Çoxluq internetdə problem yaradıb

Çoxluq internetdə problem yaradıbBeynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) aprelin 18-də Telekommunikasiya sahəsinin islahatı istiqamətində tendensiyalar, 2013 adlanan hesabat dərc edib. Sözügedən sənəddə dünyada fəaliyyət göstərən texnoloji bazarların sürətli inkişafı təsdiq edilir.Genişzolaqlı rabitənin sürətli inkişafı sayəsində 2012-ci ilin sonunda İP trafikin həcmi 44 min petabayt (44 ekzabayt) olub. Müqayisə üçün, bu verilənlər massivini 10 Mbit/s sürətində genişzolaqlı rabitə üzrə köçürmək üçün 1100 il lazımdır. 2013-cü ildə İP trafikin həcminin ay ərzində təxminən 14 ekzabayt artacağı gözlənilir. 2013-cü ildə internetə qoşulmuş insanların ümumi sayının 2.7 milyardı ötəcəyi gözlənilir.

İstehlakçı trafikinin 90%-i əvvəlki kimi verilənlərin payına düşür. Yeni mobil qurğular istifadəçilərin rahatlığı üçün daha yüksək funksionallıq təmin edir və onlayn oyun və videozənglərin populyarlaşmasına səbəb olur. 2010-2015-ci illərdə onların illik tempinin 40%-i ötəcəyi gözlənilir.

Xidmətlərin qloballaşdırılması istiqamətində uzunmüddətli tendensiyaların nəticələri tamamilə hiss olunmağa başlayır – deyə BTİ-nin baş katibi Hamadun Ture qeyd edib.

Hər bir tənzimləyici orqan ən yüksək keyfiyyətli xidmətlərin daha sərfəli qiymətlər üzrə genişlənməsini təmin edən xidmət və rəqabətin inkişafı üçün düzgün şərait yaratmaq kimi problemlə üzləşib.

Sürətlə dəyişən bazarın mənzərəsi Telekommunikasiya sahəsinin islahatı istiqamətində tendensiyalar, 2013 hesabatında şəbəkə neytraliteti, mobil rouminq tarifləri, həmçinin bulud xidmətlərinin geniş yayılması ilə meydana çıxan problem və perspektivlər kimi mövzular nəzərdən keçirilib. Hesabatda qeyd edilir ki, tənzimləyici orqanların adıçəkilən anlayış barədə razılaşdırılmış tərif qəbul etməməsi şəbəkə neytraliteti məsələsinin müzakirəsini çətinləşdirir.

Ötən ilin dekabrında Dubayda Beynəlxalq Telekommunikasiya İttifaqının reqlamentinə yenidən baxış zamanı əsas məsələlərdən biri mobil rouminq ödənişləri ilə bağlı olub. Telekommunikasiya sahəsinin islahatı istiqamətində tendensiyalar, 2013 hesabatında qeyd edilir ki, dünyanın müxtəlif ölkələrində aparılmış araşdırmalara əsasən, hazırda beynəlxalq mobil rouminq üçün pərakəndə tariflər yüksək olaraq qalır və ölkə daxilindəki mobil rabitə tarifləri ilə uyğun deyil.

Hesabatda qeyd edilir ki, pərakəndə tariflərin yüksək olmasını adətən topdansatış qiymətləri ilə izah edirlər, lakin beynəlxalq rouminq bazarında rəqabət nisbətən zəif olduğundan, vəziyyətin düzəldilməsi üçün bazar qüvvələrinin gücü kifayət etməyə bilər.

Təklif edilən həllərdən biri istehlakçıların hüquq və imkanlarının genişləndirilməsidir. Nəhayət, sürətlə inkişaf edən bulud hesablamaları sahəsi məxfiliyin təmin edilməsi, fərdi və korporativ məlumatların mənsubluğunun dəqiq müəyyən edilməsi, saxlanılan məlumatların üçüncü şəxslər tərəfindən icazəsiz istifadə problemləri və sair kimi bir sıra yeni problemlər yaradır. Bulud hesablamalarına əsaslanan trafikin həcmi artmağa davam edir və 2016-cı ilədək bütün şəbəkə trafiki axınının ən azı 75%-ni təşkil edəcək.

Xatırladaq ki, BTİ BMT-nin informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı qurumudur.

mənbə: itcnews.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1283   Tarix: 25 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ olub

Yunanıstanın Peloponnes şəhərinin qərbində zəlzələ olub. BİG.az xəbər verir ki, zəlzələ 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin ardınca 2,9 və 2,1 bal gücündə iki afterşok baş verib. Afina Geodinamika İnstitutu bildirib ki, titrəm

13:01 0
.

"WhatsApp" istifadəçilərini sevindirəcək daha bir YENİLİK

"WhatsApp" messenceri istifadəçilərinə ünsiyyət qurmaq üçün yeni imkan tanıyacaq. Belə ki, mesajlaşma şəbəkəsi istifadəçinin yeni kontaktlarını müəyyənləşdirəcək və onlarla söhbətə başlamağı istifadəçiyə təklif edəcək. Bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Məlumata görə, "WhatsApp"

15:03 0
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 0
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 0
.

"Qadınların təqaüdə çıxmaq yaşı irəli çəkilsin"

"Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib

14:03 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259