Həyat adlı bir oyun

Həyat adlı bir oyunHəyat – qaydasız oyundur. Və sənin yalnız bir dəfə cəhd etməyə şansın var.
Sən seçimində azadsan, çünki həyat – azadlıqdır.
Yalnız sən özünü çərçivəyə salıb, azad həyata əsirlikdən kimi baxa bilərsən.
Həyat oyununda hər kəs üçün fərdi rol ayrılıb, və sən bu oyunun gedişatına cavabdehsən.
Həyat oyunu kralın ölümü ilə bitmir, əksinə davam edir, və hətta qalib gəlir.
Həyat oyunçuları uydurma və yalanlardan qumarbazlardan daha çox istifadə edirlər.
Həyat oyununda nişanlanmış kartlar yoxdur, amma damğalanmış oyunçular var.

Sən hər an həyatını dəyişə bilərsən. Yetər ki, öz daxili güvvəni özün üçün kəşv edəsən. Öz gücünə inanasan və sənə ayrılan zamanı qiymətləndirib həyatını yaxşılığa doğru yönəldəsən.
İnsanın təxəyyülü, arzuları – onun həyatının əsasıdır, binövrəsidir. Bir çox hadisələrin gedişatı bu təməlin möhkəmliyindən asılıdır.
Sənin arzu-istəklərinin pozitiv gücü onları daha tez gerçəkləşdirə bilər.
Calış düzgün nişan al, arzulamaqdan əvvəl "yüz ölç – bir biç". Ehtiyatlı ol – arzu – reallığa çevrilə bilər. Və sən buna hazır olmalısan!
Hərdən insan illərlə arzuladığını əldə edəndən sonra həyatının mənasını itirir.

Məsələn, bir sxem

"Möcüzə" arzusu "möcüzə" gerçəkləşəndən sonra

1."Ali məktəbə qəbul olmaq" "Həvəssiz oxuyub, kafi qiymətlərlə bitirmək"

2."Sevdiyin insanın məhəbbətini qazanmaq" "Hisslərin soyuması, laqeydlik, ayrılıq"

3. "Nişan, toy-düyün" "Adilik, əsəbilik, gərginlik, boşanma"

4. "Ana olmaq" "Məişət problerindən tez yorulma, pərt hall"

5. "Müsabiqədə birincü olmaq" "yalnız dost-tanış arasında tanınan"

Cədvəlin açıqlanması-səbəblər

1. Abituriyent imtahana hazırlaşanda – yaxşı həkim, müəllim, iqtisadçı olmağı arzulamır. O, sadəcə, tələbə olmaq istəyir. Bu səbəbdən, universiteti həvəssiz bitirib özünə uyğun iş tapa bilmir. Axı onun hədəfi "Ali məktəbə qəbul olmaq" idi. Sonrasını düşünmədi – bu da gözəl arzunun nəticəsi...

2. Gənc qızlar, oğlanlar bir-birinin ovsununda yalnız öz məqsədlərini düşünürlər: "O, mənim olmalıdır!".Qarşılarındakı maniələri, çətinlikləri keçmək onlar uçun oyunun mərhələsi kimidir. Yalnız əldə etdikdən sonra oyanıb yanlarında yad bir insan görürlər. Çünki, məqsədləri o insanı qazanmaq idi, onun yaxından tanımaq yox.

3. Hər bir qız toy günü arzusu ilə yaşayır. Onda belə bir sual yaranır: "Bəs nə üçün boşanmaların sayı çoxalır?" Çünki, xanımlar, ailə həyatının çətinliklərini düşünmürlər. Nə həyat yoldaşlarına, nə də ki, onun qohun-əqrabasına güzəşt etmək istəmirlər. Halbuki, ailənin birinci qanunu – güzəşt etmək bacarığıdır! Bax belə gözəl, heyranedici, cazibədar, füsunkar toy məclisinin səbəbkarları ayrılmaq təhlükəsi ilə rastlaşırlar.

4. Qadın Ana olmaq arzusu ilə yaşayır, 9 ay səbirsiz gözləyir, balasını qucağına alanda – dünyanın xoşbəxti olur... Bəs nə üçün uşaqlar, döyülür, söyülür, uşaq evlərində atılmış uşaqların sayı artır? Çünki, bəzi xanımlar ana olmağı "evcik-evcik" oyununa bənzədirlər. Uşaq onların gəlinciyidir. Bezdirsə - atıb, başqa oyun oynayacaq.

5. Respublikada bir çox müsabiqələr keçirilir. İlk gündən iştirakçılarının arzusu daha böyük yarışmalara qatılmaqdansa – burda 1-ci olmaq olur. Bəs sonra? Məqsədsiz qalıb, bir anda sadə, maraqsız adama çevrilirlər.

Bəzən arzu sahibi "mö'cüzə"nin təsirindən özünü itirir. Bundan sonra necə yaşayacağını bilmir. Axı o, sonrakı addımları hesablamamışdı!

Həyatın bir neçə qanunlarından birini yadda saxla:
- sənin xoşbəxtliyin yalnız sənin əlindədir. Həmçinin uğursuz nəticənin də məhsuliyyətini sən daşıyırsan;
- Həyat naməlum gedişatı ilə gözəldir. Hər şey yaxşılığa doğrudur!
- Hərəkət et! HƏYATININ SULTANI OL!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 14138   Tarix: 12 avqust 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164