Fərdi kompüter bazarı iflasa uğrayır?

Fərdi kompüter bazarı iflasa uğrayır?Dünya kompüter bazarının araşdırılması ilə məşğul olan iki böyük şirkət "IDC" və "Gartner" bu ilin birinci rübünün nəticələrini açıqlayıblar.Şirkətlər fərdi kompüterlərin satış həcminin sürətlə azalmasını bildiriblər və hər iki şirkət bunun səbəbini istifadəçilərin planşet və noutbuklara keçidi ilə, eyni zamanda "Windows 8" satış həcmlərinin azalmasında görürlər.

"IDC" şirkətinin qiymətləndirilmələrinə əsasən, birinci rübdə yeni kompüterlərin satışları ötən illə müqayisədə 14% azalıb, bu son 17 ildə müşahidə olunan ən böyük azalmadır. Qərb ölkələrində hətta 2000-ci ilin əvvəlində, "dotkom kisəsi" partladığı zaman, belə azalma qeydə alınmayıb. Xatırladaq ki, "Gartner"in hesablamalarına görə, azalma 11,6% təşkil edib. Hər iki şirkət bu ilin birinci rübündə bazarda azalma müşahidə olunacağını proqnozlaşdırmışdılar, lakin onlar bunun 7-8% səviyyəsində olacağını gözləyirdilər.

Analitiklər deyirlər ki, azalmanın 11,6% və ya 14% olması o qədər də vacib deyil, əsas odur ki, istifadəçilər yeni kompüter almaqdan imtina edirlər. Bu, ya çətin maliyyə vəziyyəti ilə bağlıdır, ya da onlar smartfon və yaxud planşetlərə üstünlük verirlər.

ABŞ, Avropa və Asiya kimi regionlarda "Hewlett-Packard", "Dell", "Asus" və "Acer" şirkətlərinin satışlarının azalması qeydə alınıb. Təkcə "Lenovo" şirkəti ötən illə müqayisədə artıma nail olub, bu da Çinin daxili istehlakı, həmçinin rəsmi Pekinin Çinin kənd və rayonlarında yerli texnikanın alınmasına yönəlmiş tədbirləri sayəsində baş verib. Qeyd edək ki, bu ölkədə hökumət, aşağıgəlirli aqrar regionların sakinləri tərəfindən yeni texnikanın alınması üçün subsidiyalar müəyyən ediblər.

"Windows 8" əməliyyat sisteminə olan ümidlərin doğrulmaması azalmaya fundamental təsir göstərib. Öncə "Microsoft" öz yeni əməliyyat sisteminin satış həcmlərindən, satışların artım templərindən razı olduğunu bildirsə də, "IDC" və "Gartner"in apardığı araşdırma göstərib ki, "Microsoft" rəqəmlərlə oynayır və reallıqda vəziyyət acınacaqlıdır. Yəni istehlakçı kütləsi daha çox "iPad" almağa üstünlük verir, nəinki "Windows 8" ilə təchiz edilmiş kompüter.

"IDC" hesabatına əsasən, rüb ərzində bazara 76,3 milyon yeni kompüter və noutbuk təqdim edilib. "IDC" mütəxəssisləri bildirib ki, fərdi kompüter bazarında azad azalma artıq bir ildir ki davam edir. "Gartner" analitikləri isə öz növbəsində, yeni fərdi kompüterlərin satışlarının həcminin 79,2 milyon təşkil etdiyini bildirir və qeyd edir ki, 2009-cu ildən bu günə kimi rüb ərzində 80 milyondan aşağı satış həcmi müşahidə edilməyib.

"The Wall Street Journal" nəşri bu gün Amerikanın iri korporativ istifadəçiləri arasında sorğu keçirib və bu nəticəyə gəlib ki, onların əksəriyyəti "Windows 8"-ə keçmək niyyətində deyil.

Jurnal yazır ki, "Ricoh Americas Corp" şirkəti hər üç ildən bir kompüter parkını yeniləyir, buna baxmayaraq, artıq 4 ildir ki şirkət kompüter parkını yeniləsə də, "Windows 8" platformasına keçmək niyyəti yoxdur. "Windows 8"-də heç bir mənfi xüsusiyyət yoxdur, amma bu əməliyyat sistemində bizim üçün önəmli olan xüsusiyyətlər yoxdur"- deyə şirkətin əməliyyat direktoru Treysi Rotenberq bildirib.

"Garnter" şirkəti "Windows 8» tətbiq həcmlərinin yaxın rüblər ərzində artmasını proqnozlaşdırır. Hər iki şirkət "Hewett-Packard" şirkətini satış həcmlərinə görə birinci yerdə görürlər, lakin məhz bu şirkət il ərzində göstəricilərinin ən çox azalmasını (24%) nümayiş edib. Dördüncü yerə sıxışdırılmış "Dell" şirkətinin isə, il ərzində göstəricilərinin 11% azalması qeydə alınıb.

Analitik şirkətlər qeyd edib ki, il ərzində orta hesabla 350 milyon yeni kompüter satılır, lakin bu dəfə "IDC" və "Gartner" 200 milyona yaxın kompüterin satılmasını gözləyir.

mənbə: itcnews.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1323   Tarix: 15 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 283
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25.04.2024 511
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 622
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 438
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 383
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 158
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

25.04.2024 860
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 179