Dünyanın ən yatağan, ən varlı, ən alkoqolik xalqları

Dünyanın ən yatağan, ən varlı, ən alkoqolik xalqlarıTürklər yeməyə ən çox vaxt ayıran xalq imiş...Sizə elə gəlir ki, meksikalılar çəkdikləri serial, fransızlar tənbəl həyat tərzi və moda düşkünlüyünə, amerikanlar isə... hər şeyşünas olduqlarına görə məşhurdular? Əslində isə xəritənin ayrı-ayrı nöqtələrində olan ölkələrlə bağlı çox maraqlı məlumatlar var. Dünyaca məşhur "Pocket Vord in Fiqures" kitabında bütün bu məlumatlar toparlanıb və ortaya ilginc detallar çıxıb.

Məsələn, braziliyalıların hər il 2164 ton kofe istehsal etdiyini, təhsilə ən çox pul xərcləyən millətin kubalılar olduğunu bilirdiz? Fransızların ən yatağan millət olmasından xəbəriniz var idi?

Dünya ölkələri ilə bağlı bilinməyən gerçəklərin toplandığı ayrı-ayrı kitablardan seçmələri Türkiyənin "Sabah" qəzeti təqdim edib. Bu məlumatlardan sizlər üçün bəzilərini seçdik.

Zimbabveli qadınlar 43 il yaşaya bilsələr, sevinirlər...

Ölüm faizinin ən çox olduğu ölkə Əfqanıstandır. Eyni zamanda ən çox uşaq ölümlərinin yaşandığı ölkə də Əfqanıstandır. Əfqanıstan kişiləri ən azı 43.5 yaşına qədər yaşamağı xəyal edir. Bu isə dünyadakı ən aşağı ömür həddi olaraq bilinir.

Zimbabvedəki qadınlar üçün ən yüksək yaş həddi 43.6 ildir. Yapon qadınlar isə zimbabveli həmcinslərindən fərqli olaraq 86 il yaşayırlar.

Keçək Venesuellaya. Bu ölkə təkcə serialları ilə məşhur deyil. Burada ilboyu adambaşına düşən pivə istehlakı 83 litrdir. Bu da Venesuellanın ən çox pivəçi ölkə kimi ad qazanmasına səbəb olub.

Günün 162 dəqiqəsini yeməyə həsr edən xalq

Dünyanın ən çox siqaretə meylli xalqı isə yunanlar sayılır. Bu ölkədə gündəlik adambaşına düşən siqaretin sayı 8 ədəddir. Osmanlı türkləri isə dünya xalqları arasında yeməyə ən çox vaxt sərf edən sayılır. Belə ki, qardaş ölkədə insanlar günün 162 dəqiqəsini yemək yeməklə keçirirlər.

Dünyada ən çox kofe yetişdirən xalq braziliyalılardır. Onlar hər il 2164 min ton kofe istehsal edirlər. Amma onların istehsal etdiyi bu kofeni daha çox həzmi-rabedən keçirənlər amerikanlardır. Onlar da il ərzində 1262 tonla dünyada ən çox kofedən istifadə edən xalq sıralamasında birinci yeri tutur.

Kanadada hər 100 adama 94 kompüter düşür

Çin ildə 1166 min ton çay istehsal edir. Ən çox çay istehlak edən millət isə yenə də çinlilərdir. Onlar il ərzində 828 min ton çay içir. Altıncı sırada isə ingilislərdir. Onlar 131 min ton çay istehlak edir.

İşgüzarlıq sahəsinə keçək. İş məsələsində ən çalışqan məkan Cayman Adalarıdır. Bu adanın 67.7 faizi işləyir.

Kanadada hər 100 adama 94 ədəd kompüter düşür. Bu isə az qala hər kəsin kompüterlə təmin olunması anlamına gəlir.

Sizə elə gəlir ki, ən çox mobil telefon əsirinə çevrilən xalq azərbaycanlılardır? Əslində belə deyil. Araşdırmalar sübut edib ki, Birləşmiş Ərəb Əmirliklərində hər 100 nəfərə düşən cib telefonu sayı 176.5-dir.

Keçək biz qəzetçilərin ən sevdiyi mövzuya - qəzet oxucusu məsələsinə. Dünya ölkələri arasında ən çox qəzet oxuyanlar İslandiyadadır. Əhalinin 1000-də 821 nəfəri aktiv qəzet oxucusudur.

Kubalılar təhsilə ən çox pul xərcləyən xalqdır

Kuba deyib keçməyin. Bu ölkə təhsilə ən çox pul xərcləyən ölkə sıralamasında birinci yeri tutub. Amma buna qarşılıq olaraq, dünyanın ən yaxşı 15 universiteti İngiltərə və Amerikadadır.

Çin 1.3 milyard əhalisi ilə dünyanın ən çox əhalisi olan ölkədir. Hindistan bu məsələdə Çindən cəmi bir addım geridədir. Orda da əhalinin sayı 1.1 milyard nəfərdir.

ABŞ ən güclü iqtisadiyyatı olan ölkə sayılır. İkinci sırada Yaponiya gəlir. Çin ildə 270 ton qızıl istehsal etməklə bu sahədə birincilər sırasındadır. "Human Development" təşkilatına görə, dünya xalqları arasında həyat standartı ən yüksək olan islandiyalılardır.

Qətər sürücüləri "trafik canavarı"dır...

Yol qəzaları dedinizsə...burada bir qırmızı işıq yandırın. Bu sahədə də bizi qabaqlayanlar varmış. Belə ki, Qətər sürücüləri maşınla ən diqqətsiz və məsuliyyətsiz davrananlar sırasında liderlik edir. Yol qəzalarında 100 min insandan 9 min 989 nəfəri yaralanır, 33-ü ölümlə nəticələnir.

Amerika deyib, keçməyin. İmperiya, maqnat ölkə olması ilə yanaşı, Amerika dünya ölkələri arasında ən çox xeyriyyə məqsədilə pul xərcləyən ölkədir. Belə ki, Amerika il ərzində ehtiyacı olan ölkələrə 21 milyon 787 min dollar yardım edir.

Ən az boşananların ölkəsi isə Quam sayılır. Buradakı hər 1000 nəfərdən 5-i evliliyini bitirməyə qərar verir.

Ən tənbəl xalq fransızlardır

Fransa sakinləri dünyanın ən tənbəl insanları seçilib. Aparılmış araşdırmaların nəticəsinə görə, fransızlar hər gecə ən azı 9 saat yatırlar - bu da Yer kürəsinin yerdə qalan əhalisinin yatdığı vaxtdan çoxdur.

Misal üçün, yaponlar və çinlilər orta hesabla 8 saat yatdığı halda britaniyalılar 7,5 saatını yuxuda keçirir. Tənbəllik sırasında ikinci yeri 8,5 saat yatan amerikalılar tutur. Üçüncü yerdə isə ispaniyalılar qərarlaşıb. Araşdırmalar nəticəsində fransızların daha bir xüsusiyyəti ortaya çıxıb. Beləliklə, məlum olub ki, fransızlar sutkanın 2 saatını yeməyə sərf edirlər. Ümumilikdə fransızlar hər zaman harasa tələsən və tələsik qidalanmağa üstünlük verən insanları anlamırlar. Bu xüsusiyyətə görə fransızlardan sonra Yeni Zelandiya və Yaponiya əhalisi gəlir. Onlar da yeməyə 2 saata yaxın vaxt sərf edirlər.

Ruslar "alkaş" deyilmiş...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada əhalisi ən çox spirtli içkidən istifadə edən ölkələrlə bağlı araşdırma aparıb. Araşdırmanın nəticələri gözlənilməz olub. Araşdırma zamanı məlum olub ki, Moldova hər il adambaşına içilən 10 litr alkoqollu içki ilə Avropada birinci yerdədir. İkinci yerdə Lüksemburq, üçüncü yerdə Estoniya çıxıb. Əhalisi ən çox içki içdiyi düşünülən Rusiya isə gözləntilərin əskinə olaraq ilk yerlərdə deyil, 20-ci sırada qərarlaşıb. ÜST-nin hesabatına görə, son illərdə rusların 2/3-si alkoqollu içkidən istifadəyə son qoyub. Həm də artıq içki içən ruslar bel sərt alkoqollu içkiləri sevmir, ucuz deyil, bahalı alkoqollu içkilərə üstünlük verirlər. Rusiyanın siyahıdakı qonşuları Danimarka, Xorvatiya və Böyük Britaniya olub. Türkiyə ən az alkoqollu içki içilən ölkələrdən biri olaraq göstərilib. Norveç, İsveç və İslandiya kimi Skandinaviya ölkələri də siyahının aşağı pillələrində yer alıb.

Hindlilər uşaqlarının sağlam olması üçün...

Hindistanın Maharacta bölgəsindəki Solapurda valideynlər hər il toplanaraq körpələrini 15 metrlik mənzilin damından aşağı atır. Körpələr digər kəndlilərin əllərində tutduğu yerə dəyməyən şalın üzərinə düşür. Valideynlər bunu övladlarının sağlam, uzun ömür keçirəcəklərinə inandıqlarını göstərmək üçün edirlər. Maraqlıdır ki, ayin müsəlmanlar tərəfindən icra edilir, lakin bəzi hindli ailələr də mərasimə qatılırlar.

Braziliyanın Amazon bölgəsində yaşayan Satere-Mave sakinləri oğlan uşaqları üçün ağrı verən ənənəyə malikdirlər. Oğlan uşağı, "kişi" olmaq üçün əlini içində qara qarışqaların olduğu əlcəyə salıb on dəqiqə boyunca əlini orada tutmaq məcburiyyətindədir. Qarışqanın sancma anında verdiyi ağrı təbiətdəki ən acı verici hisslərdəndir. Kişiliyə keçmə yaşına gələn şəxs bunu iyirmi dəfə, özü də müəyyən bir müddət boyunca təkrarlamalıdır.

İndoneziyada yaşayan Torayan adlı etnik qrup üçün cənazə mərasimi həyatın olduqca əhəmiyyətli məqamlarından biridir. Hansısa ailənin dəfn mərasimi üçün lazımi vəsait toplaması uzun zaman ala bilər. Aylarla sürə bilən bu müddətdə ailənin ölü üzvünün bədəni geyimlərə sarılaraq, evin zirzəmisində saxlanılır. Torayanlar ölən ruhun dəfn mərasiminə qədər ailə ilə yaşadığına inanırlar.

mənbə: veteninfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3864   Tarix: 14 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018