David Vilyadan Mourinyoya etiraz

David Vilyadan Mourinyoya etiraz

“Barselona”nın futbolçusu David Vilya “Real”ın baş məşqçisi Joze Mourinyonun 2012-ci il dünyanın ən yaxşı baş məşqçisinin seçimi zamanı FİFA-nın saxtakarlıq etməsi barədə iddialarına münasibət bildirib.

O, Mourinyonun fikirləri ilə razılaşmadığını, Visente del Boskenin ədalətli şəkildə ən yaxşı baş məşqçi seçildiyini deyib.

Vilya “Del Boske belə polemikalara fikir verməz. O, həm insan, həm də baş məşqçi kimi yüksək pillədə olan biridir” deyərək ona dəstək çıxıb.

Qeyd edək ki, del Boske 2012-ci ildə İspaniya millisinə Avropa çempionluğunu qazandırıb.


mənbə: xezerxeber.com

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 2256 Tarix: 25.03.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər