Yaz gəldi, dərd gəldi? (Maraqlı)

Yaz gəldi, dərd gəldi? (Maraqlı)Bu fəsildə xroniki xəstəliklər alovlanır, intiharlar artır

Artıq yaz fəslinin astanasındayıq. Artıq bu fəslin isti nəfəsi duyulmağa başlayır. Bu zaman təbiət oyanır, günəş öz şəfəqlərini ətrafa saçır. Lakin yazın gəlişi özü ilə bərabər müəyyən mövsümi xəstəlikləri də gətirir. Belə ki, həm psixoloji, həm də fizioloji baxımdan təzadlı fəsil olan yazda insan orqanizmində bir sıra dəyişikliklər baş verir.

Terapevt Məlahət Abbasovanın sözlərinə görə, yazın gəlişi ilə bütün xroniki xəstəliklər kəskinləşir. Buna səbəb isə havanın temperaturunun kəskin dəyişməsidir: "İnsan soyuq şəraitdən birdən-birə isti şəraitə düşür. Bəzi insanlar temperaturun kəskin dəyişməsinə reaksiya vermirlər. Amma immun sistemi zəif olan insanlar temperaturun, mövsümün dəyişməsinə həssas olurlar. Belə insanlarda yaz fəslində xroniki xəstəliyin kəskinləşməsi halı baş verir. Məsələn, əgər bir insanda bronxit varsa, yaz aylarında onda xroniki bronxitin kəskinləşməsi baş verir. Ağciyər, mədə-bağırsaq sistemi xəstəlikləri də bu fəsildə kəskinləşir. İmmun sistemi zəif olan insanlarda ümumi halsızlıq, infeksion xəstəliklərə qarşı müqavimət və iş qabiliyyəti zəifləyir".

Terapevt bizimlə söhbətində bildirdi ki, immun sisteminin zəifliyi qışda vitamin balansının azalması ilə özünü büruzə verir: "Vitamin balansı həm xarici, həm də daxili faktorlarla əlaqədar olaraq azalır. Xarici faktorlar odur ki, insanın qəbul etdiyi vitaminlərin sayı digər fəsillərə nisbətən az olur. Amma daxili faktorlarda insanın əgər mədə-bağırsaq sistemində hansısa bir xəstəlik varsa, mədə-bağırsaq sisteminin eroziyalarında, xoralarında, bağırsaqda hansısa bir bakterioz varsa, belə insanlarda, xüsusilə yağda həll olunan vitaminlərin sorulması prosesi pozulur və insanın vitamin balansı zəifləyir. Mövsümün dəyişməsi ilə də əlaqədar olaraq vitamin balansı zəifləyən insanlarda halsızlıq, iş qabiliyyətinin zəifləməyi, ətraf mühitə qarşı laqeydlik yaranır. Belə insanlar əsasən yuxulu olurlar və bütün günü yatmaq istəyirlər. Bunun qarşısını almaq üçün ilk növbədə xroniki xəstəliklərin müalicəsini etmək lazımdır".

Həkim vurğuladı ki, mövsümün dəyişməyinə az qalmış insanlar orqanizmlərində olan müəyyən xəstəliklərin müalicəsini etməlidirlər ki, yaz fəslində bu xəstəliklər kəskinləşməsin. Onun sözlərinə görə, xüsusən mədə-bağırsaq sisteminin xəstəlikləri mövsüm dəyişəndə güclü reaksiya verir. M.Abbasova mövsüm dəyişkənliyi ilə bağlı allergik xəstəliklərin də kəskin surətdə artdığını bildirdi. Onun sözlərinə görə, yaz fəslində allergik xəstəliklərdən ən çox uşaqlar əziyyət çəkir. Bu isə özünü qızdırma, ishal və qusma ilə göstərir. Uşaqlarda belə hallar müşahidə olunduğu təqdirdə ilk növbədə uşağa imalə etmək, daha sonra isə həkimə müraciət etmək lazımdır.

Mövsüm xəstəliyinin müalicəsi

Həkim bizimlə söhbətində mövsümi xəstəliklərin ev şəraitində müalicəsi haqqında da məlumat verdi: "Həkimə müraciət edə bilməyən insanlar da xroniki xəstəliklərin qarşısını almaq üçün immun sistemini artıran bir sıra şirələr var ki, onlardan istifadə etməlidir. Həmin şirələrin ev şəraitində hazırlanması daha yaxşı olar. Ev şəraitində xüsusən kök, alma, nar, çuğundur şirəsini hazırlayıb içmək lazımdır. Bundan əlavə, C vitamini balansını ödəmək üçün itburnu dəmləmək lazımdır. Yaxud cücərmiş buğdanı xırdalayıb yeməyə qatıb yemək olar. Bu insanın C vitaminin çatışmayan balansını əvəz edir və insan bütün bunlarla yanaşı yaz fəslində təbiətdə olan bütün meyvə və tərəvəzlərdən bolluca istifadə etməlidir. Çünki qış vaxtı yerin altında yetişən tərəvəzlər vitaminləri özünə toplayırlar, yerin bütün gücünü özlərinə alırlar, onların şirələrini istifadə edərkən biz özümüzün vitamin balansımızı ödəmiş oluruq".

İntiharlar fəsli

Yazın gəlişi ilə bağlı insanların psixologiyasında da müəyyən problemlər yaranır. Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, intiharlar əsasən yaz fəslində baş verir. "Xalq dilində yaz fəslinə qan qaynayan vaxt da deyirlər. Yəni bu o deməkdir ki, yaz fəslində insan orqanizmində hormonal aktivlik gedir. İnsanın qanının qaynaması hormonal aktivlik nəticəsində baş verir. Çünki, bu vaxt təbiət oyanır, iqlim dəyişkənliyi baş verir, bunun nəticəsində orqanizmdə biokimyəvi stress yaranır. Bunu yalnız insanlarda deyil, bütün canlılarda müşahidə etmək mümkündür".

Psixoloq bildirdi ki, biokimyəvi stress insan psixologiyasında ciddi fəsadlar yaradır: "insan psixologiyası insan fiziologiyasına, insanın biokimyasına çox bağlıdır. Qış fəslindən çıxanda insan orqanizminin vitaminləşməyə ehtiyacı olur. Buna görə də insan depressiyalara, intiharlara daha çox yaz fəslində meyl edir. Buna görə də intiharların çoxluq təşkil etdiyi vaxt yaz fəslidir. Orqanizmdə əsasən səhər saat 5-dən 10-a qədər hormonal aktivlik gedir. Fikir versəniz görərsiniz ki, insanlar daha çox səhər saatlarında intihar edirlər. Psixoloqun sözlərinə görə, yaz depressiyasından qorunmaq üçün açıq havada çox gəzmək, meyvə-tərəvəz məhsullarından daha çox istifadə etmək və vitaminlər qəbul etmək lazımdır.

mənbə: bakuinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3325   Tarix: 21 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

96 il əvvəlki avtomobil modeli yenidən istehsal olundu

"Bentley" tarixindəki ən uğurlu yarış avtomobili olan "Speed Six"i yenidən təqdim edib. xarici mediaya istinadla bildirir ki, "Speed Six" 1928-ci ildə yaradılıb, lakin istehsal xəttindən yalnız 1930-cu ildə çıxıb. "Bentley" məhdud sayda 12 yarış avtomobili buraxacaq

23.03.2024 374
.

Balıq niyə limonla yeyilməlidir? Beş əsas SƏBƏB

Restoranlarda balıq və dəniz məhsulları yeməkləri bir səbəbə görə limonla verilir. xarici KİV-ə istinadən bildirir ki, aşpaz Yuliya Arxipova balıq yeməklərinin nəyə görə limonla yeyilməsinin səbəbini açıqlayıb. Birincisi, gözəldir. Balıq yeməklərini bəzəmək üçün göyərti, bibər, pomidor da istifadə ed

24.03.2024 725
.

Həyatın necə başladığı məlum oldu: Tarixi kəşf...

Telefonlar, binalar və hətta insanlarsız bir dünya təsəvvür etmək bizim üçün çətindir, amma bir zamanlar dünya sadəcə maqmanın odlu şorbası idi. xarici KİV-ə istinadən xəbər verir ki, planetin soyumağa başlaması və maye su okeanlarının əmələ gəlməsi üçün bir neçə yüz milyon il lazım idi; Sonra, fotosinteti

10.03.2024 796
.

"Windows 11"də "Android" proqramlarını yükləmək mümkün olmayacaq

"Microsoft" şirkəti "Windows 11" üçün "Subsystem for Android" sisteminə rəsmi dəstəyin dayandırılacağını elan edib. Bildirilib ki, dəstək bir ildən sonra dayandırılacaq. "Gələn il martın beşindən sonra əməliyyat sistemi tərtibatçıları "Windows 11"də mobi

10.03.2024 398
.

"X" televizorlar üçün "YouTube"un analoqunu işə salacaq

İlon Maska məxsus "X" sosial şəbəkəsi "YouTube"la rəqabət aparmaq üçün "Smart TV"ni dəstəkləyən "Amazon" və "Samsung" televizorları üçün proqram təqdim edəcək. Məlumata görə, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlar

10.03.2024 318
.

30 ildir mağazaları qarət edən qadın hamını ŞOKA SALDI

Almaniyanın Dessau şəhərində 30 ildir mağazaları qarət edən Qriet V. adlı qadın saxlanılıb. Təxminlərə görə o, o qədər mal oğurlayıb ki, hətta evinin zirzəmisini də doldurub. xarici mediaya istinadla bildirir ki, Qrit V.-nın 1700 qutu, çanta və kisələrdə saxlanılan əşyalar və oğurlandığı malların ümum

24.03.2024 390
.

Azyaşlı uşaqları olan anaların hansı güzəşt hüquqları var?

Əmək Məcəlləsinin 37-ci fəsli qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları müəyyən edir. Hamilə və ya üç yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliy

10.03.2024 526
.

Reabilitoloq qocalmanı ləngitməyin sadə və təsirli yollarından danışdı

Yaşlanma əlamətlərini gecikdirmək və orqanizmi uzun müddət cavan saxlamaq üçün daimi olaraq fiziki aktivliyi qoruyub saxlamaq da daxil olmaqla sağlam həyat tərzinin sadə qaydalarına riayət etmək kifayətdir. Bu barədə rusiyalı reabilitoloq Matvey Odintsev məlumat verib. "Sağlamlığın qorunmasınd

16.03.2024 311
.

Tarixçidən maraqlı faktlar: "Şəxs öldürülsə də, papağı ailəsinə çatdırılırdı" - VİDEO

Baku TV-də yayımlanan "Aydın tarix" verilişinin yeni buraxılışında papaqlardan bəhs olunub. Qeyd olunub ki, dünya mədəniyyəti panteonuna orijinal milli-mənəvi və maddi dəyərlər bəxş etmiş türk xalqları papağa daim böyük önəm verib, kişili-qadınlı müxtəlif papaq növlərindən istifadə ediblər

24.03.2024 273