"Xoca" Moskvada nümayiş etdirilib (Foto,Video)

Nümayiş başa çatdıqdan sonra bütün zal ayağa qalxaraq filmin yaradıcı heyətini alqışlayıb

"Xoca" filminin təqdimatı Moskvanın mərkəzində Kremldən cəmi 300 metr məsafədə yerləşən məşhur "Xudojestvenniy" kinoteatrında baş tutdu. 31 mart azərbaycanlıların soyqırımı günü ərəfəsində Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan nümayişə Rusiyanın ictimai-siyasi xadimləri, məşhur kinematoqrafçıları, sadə insanlar qatılmışdı.

Tamaşaçılar o qədər çox idi ki, insanlar zalın keçidlərində belə əyləşmişdilər. Nümayişdən əvvəl çıxış edən filmin rejessoru Vahid Mustafayev filmin ekstremal şəraitdə, mənfi 13 dərəcə temperaturda dağlarda çəkildiyini vurğuladı. O, filmin hazırlanmasında rolu olan hamıya təşəkkürünü bildirdi.

Vahi Mustafayev xüsusi olaraq "Xoca" filmin yaranmasında göstərdiyi böyük dəstəyə görə, Azərbaycan Respubikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. O, xüsusi olaraq Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun Moskvada bu filmin təqdimatı üçün yaratdığı şəraitə görə, rolunu xüsusi vurğulayıb.

Filmin davam etdiyi 1 saat 40 dəqiqə ərzində film tamaşaçıların diqqətini bütünlüklə özünə bağladı. Nümayiş başa çatdıqdan sonra bütün zal ayağa qalxaraq filmin yaradıcı heyətini alqışladı. Tamaşaçılar müharibənin dəhşətləri fonunda məhəbbət hekayəsi barədə, zorakılıq əleyhinə olan bu filmin nümayiş başa çatdıqdan sonra uzun müddət ekran işinin təsiri altında idilər.

Nümayişin təşkilində böyük rolu olan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu filmin yaradıcı heyətini minnətdarlığını bildirdi.

"Mən bütün yaradıcı heyətə, dərin təşəkkürümü bildirirəm.Özümdə bir yaradıcı insan kimi, bir diplomat kimi, demək istəyirəm ki, çox sağolun. Son zamanlar xanım Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət kompaniyası bütün dünyada özünü bildirir. Artıq bir neçə ölkələrdə, bir neçə ölkələrin parlamenti Xocalı haqqında rezalutsiya qəbul edib və bu onu göstərib ki, artıq haqq ədalət öz yolunu tapır", - deyə Azərbaycanın Rusiyadakı səfiri, Polad Bülbüloğlu vurğulayıb.

Qeyd edək ki," Xoca" filmi Avropanın iri şəhərlərində, o cümlədən Londonda, Brüsseldə, Rotterdamda, İstambulda göstərilib. Filmin bu yaxınlarda Afinada nümayişi planlaşdırılıb. "Xoca" bu il dünyada Xocalı soyqrımının tanıdılmasına yönəldilmiş tədbirlərin demək olar ki, hamısında göstərilib və tamaşaçıların böyük rəğbətini qazanıb.

mənbə: anspress.com

"Xoca" Moskvada nümayiş etdirilib (Foto,Video)"Xoca" Moskvada nümayiş etdirilib (Foto,Video)"Xoca" Moskvada nümayiş etdirilib (Foto,Video)"Xoca" Moskvada nümayiş etdirilib (Foto,Video)"Xoca" Moskvada nümayiş etdirilib (Foto,Video)"Xoca" Moskvada nümayiş etdirilib (Foto,Video)"Xoca" Moskvada nümayiş etdirilib (Foto,Video)"Xoca" Moskvada nümayiş etdirilib (Foto,Video)"Xoca" Moskvada nümayiş etdirilib (Foto,Video)"Xoca" Moskvada nümayiş etdirilib (Foto,Video)"Xoca" Moskvada nümayiş etdirilib (Foto,Video)"Xoca" Moskvada nümayiş etdirilib (Foto,Video)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1577   Tarix: 01 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390