Sərinləşdirici içkilər "şirin ölüm"dür?

Sərinləşdirici içkilər "şirin ölüm"dür?ABŞ-dakı Harvard Universitetində aparılan araşdırmalara görə, tərkibində şəkər olan sərinləşdirici içkilər dünya miqyasında 180 min insanın ölümünə səbəb olub. Belə içkilər piylənmə, şəkərli diabet, ürək-damar xəstəlkiləri və xərçəngi yaradır.

Harvardlı alimlərin hesabatı Amerika Ürək-Damar Xəstəlikləri Assosiasiyasının (American Heart Association, AHA) Nyu-Orleanda keçirilən elmi konfransında açıqlanıb.
Alimlər Ümumdünya Səhiyyə Təşkilatının 2010-cu ildə hazırladığı Yer əhalisinin səhhətinin qlobal araşdırılması (Global Burden of Diseases Study) hesabatından da yararlanıblar.

Tərkibində şəkər olan sərinləşdirici içkilərin müxtəlif ölkələrdə yaş və cinsi mənsubiyyətdən asılı olaraq istehlakı ilə bağlı informasiyanı təhlil edən alimlər həmin məlumatları izafi çəkinin yaratdığı diabet, ürək-damar xəstəlikləri və bəzi xərçəng xəstəliyi növləri, habelə bu xəstəliklərdən ölüm statistikası ilə tutuşdurublar.

Məlum olub ki, 2010-cu ildə sərinləşdirici içkilər dünyada şəkərli diabetdən 132 min, ürək-damar xəstəliklərindən 44 min, xərçəng xəstəliyindən isə 6 min ölüm faktı ilə bilavasitə bağlıdır. ABŞ-da belə ölümlərin sayı 25 min olub.

Ölümlərin 78 faizi əhalinin əksəriyyətinin orta və aşağı gəlir səviyyəli olduğu ölkələrlə bağlıdır.
Tərkibində şəkər olan sərinləşdirici içkilərlə bağlı ölüm halları daha çox Latın Amerikası və Karib hövzəsi ölkələrindədir. 35 ölkənin adının çəkildiyi hesabatda "lider" Meksikadır.

Burada sərinləşdirici içkilərin yaratdığı ölüm hallarının sayı hər 1 milyon nəfərə 318 səviyyəsindədir.
"Qara siyahı"da son yeri Yaponiya tutur.

Şərqi və Mərkəzi Avropa ölkələrində isə tərkibində şəkər olan sərinləşdirici içkilərin yaratdığı fəsadlar arasında ürək-damar xəstəlikləri ilk yerdədir.
Həmin ölkələrdə 11 min ölüm faktı məhz bu səbəbdəndir.

Amerika Spirtsiz İçki İstehsalçıları Assosiasiyası (American Beverage Association, ABA) hesabat müəlliflərini sərt tənqid edərək onları "ucuz sensasiya axtarmaq və nəticələrin elmi əsasının olmamasında" suçlayıb.

USA Today bildirir ki, Birləşmiş Ştatlarda izafi çəkili sakinlərin sayına görə lider mövqe tutan Missisipi ştatının qubernatoru Fil Brayant tərkibində şəkər olan sərinləşdirici içkilərin satışına hər hansı məhdudiyyət qoyulmasını qadağan edən fərman imzalayıb.

"Vətəndaşların qida seçiminin tənzimlənməsi dövlət qurumlarının işi deyil. Səhhətə görə məsuliyyəti insanın özü daşıyır. Necə qidalanmağı və fiziki formada necə qalmasının vasitələrini vətəndaşın özü seçməlidir", - fərmanda deyilir.

AHA bildirir ki, qadınlar gündə maksimum 6, kişilər isə 9 çay qaşığı şəkər qəbul edə bilər.

Standart, 0,5 litrlik sərinləşdirici içki butulkasında 15-18 çay qaşığı şəkər olur.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4465   Tarix: 22 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568