? (Video)

Sevda Yahyayeva narkotikdən necə xilas oldu? (Video)Müğənni "Dinlə" adlı mahnısına çəkdirdiyi klipini media mənsublarına təqdim edib.Sevda Yahyayeva "Dinlə" adlı mahnısına çəkdirdiyi klipini media mənsublarına təqdim edib. "Narkotikə yox!", "Ən böyük xoşbəxtlik nəfsə qalib gəlməkdir" şüarları altında ekranlaşdırılmış ekran işi "Temp production"ın məhsuludur.

Çəkilişləri fevral ayında aparılmış layihənin rəhbəri Türkay Azəri ideyasının detallarını oxucularımız üçün belə izah etdi: "Klip bir gənc ailənin ananın narkotikə qurşandıqdan sonra dağılmasından bəhs edir.

Ana müalicə üçün Narkoloji Dispanserə müraciət edir. Müalicə olunur və ailəsinə sağ-salamat geri dönür. Klipdə ailənin xoşbəxt günləri, qadının düşdüyü vəziyyət, ərin psixoloji sarsıntıları öz əksini tapır.

Uşağın bu ayrılıqda çəkdiyi əziyyətlər, ananın yoxluğu, ailənin necə bədbəxt olması geniş şəkildə izah olunur. Və bu asılılığa qalib gəlmənin ən gözəl yolunun sevgi olduğu öz əksini tapır.

Sevda Yahyayeva bütün tapşırıqların öhdəsindən məharətlə gəldi. Layihəni dəstəklədiklərinə görə Respublika Narkoloji Mərkəzə və şəxsən Telman Məmmədhəsənov və Sevdanın prodüseri Tolikə (Tarix Əliyev) təşəkkürümüzü bildiririk".

Jurnalistlər qarşısında ərsəyə gətirdikləri layihənin uğurundan danışan Sevda narkoman obrazını yaratmağın qorxusunu bu sözlərlə dilə gətirdi: "Bu, sadəcə, dəhşət idi. Mən heç cür əsas qəhrəman obrazını canlandıra bilmirdim.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 4541   Tarix: 26 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740