Lenini zəhərləyiblər, yoxsa xəstəlikdən ölüb? – Stalinin gülüşü, Trotskinin qənaəti

1922- ci ilin martında Leninin tez-tez sudurğası tuturdu. Sudurğa zamanı adətən bədəninin sağ tərəfi keyləşirdi və şüurunu itirirdi. 1923-cü ilin martında bədəninin sağ tərəfini iflic vurdu və rəhbər qismən nitqini itirdi. Lakin həkimlər yenə də ümidlərini üzmürdülər, vəziyyəti yaxşılaşdırmaq üçün çalışırdılar. Lenin səhhəti haqqında 22 mart 1923-cü il bülletenində yazılıb: "Bu xəstəlik hazırkı obyektiv araşdırmalara görə tam sağalan xəstəliklər sırasına daxildir".

1923-cü ilin mayında Lenini Qorkiyə aparırlar və onun səhhəti qəfil düzəlir. Hətta həmin ilin oktyabrında rəhbər xahiş edir ki, onu Moskvaya aparsınlar. Rəhbəri paytaxta aparırlar. Həmin vaxt katibə işləyən Lenina Fotiyeva xatırlayır:

"O mənzilə daxil oldu, iclas zalına, kabinetə baş çəkdi. Hər şeyə baxdı. Sonra istirahət və mədəniyyət parkında həmin vaxt keçirilən kənd təsərrüfatı yarmarkasına getdi. Sonra isə Qorkiyə qayıtdı".

Qışda Leninin səhhəti o qədər düzəldi ki, o sol əli ilə yazmağı öyrənməyə başladı. 1923-cü ilin dekabrında uşaqlar üçün şənlikdə belə iştirak etdi. Həkimlərin yazdığı hesabatlara görə ölümündən iki gün qabaq Lenin hətta ova çıxıbmış. Bunu Krupskaya da təsdiqləyirdi: "Hələ şənbə günü o meşəyə getmişdi. Amma deyəsən çox yorulmuşdu. Onunla eyvanda oturmuşduq. Yorğun halda gözlərini yumdu, çox solğun idi, o dəqiqə yatdı. Son aylar o gündüzlər demək olar ki yatmırdı hətta kresloda deyil stulda oturmağa çalışırdı.

Ümumiyyətlə, cümə axşamından başlayaraq sağaldığı hiss edilirdi. Sonra pisləşdi. Vladimir İliçin görünüşü dəhşətli, yorğun və əzablı idi. O, tez-tez gözlərini yumurdu, rəngi ağarırdı. Ən əsası sanki üzünün ifadəsi dəyişmişdi. Korlar kimi baxırdı". Lakin Krupskayanın bildirdiyi bu əlamətlərə baxmayaraq 21 yanvarda Lenin üçün növbəti canavar ovu planlaşdırılır. Lakin həkimlər iddia edirlər ki, rəhbər yaxşılaşmasına baxmayaraq skleroz beynin hüceyrələrini bir-bir məhv edirmiş.

Leninin son gününü onu müalicə edən həkimlərdən biri, professor Osipov belə təsvir edir:

"20 yanvarda Vladimir İliç özünü pis hiss etdi. İştahı pis idi, ərincək olmuşdu, heç nəyə həvəsi yox idi. Onu yatağa uzandırdılar və yüngül dieta yazdılar. Növbəti gün səhhəti eyni qalırdı. Xəstə dörd saata yaxın yataqda qaldı. Biz onu səhər, günorta və axşam ziyarət edirdik. Məlum oldu ki, birdən birə xəstənin iştahı yerinə gəlib, o yemək istəyib. Ona bulyon verilməsinə icazə verdik. Saat 6-da halsızlıq artdı. Lenin şüurunu itirdi və əl-ayağında sudurğa başladı. Xüsusilə də, sağ tərəfində. Sağ oynaqları o qədər gərgin idi ki, dizini qatlamaq mümkün deyildi.

Sol tərəfdə də sudurğa var idi. Bu sudurğa zamanı nəfəsi tezləşmişdi. Ürəyi dəqiqədə 120-130 vururdu. Əlbəttə ki, rəhbərin yanında morfi, kamfara kimi dərmanlar artıq hazır idi. Bir azdan nəfəri normallaşdı, ürək döyüntüsü 90-a endi. Biz onun temperaturunu ölçdük- 42.3 dərəcə idi. Sudurğa zəiflədi və biz ümid etdik ki, artıq hər şey bitib, o yaxşılaşacaq. Lakin düz saat 6:50-də üzünə qan vurdu. Lenin qıpqırmızı oldu, sonra isə dərin ah çəkib, vəfat etdi. Ona 25 dəqiqə süni nəfəs verildi lakin nəticəsiz oldu. Ölüm nəfəs yollarının və ürəyin iflici nəticəsində baş verdi".

Həmin vaxt Qorkidə olan Nikolay Buxarin "Leninin xatirəsinə" adlı məqalədə həmin anları belə xatırlayır:

" Mən İliçin dərman və həkimlə dolu otağına qaçanda İliç son nəfəsini verirdi. Onun üzü balışa düşdü, rəngi ağardı, xırıldı gəldi və İliç yox oldu". Sonralar Nadejda Krupskaya məktublarının birində yazırdı ki, "həkimlər ölümü gözləmirdilər, onlar hətta son nəfəsdə də inanmırdılar".

Sonralar belə bir şaiyə gəzdi ki, Lenini Stalin zəhərləyib. Məsələn, Trotski məqalələrinin birində bu barədə deyirdi. O yazırdı: "Leninin ikinci xəstəliyi zamanı yəni 1923-cü ilin fevralında Stalin siyasi büro üzvlərinin toplantısında bildirdi ki, İliç gözlənilmədən onu yanına çağırıb və xahiş edib ki ona zəhər versin. O, yenidən nitqini itirmişdi və özünü ümidsiz xəstə hesab edirdi. Yeni iflic zərbəsini gözləyirdi, həkimlərə inanmırdı, fikirləri aydın idi və dəhşətli dərəcədə əzab çəkirdi. Yadımdadır, Stalinin üzü mənə olduqca qəribə və sirli görünmüşdü. Leninin ondan etdiyi xahiş faciəli olsa da, Stalinin üzündə yarımgülümsəmə vardı. Sanki maska taxmışdı. "Əlbəttə ki, bu xahişi yerinə yetirmək barədə söz gedə bilməz!" dedim. "mən bunları ona dedim"- Stalin mənə cavab verdi, "amma o etiraz edir. Qoca əzab çəkir. Deyir ki, vəziyyəti lap ümidsiz olanda yanında zəhər olmasını istəyir"".

Trotski həm də iddia edirdi ki, Stalin həm də Leninin ondan zəhər istəməsini uydura da bilər ki, özünə alibi yaratsın. Lakin həmin epizod Leninin katibələrindən biri tərəfindən də təsdiqlənib. Belə ki, 60-cı illərdə katibə yazıçı Aleksandr Bekə bildirib ki, Lenin həqiqətən Stalindən zəhər istəyibmiş. Əlbəttə ki, cəsəd sonradan analiz edildi. Stalin baş katib kimi şəxsən özü bununla məşğul oldu. Lakin həkimlər zəhər tapmadılar. Çox güman Stalin Leninə heç zəhər verməyibmiş. Yoxsa o bunun şahidi olan bütün katibələri və qulluqçuları aradan götürərdi. Həm də Stalinin Leninin ölümünə heç ehtiyacı yox idi, onsuz da Lenin xəstə idi. Ona görə də çox güman Lenin elə xəstəlikdən ölüb.

Lakin hələ də zəhərlənmə ilə bağlı fikirlər qalır. Yazıçı Vladimir Solovyev bu mövzu ilə bağlı uzun araşdırmalar edib. Onun "Mavzoley əməliyyatı" adlı əsərində Trotskinin fikirlərinə əsaslandığı bu faktlar yer alır:

1. Rəhbərin cəsədi çox gec yarılıb.
2. Leninin ölümü barədə bülletenə həkimlərdən biri imza atmayıb. Bu Leninin və Trotskinin şəxsi həkimi Queter olub. O hərəkətini araşdırmanın düzgün aparılmaması ilə izah edib.
3. Cəsədin yarılmasında iştirak edən həkimlərin arasında bir dənə də paroloqoanatom olmayıb.
4. Leninin ciyərləri, ürəyi və digər həyati əhəmiyyətli orqanları əla vəziyyətdə olub, yalnız mədə divarı tamamilə dağılıb.
5. Mədənin içindəkilərin kimyəvi tərkibi araşdırılmayıb.
6. Daha bir həkim, Qavriil Volkov Leninin ölümündən sonra həbs edilib. O, həbsxanada hücrə yoldaşı Yelizaveta Lesotoya danışıb ki, 21 yanvar səhər saat 11-də Leninə ikinci səhər yeməyini aparıb. Lenin yataqda uzanıbmış və otaqda heç kim yox imiş. Onu görən Lenin əllərini uzadıb qalxmağa çalışıb lakin bacarmayıb, gücü çatmadığından yatağa yıxılıb. Əlindən balaca kağız düşüb. Volkov kağızı təzəcə gizlədib ki, içəri həkim Elistratov girərək Leninə iynə vurub. Lenin sakitləşib və gözlərini həmişəlik yumub. Yalnız axşam həkim gizlətdiyi kağızı oxuya bilib. Kağızda yazılıbmış: "Qavriluşka məni zəhərləyiblər... tez Nadyanı çağır... Trotskiyə də de... bacardıqca hamıya de..." .
Solovyevin fikrinə görə Lenin göbələk supundan zəhərlənib. Çünki ona zəhərli göbələk qatılıb.

Məşhur yazıçı Larisa Vasilyevna da bu barədə öz versiyasını irəli sürüb. Onun "Kreml qadınları" əsərində Stalinlə Krupskaya arasındakı telefon danışığından söz açılır. Həmin danışıqda deyilənə görə Stalin Krupskayanı təhqir edibmiş və deyibmiş ki, Krupskaya Leninin qayğısına qala bilmir. Bunu bilən Lenin katibəsinə Stalinə ünvanlanmış qeyd yazdırır və bildirir ki, arvadının ünvanına olan təhqir onun ünvanına olmuş kimidir. Deyilənə görə katibə çıxandan sonra Lenin olduqca narahat olub, sudurğası tutub. Məhz ondan sonra Lenin artıq şüurlu həyata qayıda bilməyib.

Məlum olduğu kimi Leninin cəsədi balzamlaşdırılaraq mavzoleyə aparılıb. Lakin tarixçi Luis Fişerin yazdığına görə 30-cu illərdə qərb qəzetləri mavzoleydə Leninin balzamlaşdırılmış cəsədinin deyil, mum fiqurun olduğunu deyirmişlər. Sovet hakimiyyəti bir qrup qərb jurnalistinə icazə verir ki, cəsədə baxsınlar. Fişer də onların arasında olur. Bioximik Zbarski jurnalistlərin önündə şüşəni qaldıraraq Leninin burnundan tutub sağa sola çevirir və bununla da hamı görür ki, mavzoleydəki mum fiqur deyil, Leninin özüdür.

mənbə: publika.az

Lenini zəhərləyiblər, yoxsa xəstəlikdən ölüb? – Stalinin gülüşü, Trotskinin qənaətiLenini zəhərləyiblər, yoxsa xəstəlikdən ölüb? – Stalinin gülüşü, Trotskinin qənaətiLenini zəhərləyiblər, yoxsa xəstəlikdən ölüb? – Stalinin gülüşü, Trotskinin qənaətiLenini zəhərləyiblər, yoxsa xəstəlikdən ölüb? – Stalinin gülüşü, Trotskinin qənaətiLenini zəhərləyiblər, yoxsa xəstəlikdən ölüb? – Stalinin gülüşü, Trotskinin qənaətiLenini zəhərləyiblər, yoxsa xəstəlikdən ölüb? – Stalinin gülüşü, Trotskinin qənaətiLenini zəhərləyiblər, yoxsa xəstəlikdən ölüb? – Stalinin gülüşü, Trotskinin qənaəti


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3169   Tarix: 25 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493