Köhnə Quran nüsxələrini yandırmaq olar?

Köhnə Quran nüsxələrini yandırmaq olar?- Quran oxunduqdan sonra "sadaqallahul əliyyul əzim" və ya "sadaqallahul əzim" deyilir. Bunun mənasını bilmək istərdim. Bir də bunu demək vacibdirmi?
-"Sadaqallahul əliyyul əzim" zikri (uca və əzəmətli olan Allah düzünü söylədi) "sadaqallahul əzim" zikri isə (Əzəmətli olan Allah düzünü söylədi) mənasını verir. Belə ki, Quran oxuyan şəxs sanki Allahın dilindən danışmış olur və Onun doğru söylədiyini bir daha təsdiq edir. Quran oxunduqdan sonra bu zikri demək vacib deyil, müstəhəb (bəyənilən) əməldir.

- Nə üçün Quran ayələri nazil olduğu ardıcıllıqla yığılmayıb? Bunun bir səbəbi var?
- Surələrin hal-hazırkı ardıcıllığı üçüncü xəlifə Osman ibn Əfvanın zamanında tərtib olunmuş və hazırlanan altı nüsxə böyük şəhərlərə göndərilmişdir. Lakin sonralar da surələrin ardıcıllığında bəzi dəyişikliklər aparılmışdır. Və bundan məqsəd oxunuşu (əzbərlənməyi) asanlaşdırmaq olub. Bunu da qeyd edək ki, surələrin ardıcıllığı məna və məfhuma heç bir xələl gətirmir.

- Bəzi dua kitablarında Allahın gözəl adlarını zikr etməyin fəzilətli olduğu qeyd olunur.
- Əsmaul-hüsnanı (Allahın gözəl adlarının) sadəcə zikr etmək Allahın bizdən istədiyi deyil. İnsan Əsmaul-hüsnanı dilə gətirməklə yanaşı, həm də onları özündə yaşatmalıdır.

- Müsəlman ənənəsinə görə, neçə gün yas saxlanılmalı və nə vaxta qədər başsağlığı verilməlidir?
- Peyğəmbərimiz (s) yas məclislərini üç gün keçirməyə göstəriş verib. Başsağlığına gəldikdə isə İmam Əli (ə) bu barədə buyurur: "Üç gündən sonra başsağlığı vermək müsibəti təzələyər, üç gündən sonra kimisə təbrik etmək dostluğun dəyərini azaldar". Dinimiz bütün işlərdə olduğu kimi yas məclislərində də həm ifrata varmağı, həm də lazım olandan artıq önəm verməməyi tövsiyə edir.

- Oxunması mümkün olmayan köhnə Quran nüsxələrini nə etmək olar? Onları yandırmaq olar?
- Xeyr, yandırmaq olmaz. Bu, Allahın kitabına qarşı böyük hörmətsizlik olar. İndi ki, saxlaya bilmirsiniz və oxunması da mümkün deyil, onları gediş-gəliş olmayan təmiz torpaqda (ağac, hasar dibi və s.) basıdırın. Bu, Quranın bütün dillərdə yazılmış nüsxələrinə aiddir. Və nəinki Quran, hətta digər dini ədəbiyyatlarla da belə rəftar etmək lazımdır.

- Quranın oxunuşu üçün qiraət və tilavət kəlmələrindən istifadə olunur. Onların mənalarını və aralarındakı fərqin nədən ibarətdir?
- Qiraətdə də, tilavət də bizim dilə tərcümə olunduqda oxumaq mənasını verəcək. Qurana hörmət əlaməti olaraq onun oxunuşu üçün bu kimi kəlmələrdən istifadə olunur. Fərqə gəldikdə isə aralarında heç bir fərq yoxdur.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1579   Tarix: 22 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882