500 gün mağarada (Fotolar)

1942-ci ildə Ukraynada yəhudi ailə nasistlərdən xilals olmaq üçün yer altı mağarada düz 500 gün yaşayıblar.

Səkkiz baş ailə ananın səyləri nəticəsində xilas olublar. Ester Ştermer və onun əri Zeyda altı uşaqları ilə birlikdə sovet əsgərləri gələnə qədər 500 gün yer altı mağarada yaşayıblar.

1942-ci ildə Ştermet ailəsi ilə birlikdə yeraltı mağarada 38 adam yaşayıb. Onlar qaranlıqda il yarım yaşamalı olublar. Ailənin iki oğlu hələ də yaşayır: 92 yaşlı Sol və 86 yaşlı Sem 70 il sonra həmin əraziyə qayıdıblar.

Yeraltında yaşayan ailələr gecələr çıxırmışlar ki, yeməyə bir şey tapsınlar. Almanlar yalnz bir dəfə mağaraya girirlər. Onda da Ester uşaqlarını qoruyur.

"O əsgərə dedi: nədən qorxursuz? Hitler müharibəni ona görə uduzacaq ki biz burada yaşayırıq?" onda da əsgərlər geri dönüb getdilər. Sonra bizi heç kim narahat etmədi, deyə Sol danışıb".

Bütün 38 nəfər mağaradan yalnız 1944-cü ilin aprelində, Sovet əsgərləri ərazini azad etdikdən sonra çıxa bilirlər. Müharibədən sonra Ştermer ailəsi Kanadaya köçərək biznes açırlar. Ester isə yaşadıqlarını qələmə alaraq kitab buraxır. Qadının xatirələri əsasında film çəkilib. Film Almaniyada mayda göstəriləcək.

mənbə: publika.az

500 gün mağarada (Fotolar)500 gün mağarada (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 1956   Tarix: 15 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş