Ermənini yerə yıxıb başına 5 yumruq vurdum. müsahibə (Fotolar)

Gənc idmançı, qaydasız döyüş üzrə dünya çempionu və respublika çempionu Heydər Məmmədəliyevin portalımıza verdiyi müsahibəni təqdim edirik.

- Heydər, neçə ildir qaydasız döyüşlə məşğul olmusan?

Bu idman növü ilə artıq 4 ildir ki, məşğulam.

- Ümumilikdə nə qədər döyüş keçirmisən və bunların neçəsi peşəkar, neçəsi həvəskar döyüşlər olub?

Ümumilikdə 20-dən çox döyüşdə olmuşam. Həvəskarlar arasında keçirilən döyüşlərdə məğlub olduğum döyüşlər də olub. Amma keçirdiyim 5 peşəkar döyüşün heç birində məğlub olmamışam.

- Bu idman növü ilə bağlı fəaliyyətdə olan federasiyanın fəaliyyəti səni qane edirmi?

Fedarasiya yeni yaranmasına baxmayaraq, fəaliyyəti çox uğurludur. Hazırda federasiyaya rəhbərliyi Azad Əsgərov edir. Azad müəllim həm də mənim müəllimimdir. İnşallah gələcəkdə federasiyanın fəaliyyətinin daha da genişlənəcəyinə əminəm.

- Yarışlara federasiyanın dəstəyi ilə gedirsən?

Peşəkar yarışlar olur ki, onlara sponsorların dəstəyi ilə gedirəm. Bu yarışların çoxu qonararla keçirilir. Amma həvəskar yarışların çoxunu federasiyanın dəstəyi ilə gedirik. Hər bir idmançı federasiyanın dəstəyini hiss edir.

- Bildiyim qədərilə Polşada keçirilən yarışmada dünya çempionu olmusan və bu yarışmada finalda erməni ilə döyüşmüsən. İstərdim biraz bu haqda oxucularımıza məlumat verəsən.

Polşada keçirilən çempionatda finalda erməni döyüşçü Georgi Muradyanla qarşılaşdım. Rusiyada qaydasız döyüş üzrə tanınmış idmançıdır. Döyüşdə 20 xal məndə idi, 3 xal isə onda. Daha sonra hakim mənim xeyrimə parter elan etdi. Mən həmin döyüşdə ermənini yerə yıxıb başına 5 yumruq vurdum. Döyüşün ikiqat qalibi mən oldum.

- Heydər sənə elə gəmirmi ki, bu qədər uğur qazanan bir idmançı kimi insanlar səni tanımır. Bizdə erməniləri məğlub edən idmançılara daha çox sevgi ilə yanaşırlar. Sən finalda ermənini məğlub edib çempion olmusan. Ammaelə də tanınmırsan. Səncə bunun səbəbi nədir?

Mən tanınmaq üçün xüsusi nəsə etməyin əleyhinəyəm. Ona görə tanıyan da sağ olsun, tanımayanda. Mən məşqimi edirəm və öz üzərimdə durmadan işləyirəm. Özümü reklam etməyi sevmirəm.

- Polşadan başqa hansı ölkələrdə turnirlərdə olmusan?

Rusiyada keçirilən döyüşlərdə iştirak etmişəm. Bu yarışların həvəskarları da olub, peşəkarları da.

- Axırıncı döyüşü nə vaxt keçirmisən?

Axırıncə döyüşə bu il çıxmışam. Respublika çempionatı idi və orada birinci yeri tutdum.

Gələcəkdə hədəflərin nələrdi?

- Gələcəkdə özümü daha çox inkişaf etdirib ən böyük hədəfimə çatmaq istəyirəm. Bu ABŞ-da hər il keçirilən qaydasız döyüş üzrə çempionatdır. Oranın qızıl kəmərinə sahib olmaq istəyirəm. İnşallah bunun üçün əlimdən gələni edəcəyimə əminəm.

mənbə: azxeber.com

Ermənini yerə yıxıb başına 5 yumruq vurdum. müsahibə (Fotolar)Ermənini yerə yıxıb başına 5 yumruq vurdum. müsahibə (Fotolar)Ermənini yerə yıxıb başına 5 yumruq vurdum. müsahibə (Fotolar)Ermənini yerə yıxıb başına 5 yumruq vurdum. müsahibə (Fotolar)Ermənini yerə yıxıb başına 5 yumruq vurdum. müsahibə (Fotolar)Ermənini yerə yıxıb başına 5 yumruq vurdum. müsahibə (Fotolar)Ermənini yerə yıxıb başına 5 yumruq vurdum. müsahibə (Fotolar)Ermənini yerə yıxıb başına 5 yumruq vurdum. müsahibə (Fotolar)Ermənini yerə yıxıb başına 5 yumruq vurdum. müsahibə (Fotolar)Ermənini yerə yıxıb başına 5 yumruq vurdum. müsahibə (Fotolar)Ermənini yerə yıxıb başına 5 yumruq vurdum. müsahibə (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 9673   Tarix: 23 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

"Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil

13.11.2019 2270
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998