Ölümdən qurtaran 1 saniyə
Cənubi Afrika Respublikasında dəhşətli hadisə baş verib.
Hansbaai kəndində turistlərdən biri suyun altına girib. Bu vaxt o adamyeyən ağ köpək balığının hücumuna məruz qalıb.
Belə ki, yeni evli cütlük Cənubi Afrikaya səyahət ediblər. Onlar turist şirkətinin təqdim etdiyi ekstermal şərtlərdə istirahət etməyə üstünlük veriblər. Bu əyləncələrdən birində könüllülərdən ibarət metal qəfəs köpək balıqları ilə dolu suya salınır ki, turistlər təhlükəli varlıqlarla yaxından tanış olsunlar.
Gənc də qəfəsin içində suya dalır, lakin xəbərdarlıqlara baxmayaraq, başını qəfəsdən çıxarır. Bu vaxt köpək balığı qəfəsin dəmir barmaqlıqlarına hücum edərək dişləri ilə barmaqlıqdan yapışıır. Köpək balığının hücumuna 1 saniyə qalmış Rocer adlı turist başını içəri sala bilir. Rocer sonradan deyib ki hələ də xilasına inana bilmir çünki başı barmaqlığa ilişib çöldə qala bilərdi.
mənbə: publika.az
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş