İdmançımız Avropa çempionu oldu!
İntiqam Zairov toplamda 396 kq (180 kq 216 kq) nəticə göstərək qızıl medal qazanıb.
Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən kişilər və qadınlar arasında Avropa çempionatı bitmək üzrədi. Azerisport.az xəbər verir ki, milli komandamızın üzvlərindən son olaraq körpücük üzərinə İntiqam Zairov çıxıb.
O, 94 kq çəki dərəcəsində mübarizə aparıb. İdmançımız qızıl medala əsas namizədlərdən idi. Sonda hər şey məhz biz istəyən kimi oldu.
Birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirən İntiqam Zairov elə startdaca bütün rəqiblərini susdurdu. Əvvəlcə 173, sonra 177, son yanaşmasında isə 180 kq-ı ram edən atletimiz, şəksiz liderliyi ələ keçirdi. Onun ən yaxın izləyicisi - Rinat Kireyevi birdən-birə 7 kq qabaqlaması fantastik nəticəydi. Üstəlik, şəxsi çəkisi rəqibindən az olan İntiqam, rus atleti lap pis vəziyyətdə qoymuşdu. Çünki Kireyev qızıl medal qazanmaq üçün Zairovun nəticəsindən ən azı 8 kq artıq çəkini ram etməliydi. Bu isə demək olar ki, mümkün deyil.
Təkanla qaldırma hərəkəti də idmançımız üçün uğurlu keçdi. O, ilk olaraq 210 kq-ın öhdəsindən gələrək, əsas rəqibini düz 9 kq qabaqladı. İkinci yanaşmada 215, daha sonra isə 216 kq-ı qaldıran Zairov təkanla qaldırmada da qızıl medal qazandı.
Beləliklə, İntiqam Zairov toplamda 396 kq (180 kq 216 kq) nəticə göstərək Avropa çempionu adını qazandı. Nəticədə, ötən il Antalyadakı Avropa çempionatında bəxtsizlik yaşayan atletimiz, bunun əvəzini artıqlamasıyla çıxa bildi.
Qeyd edək ki, təcrübəli idmançımız üçün bu, karyerasında ən böyük uğurdu. İntiqam indiyə qədər bir çox beynəlxalq turnirlərdə - dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında iştirak etsə də, medalı yalnız bir dəfə - 2009-cu ildə Buxarestdə keçirilən Avropa çempionatında qazanmışdı. Həmin vaxt 85 kq çəki dərəcəsində çıxış edən Zairov gümüş medala sahib çıxmışdı. Tiranadakı qələbə idmançımız üçün karyerasının zirvəsi oldu. Cəmi bir həftədən sonra 28 yaşını qeyd edəcək atletimiz, bu qızıl medalla özünə möhtəşəm ad günü hədiyyəsi etdi.
Milli komandamız isə Avropa çempionatını 2 qızıl, 2 gümüş və 1 bürünc medalla bitirdi. Bu, ötənilki uğurun təkrarı deməkdi. Türkiyənin Antalya şəhərində keçirilən 2012-ci il Avropa çempionatında Azərbaycan yığması 3 qızıl və 2 bürünc medal qazanmışdı.
Hazırda ümumi sıralamada yalnız Rusiya yığmasından geri qalırıq. Yarışlar aprelin 14-də başa çatacaq və milli komandamızın yekun mövqeyi müəyyənləşəcək.
mənbə: anspress.com
BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman Baxılıb: 1725 Tarix: 14 aprel 2013
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşRonaldunun sevgilisi haqqında sənədli film çəkiləcək
İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"
05.09.2021 1542 Lorenzo Sotomayor karyerasını başa vurub
Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ
12.09.2021 599 DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB
Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm
04.09.2021 1053 "Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"
"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı
22.08.2021 688 "Formula 1" pilotu koronavirusa yoluxub
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək
05.09.2021 551 Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO
"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin
23.08.2021 2064 Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı
Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli
29.08.2021 912 UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO
UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub
06.09.2021 593 Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün
29.08.2021 834