Heyrət edəcəyiniz 11 bina (Fotolar)

"Forbes" jurnalı dünyanın 11 ən texnoloji binasının siyahısını hazırlayıb. Onu sizə təqdim edirik.

mənbə: publika.az

Heyrət edəcəyiniz 11 bina (Fotolar)1. Fırlanan qalalar Al-Bahar (Aedar Architects, Əbu-Dabi, 2012)

Son illər hündür tikililərin mərkəzi Asiya olub. Amma Avropada və ABŞ-da pulu daha çox tikililərin hündürlüyünə deyil, onların texnologiyasına və effektivliyinə qoyurlar. Əbu-Dabidəki Al-Bahar qalaları da buna görə məşhurdur. İki 29 mərtəbəli binada ənənəvi arxitekturadan istifadə edilir. Onların fasadları fırlanır. Binaların daxilini 50 dərəcəlik istidən qorumaq üçün mühəndislər onların fasadını qızıldan örtüklə örtüblər. Örtük istidən asılı olaraq bağlanr və ya açılır. Örtüyün açılması isə komputerlə təmin edilir. Yəni o, səhər gün çıxandan gecə gün batana qədər müxtəlif formada açıq və ya qapalı ola bilir.

Heyrət edəcəyiniz 11 bina (Fotolar)2. Bank HSBC (Norman Foster, Honkonq, 1986), asılqan formalı göydələn

1986-cı ildə Norman Fester sevimli şüarı "bina texnologiyadır" deyərək qəribə göydələn düşünür. Həmin vaxt hündürmərtəbəli binaların problemləri vardı. Möhtəşəm mənzərələrə baxmayaraq onların rahat yerləşmək üçün çox böyük olurdular və onları müasirləşdirmək çətin olurdu. Norman Foster isə bütün bu problemləri həll etdi.

Honkonq göydələni 47 mərtəbəlidir. O, iki ilə hazırlanıb. Belə ki, binanın hissələri əvvəlcədən Britaniya, Yaponiya və ABŞ-da zavodlarda hazırlanıb, sonra tikinti meydanında quraşdırılıb. Faktiki olaraq yüngül konstruksiyadan hazırlanmış bina sanki asılqandan asılıb. Bu daxili rahatlığı təmin edir və modernizasiya üçün uyğundur. Tikintinin içində Foster bir neçə on mərtəbəli hava boşluğu düzəldib ki, bu havanı dəyişir və mürəkkəb ventilyasiya sisteminə qənaət edir.

Heyrət edəcəyiniz 11 bina (Fotolar)3. Olimpiya su mərkəzi (Zaha Hadid, London, 2011) döyüç üçün model

Olimpiya su mərkəzi elə tikilib ki, onu sonradan yenidən söküb tikmək mümkündür. Tikintinin dizayneri planetin ən əsas arxitektor-dekonstruktivist Zaha Hadid binanı hələ 2004-cü ildə layihələndirib. 2500 tamaşaçı tutan su stadionunda üç hovuz yerləşir. Londonda keçirilən olimpiada zamanı bu bina özünü sübut etdi. Belə ki, su mərkəzinə əlavə 15 000 tamaşaçı tutan tribunalar quraşdırıldı. Hazırda binada təmir işləri gedir. Tribunaların çoxu və mərkəzi hissə götürüləcək. Bina yenidən istifadəyə yalnız 2014-cü ildə veriləcək.

Heyrət edəcəyiniz 11 bina (Fotolar)4. ZCB İqamətgahı (Ronald Lu, Honkonq, 2012), tullantılardan elektrik(Carbon Building. Bunu "sıfır karbon qazı tullayan bina" kimi tə tərcümə etmək olar) özündə həmin əlamətləri birləşdirib. Binanın şərq və qərb fasadlarında günəş batareyaları yerləşdirilib. Belə ki, cənub fasadı binaya gün enerjisi verərkən, şimal fasad küləklərə açıqdır və təbii ventilyasiyadan istifadəyə rəvac verir. Beləcə bina 45% enerjiyə qənaət edir. Əgər günəş enerjisi kifayət etməsə biodizeldən istifadə edilir.

Heyrət edəcəyiniz 11 bina (Fotolar)5. 30 St Meri Aks (Norman Foster, London, 2004) Havanı qoruyan qüllə

"London xiyarı"nı yaradarkən Norman Foster çalışıb ki, bina daha çox təsirli olsun. O, iki dəfə enerjiyə qənaət edə bilib. Binanın forması imkan verir ki, 41 mərtəbəli göydələn daha möhkəm və zərif olsun. O həm də daxili əraziyə qənaət edir. Planda hər mərtəbə altı ləçəkli gülü xatırladır.

Heyrət edəcəyiniz 11 bina (Fotolar)6. Mediateka (Toyo İto, Senday, 2001) zəlzələdən qorxmayan şüşə ev

Artıq kağız kitablar keçmişdə qaldı. Müasir kitabxanalar nəinki kitab saxlanılan yer, həm də məlumat bazalarıdır. Lakin bəzən bu mərkəzlər təbii hadisələr nəticəsində zədələnirlər. Bu problem 2000-ci illərdə bir çox Qərb mühəndislərini maraqlandırırdı. Lakin onu ən yaxşı Yaponiyalı Toyo İto həll edə bilib. Sendayda tikilən bina nəinki müasir media standartlarına cavab verib, həm də çox maraqlı texniki binadır.

Kitabxana yeddi mərtəbəli şüşə kub şəklindədir. Fasadların bir hissəsi şəffafdır və gün işığını buraxır. Digər hissəsi isə aliminum yarpaqlarla örtülüdür. Bu da artıq istini geri qaytarmaq üçündür. Hər mərtəbənin planı azaddır və digərlərindən fərqlənir. Boru sistemi də maraqlıdır. Onlar xaotik şəkildə mərtəbələrə paylaşılıb. Bir tərəfdən onlar tikintinin ağırlığını saxlayırlar, digər tərəfdən isə onu zəlzələyə dözümlü edirlər. Həm də bu borular binanın daxilindəki lift və pilləkənlər də daxil olmaqla bütün kommunikasiya xətlərini özlərində birləşdiriblər. Həmçinin borular sayəsində binanın içində hava dövriyyəsi də var.

Heyrət edəcəyiniz 11 bina (Fotolar)7. Ofis Sony City Osaki (Nikken, Sekkei, Tokio, 2012). Elektriksiz kondisioner

"Sony" şirkətinin yeni ofislərindən biri digər minlərlə çox mərtəbəli ofislərdən fərqlənir. O həm də dünyanın ən qeyri-adi ekoloji binasıdır. Binanın cənub hissəsində günəş batareyaları yerləşdirilib. Binanın damında yağış suları toplanır, daxili plan isə elədir ki, işçilər gündüz istisindən az əziyyət çəkirlər. "Sony"nin bu ofisi bir binanın necə tikilməsi barədə bütün düşüncələri alt-üst edir. Binanın şərq fasadı boyunda gil borular gedir. Onlar yığılmış yağış sularını fırladırlar. Bir müddət bu sular buxarlanırlar və kondisioner effekti yaradırlar. Əgər buxarlanmanın dayandırılması lazım gələrsə, jalüz vasitəsilə borular qapadılır.

Digər mikroklimat sistemlərindən fərqli olaraq burada isti çölə vurmur. Boru sisteminə elektrik lazım deyil, o yalnız binanı deyil, ətraf ərazini də sərinlədir. "Sony" ofisi açıq şəlalə kimi bir neçə başqa binaları da sərinlədir, özü də havayı.

Heyrət edəcəyiniz 11 bina (Fotolar)8. Memu Meadows evi (Kenqo Kuma, Memu, 2012). Ağac və plastik butulkalardan bina

Müasir ekoloji arxitekturada iki yol ziddiyyət təşkil edir. Birincisi- müasir texnikadan istifadə etməklə ağıllı evlər tikmək,(bu ideyanın yaradıcısı ZCB-nin arxitektoru Ronald Lu-dur) İkincisi- müasir texnologiyadan istifadə edərək ənənəvi evlər tikmək. İkinci yolun ən böyük nümunələrindən birini yapon Kenqo Kuma yaradıb. 2002-ci ildə Pekinin yaxınlığında o bambukdan əsl ev tikib. Lakin yaşıllığın arasında beton vurmağı da unutmayıb.

Kenqo Kumanın sonuncu layihəsi Hokkaydo adasındakı şəffaf binadır. Arxitektor ada sakinlərinin ənənəvi evi olan tise yaradıb. Karkas qara şam ağacından hazırlanıb, divar üçünsə teflon, şüşəparça və onların arasında isidicidən istifadə edilib. Qızdırıcı plastik butulkalardan hazırlanıb. Divarlar nəinki yaxşı isti verir o həm də səsdən təcrid edir və gündüz işığını buraxır.
Əgər arxitektorun təcrübəsi baş tutsa o binanın ikincisini yaradacaq. Memu Meadows ucuz, rahat, ekoloji, sadə yaşayış evi olacaq.

Heyrət edəcəyiniz 11 bina (Fotolar)9. Beynəlxalq ticarət mərkəzi (Atkins, Manama, 2008). Ev elektrostansiya.

Bəhreyndə yerləşən beynəlxalq ticarət mərkəzi dünyada külək boruları ilə tikilən ilk böyük binadır. 2008-ci ildə tikinti bitən zaman iki 50 mərtəbəli binaların arasında üç boru düzəltdilər. Kompleks dənizin kənarında yerləşir və həmişə külək əsir. Bu da imkan verir ki, otuz metrlik borular ildə təxminən bir gigabayt elektrik enerjisinə qənaət etsin.

Heyrət edəcəyiniz 11 bina (Fotolar)10. The Shard (London, Renço Piano, 2012) Terroristlərə qarşı göydələn

The Shard bir ay qabaq Londonda əsas göydələnini tikdirdi. Bu tikinti illər əvvəl Amerikadakı qüllələri və Nyu York Taymsın binasını xatırladır. Nəinki forması ilə, hətta funksiyaları ilə də eynidir. Müasir göydələn şəhərdə şəhər olmalıdır. O möhkəm olmalıdır, keyfiyyətli və iqtisadi cəhətdən xeyirli. Buna görə də London qülləsində bütün müasir texniki üstünlüklər var, külək stansiyalarından tutmuş, günəş batareyalarına qədər. Yağış suyu yığılır və ikinci dəfə mikroklimatın nəzarəti üçün istifadə edilir. Bundan başqa binanın altında əsl nəqliyyat dəhlizi yerləşir. Bu bina 11 sentyabrdan sonra tikilmiş göydələnlər üçün dərsdir.

Heyrət edəcəyiniz 11 bina (Fotolar)11. Qorki parkında "Qaraj" povilyonu (Şiqeru Ban, Moskva, 2012). Kağızdan ev

Şiqeru Ban kağızdan ev düzəltməklə məşhurdur. Onun düzəltdiyi evlər cırılmır, yanmır, islanmır. Belə ki, 1995-ci ildə Kobedə baş verən zəlzələdən sonra bir çox adamın müvəqqəti evlərə ehtiyacı vardı. Bu vaxt Şiqeru evlər tikməyə başladı. Kağız ucuzdur, onu asan istehsal etmək olur və ondan kifayət qədər gözəl müvəqqəti ev tikmək olur. Onlara ehtiyac olmayanda isə asanlıqla sökülür. Şiqeru Banın son kağız evlərindən biri keçən payız Moksvada Qorki parkında tikilmiş "Qaraj" povilyonudur


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 7314   Tarix: 16 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş