40 milyon avroluq məscid (Fotolar)

Almaniyaanın Köln şəhərində Avropanın ən böyük məscidi inşa edilir. Məscid Ehrenfeld istiqamətində köhnə fabrikin yerində inşa edilir. Dəyanət İşləri Türk İslam Birliyi (DİTİB) Mərkəzi Məscid tamamlandığında Avropanın ən modern və ən böyük məscidi adını qazanacaq.

Məscid iki minarəli olacaq. İlkin dəyərləndirməsi 25 milyon avro olan inşaata 2009-cu ildə başlanılıb. Məscidin ötən il təntənəli açılışı planlaşdırılsa da, işlər ləngiyib. Belə ki, DİTİB rəhbərliyi məscidin rənginin nəzərədə tutulduğu kimi olmadığını, gümbəzə yüksəkdən baxanda onların xaça bənzədiyini, bəzi divarların nəzərədə tutulandan nazik olduğunu deyərək işləri saxladıb. Nəticədə memar Pal Böhm 300 min avro əlavə ödənişlə gümbəzin görüntüsünü dəyişsə də, digər xətaları qəbul etməyib.

Araşdırmalardan sonra inşaatda daha 1300 xəta müəyyən edilib və memarla müqaviləyə xitam verilsə də, Pal Böhm özünə aid olan layihəni tamamlamaq istədiyini deyib və DİTİB-i məhkəməyə verib. Hazırda iki tərəf arasındakı məsələni məhkəmə həll etməyə çalışır.
Bütün bunlar isə məscidin inşaasının gecikməsinə yol açıb. Hələlik inşaatın nə zaman başa çatacağı ilə bağlı açıqlama verilmir.

Qeyd edək ki, 16 min 500 kvadrat metr qapalı sahəyə malik məscidin 35 metr hündürlüyündə bir qübbəsi, 55 metrlik iki minarəsi var. Məsciddə eyni zamanda 1200 nəfərin ibadət etməsi nəzərədə tutulub. Burada eyni zamanda mədəni, sosial və təlim tədris çalışmaları aparılacaq məkanlarda nəzərədə tutulub. Məscidin 150 avtomobillik yeraltı qarajıda olacaq.
Bəzi hesablamara görə, 25 milyon nəzərəd tutulsada, məscidin inşaası planda olmayan işlərlə bağlı sifarişçi tərəfə 40 milyon avroya başa gələcək.

mənbə: anspress.com

40 milyon avroluq məscid (Fotolar)40 milyon avroluq məscid (Fotolar)40 milyon avroluq məscid (Fotolar)40 milyon avroluq məscid (Fotolar)40 milyon avroluq məscid (Fotolar)40 milyon avroluq məscid (Fotolar)40 milyon avroluq məscid (Fotolar)40 milyon avroluq məscid (Fotolar)40 milyon avroluq məscid (Fotolar)40 milyon avroluq məscid (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 3697   Tarix: 22 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti