3 əsri görən nənə

3 əsri görən nənə118 yaşlı Yasəmən Qasımova Şəmkirdə yaşayır

Şəmkirdə Azərbaycanın ən uzunömürlü sakinlərindən biri yaşayır. Uzunömürlü Yasəmən Qasımova 1895-ci ildə elə indi yaşadığı Şəmkir rayonunda dünyaya gəlib. Deməsinə görə, onun digər ailə üzvləri də uzunömürlü olublar. Ekoloji təmiz qida və zəhmət onu bu ahıl yaşadək gətirib çatdıra bilib. Bir neçə il bundan öncəyədək həyət-bacada iş görsə də indi səhhətindəki problemlər buna imkan vermir. 5 övlad dünyaya gətirən Qasımova 6 nəvə, 18 nəticə və 30-a yaxın kötücə sahibidir.

"Mənim ehtiyacım, korluğum, şikayətim olmayıb. Kişi kimi qadın olmuşam. Mən almanlarla müharibədən indiyə qədər yetim, atasız balalar böyütmüşəm".

Amma Yasəmən Qasımova uzunömürlülüyü onun özünü bir o qədər də maraqlandırmayan təsir bağışlayır. Ailə üzvləri deyir ki, nəvəsinin ailə münaqişəsi zəmnində qətlə yetirilməsi dərdi ahıl qadını daha da əldən salıb. Ağlamaqdan gözləri görməməyə başlayıb.

118 yaşlı nənənin günü övladlarına, nəvələrinə xoş gün arzulamaqla keçir. Yaşı neçə olursa olsun, əksər insanlar kimi onun da ürəyinin arzusu yaşı qədər qoca deyil. O da sağlam və çox yaşamaq arzusundadır.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 7819   Tarix: 14 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040