BiG.Azda QonaQ

BiG.Azda QonaQBiG.Azda QonaQÖzünüzü Təqdim Edin?

BiG.Azda QonaQZəHRa...

BiG.Azda QonaQ Niyə məhz bu nik?

BiG.Azda QonaQAnam Fatimeyi_Zəhraya (s.a) olan düşgünlüyüm və sevgimə görə.

BiG.Azda QonaQHəyata Nə Üçün Gəlmisən?!

BiG.Azda QonaQƏlbətdə Rəbbimizin hər aciz bəndəsi kimi mən də həyata Allahın müxtəlif sınaqlarından keçməklə axir aqibətimi qazanmaq üçün və ibadət üçün gəlmişəm...

BiG.Azda QonaQHəyatda Ən Kədərli Günün?

BiG.Azda QonaQDeyərdim ki, çox olub kədərli günlər.Əzizlərimin çoxu yəni babam, nənəm kimi dəyər verdiyim kəsləri yaxın zamanlarda qısa arayla itirmişəm. Amma bir dəfə atam avtomobil qəzası keçirmişdi. Düzdü Şükr və Həmd olsun ki, Allaha atama heç nə olmamışdı amma mən bunu gec bildim...Elə bilirdim ki, məni aldadırlar ki, ata yaşayır. Həmin gün yaşadığım kədər bu günümə kimi mənə bəs edib. Şükr və Həmd olsun Allaha...

BiG.Azda QonaQOglan (Qiz) Dostunuz var ?

BiG.Azda QonaQƏlbətdəki var...Dost deyib arxalandığım insanlar var. İnşAllah ki, hər zaman yanımda mənimlə olarlar...

BiG.Azda QonaQOğlan dostluqda etibarlıdı yoxsa Qız ?

BiG.Azda QonaQEtibarlı olmağı oğlan və ya qız kimi dəyərləndirmək düzgün deyil. İnsandan asılıdır. Gərək insan özüylə mübarizə edə və kiminsə ona olan inamını puç etməyə. Mənimçün fərq etmir oğlan və ya qız. Hər iki tərəf də etibarlı və ya xəyanətkar ola bilər.

BiG.Azda QonaQƏn Yaxın Bildiyin Dosta Ürək Sözün?

BiG.Azda QonaQAllahın nəzərindən heç vaxt düşməsinlər və Rəbbim hər zaman bütün dostlarımdan Razı Olsun İnşAllah. Nəinki dostlarımdan hər kəsdən. Əsas budur məncə. Daha sonra isə bu fani dünyada Rəbbimdən başqa heç kimə möhtac olmasınlar həm maddi və həm də mənəvi...

BiG.Azda QonaQİlk məhəbbətinizi xatırlayırsınızmı?

BiG.Azda QonaQİlk məhəbbət ?! Uşaq vaxtı olub, ona da məhəbbət demək olmaz ki !!!

BiG.Azda QonaQQızlarda (oğlanlarda) ən çox nəyi qiymətləndirirsiniz?

BiG.Azda QonaQİstər qız, İstərsə də oğlan olsun Şükrlü bəndə olan insanlara, həmçinin sadəlövh və təkəbbürlü olmayan insanlar yəni hər şeyin Rəbbi əlində olduğunu dərk edib bəndə kimi öz yerini bilən insanlara hörmətim daha çoxdur. Mənim üçün budur dəyərli insan xasiyyəti...

BiG.Azda QonaQSevgilin Var?

BiG.Azda QonaQYox...Amma istərdim ki, mənə dəyər verən, sevginin nə olduğunu dərk edən bir insanı sevim və sevilim. Bir az səbrlə yanaşıram ki, doğru zamanda doğru insanı seçim ki, utanmayım ailəm qarşısında...

BiG.Azda QonaQ Sizcə sevgi əl çatmaz olmalıdır yoxsa açıq aydın??

BiG.Azda QonaQƏl çatmaz sözü bu sualda məni hardasa çaşdırır. Belə qəbul edirəm bu sözü yəni gizli sevgi kimi. Məncə əlçatmaz sevgi bir az qorxaqların və özündən, nə istədiyindən əmin olmayan kəslərin yaşadığı sevgidir və hətda bunu sevgi kimi də dəyərləndirməzdim...Əlbətdəki sevgi müəyyən çərçivə içərisində açıq-aydın olmalıdır. Yəni hər kəsə kimi sevdiyini və qəlbinin kimə məxsus olduğunu sübut edirsən və öz sevgini yaşayırsan. Təbii ki, hər şeydə olduğu kimi bu mövzu da da istisnalar var, haqsızlıq etmirəm hər kəsə...

BiG.Azda QonaQ Sevgidə əsas nədir sizcə?

BiG.Azda QonaQHər kəs dərk edir ki, sevgi ilk əvvəl yalansız və xəyanətsiz olmalıdır. Amma mən ilk əvvəl düşünürəm ki, hər iki tərəf bir-birini olduğu kimi qəbul edib sevsə nə yalan olar, nə də xəyanət. Çünki qarşındakı insanın sənə laiq olmadığını düşünəndə hər şey korlanır. Elə məhz yalan da, xəyanət də burdan başlayır. Ona görə sevgidə əsas budur ki, hər iki tərəf olduğu kimi bir-birini qəbul etsin...

BiG.Azda QonaQ Küsüb qəmli qəmli gedən məhəbbət peşman paşman geri dönərmi?

BiG.Azda QonaQDönən sevgilər var. Amma şəxsən mən bilsəm ki, sonda məni böyük kədər gözləyir yenə də həmin sevgini qəbul etmərəm. Çünki, ona olan hörmətim və inamım itəndən sonra həmin kəsin dəyəri olmaz gözümdə və öz sevgimdən zövq almaram. Hər zaman qorxu içərisində olaram ki, ya yenə gedəcək, ya da xəyanət edəcək. Belə həmin sevgini yaşamaqdansa müəyyən vaxt ərzinə əzab çəkmək yaxşıdır...

BiG.Azda QonaQHeç böyük sevgi yaşamısan?

BiG.Azda QonaQYox yaşamamışam. Sevmişəm kimisə amma böyük sevgi demək heç düzgün olmazdı və hətda sevgi də deməzdim...

BiG.Azda QonaQHəyatınızdan razısınızmı?

BiG.Azda QonaQŞükrlü bəndə olmağa çalışıram. Şükr və Həmd olsun Aləmlərin Rəbbi olan Allaha...

BiG.Azda QonaQSəncə insanlar niyə xəyanət edər??

BiG.Azda QonaQHər şeyin müəyyən səbəbi var məlum məsələdir. Amma mən heç kimə haqq qazandırıb xəyanəti müəyyən səbələr arxasında gizlətmərəm. Xəyanət o kəslər edir ki, həmin kəslər öz duyğuları qarşısında acizdir, bünyəsizdir, zəifdir. Həmin kəslərin ağlı-məntiqi yoxdur və qəlblərini isə şeytan doldurub...

BiG.Azda QonaQXəyanət etmisən?

BiG.Azda QonaQDoğrunu yalnız aləmlərin Rəbbi Allah bilir. Amma məncə böyük xəyanətim olmayıb nə ailəmə , nə dostlarım, ümumiyyətlə heç kimə...

BiG.Azda QonaQ Bağışlayarsanmı xəyanəti?

BiG.Azda QonaQBöyük danışmıram heç vaxt. Amma bu günə kimi xəyanət görmüşəm bağışlamamışam və hətda həmin kəsləri həyatımın səhifələrindən silmişəm. İnşAllah ki, nəinki mən, ümumiyyətlə heç kim nə xəyanətlə qarşılaşar nə bağışlamaq məcburiyyəti qarşısında qalar.

BiG.Azda QonaQ İnsanı ən çox hansı yaralayar: dost xəyanəti yoxsa Sevgi xəyanəti?

BiG.Azda QonaQNə fərqi var ?! Hər birinin özünəməxsus ağrısı var.

BiG.Azda QonaQ Kumiriniz?

BiG.Azda QonaQCənnət qadınlarının anası olan xanım Fatimey-Zəhra (s.a)...

BiG.Azda QonaQİnternet Aləminə Necə Gəldin?

BiG.Azda QonaQNərgiz dəqiq yadımda deyil axı. Amma onu deyim ki, İntrenet aləminə elə BiG.AZ saytı ilə gəlmişəm...

BiG.Azda QonaQZəif cəhətiniz?

BiG.Azda QonaQÇox tez əsəbləşməyim. Demək olar ki, bütün dostlarımı və ailəmi cana yığmışam.

BiG.Azda QonaQQısqancsan?

BiG.Azda QonaQDostlarıma və sevgimə çox qısqancam. Amma insanı ucuzlaşdıran qısqanclıqlara sahib deyiləm çox Şükrlər olsun Allaha...

BiG.Azda QonaQÖzünüzdə bəyəndiyiniz və bəyənmədiyiniz xüsusiyyət?

BiG.Azda QonaQİnsan özünü heç vat yaxşı tanıya bilmir. İnsanın ətrafınakılar bu sualı müzakirə etməlidirlər. Buyursunlar məni tanıyanlar var yazmaq istəyən yazsın...

BiG.Azda QonaQHəyatda Özünə Ən Böyük Arzun?

BiG.Azda QonaQŞükr və Həmd olsun ki, müsəlman kimi doğulmuşam, müsəlam sozünün mənasını gec də olsa dərk etmişəm və bu sözə laiq olmağa çalışıram. İnşAllah ki, laiqli müsəlman kimi də ölərəm. Ən böyük arzum budur. Bu fani dünyada isə Rəbbimdən başqa heç kəsə həm maddi, həm mənəvi möhtac olmamağı arzulayıram. Bu qədər...

BiG.Azda QonaQ Həyatdan Bezdiyin An?

BiG.Azda QonaQEyni sualı ki, mənə bir neçə dəfə verirlər haaa bax həmin an az qalıram başımı divarlara vurub özümü öldürüm :)))...

BiG.Azda QonaQKimsəsizə Əl Tutmusan?

BiG.Azda QonaQBuyrulur: Kiməsə yardım edirsənsə və onu kimlərinsə hüzurunda dilə gətirisənsə həmin yardımı etməmiş kimi olursan. Daha sonra yenə dilə gətirirsənsə günah qazanmış olursan. Məhz buna görə Allah bilməyi bizlərə kifayət etməlidir...

BiG.Azda QonaQ4.000000 $ Olsa Nə Edərsən?

BiG.Azda QonaQTam səmimi deyirəm ki, ilk əvvəl öz ailəmin ehtiyaclarını ödəyərdim daha sonra isə yalnız xeyriyyə məqsədilə istifadə edərdim...

BiG.Azda QonaQNamaz Qılırsız?

BiG.Azda QonaQŞükr və Həm Olsun Aləmlərin Rəbbi Olan Allaha...

BiG.Azda QonaQ Həyatına maraq gətirən insan kimdir?

BiG.Azda QonaQHəyatıma maraq gətirən insan yox insanlar ailəm və dostlarımdır. Son 5 ayda isə bacımın oğlu...

BiG.Azda QonaQBu dəqiqə hansı mahnıya qulaq asırsan?

BiG.Azda QonaQBu dəqiqə mahnıya yox sağ olsun dostmun biri hədislər diski vermişdi bax o diskdə olan hədislərə qulaq asıram... Çox gözəl kəlamlardır :)))...

BiG.Azda QonaQBu Həyatda Kimə İnanmaq Lazımdır?

BiG.Azda QonaQAllah və Onun Rəsuluna (s.a.s) və Rəsuli-Əkrəmin(s.a.s) Əhli-Beytinə. Mən öz adımdan bu düşüncədəyəm. Axır aqibətimiz üçündə bu ən xeyirlisidir...

BiG.Azda QonaQHəyat Fanidir Yoxsa İnsanlar?

BiG.Azda QonaQHər ikisi...

BiG.Azda QonaQ Qəlbinin dərinliyində saxladığın bir sirr varmı??

BiG.Azda QonaQVar və çox böyük sirrdir ki, ancaq Allah və mən bilirəm...

BiG.Azda QonaQCəsarət edib hansısa sirrini bizim ilə bölüşə bilərsənmi?

BiG.Azda QonaQBağışla, amma elə də cəsarətli insan deyiləm...

BiG.Azda QonaQQarşılıqsız Sevgi yaşamısanmı?

BiG.Azda QonaQYox yaşamamışam, çünki sevgi adı verilən duyğular olmayıb məndə...

BiG.Azda QonaQ Bəs Platonik?

BiG.Azda QonaQHəəə bax bu olub :))). Deməyəcəm yoxsa lağ obyekti olaram dostlarımçün...

BiG.Azda QonaQ Qarşılıqsız Sevənlərə məsləhətin?

BiG.Azda QonaQÖzümü o qədər də ağıllı hesab etmirəm bu mövzülarda. Sözün düzü guya məsləhət versək də nə onlar eşidir və nədə ürəkləri özlərinə yaxın buraxır məsləhətlərimizi. Qısaca sevən kəs kar və kor olur...

BiG.Azda QonaQSevdiyin İnsan uğrunda nəyi qurban verə bilərsən?

BiG.Azda QonaQSevgi yaşamadığım üçün bu suala cavab verə bilmirəm. Amma əminəm ki, özümdən nəyə laiq olsa onu da qurban edəcəm. Amma həyatımdı və ya ailəmdi kimi cavablar mənlik deyil...

BiG.Azda QonaQHəyatda Elə Bil Hərəkət Etmisiz ki,hələdə peşmançılıq Çəkirsiz? ( Səmimi Ol)

BiG.Azda QonaQHmmm olub çox təssüf ki...

BiG.Azda QonaQ Həyatda Elə Bir İnsan Varki Nümunə Götürəsən ondan?

BiG.Azda QonaQNümunə götürüləsi insanlar çoxdur. Sadəcə anam yanımda olduğu üçün ona bənzəməyə, nümunə götürməyə çalışıram...

BiG.Azda QonaQHəyatda Ən Yaxın Dostunuz?

BiG.Azda QonaQ_____CS______ nikli istifadəçi Cücəm xanım:)))... Bu qız 7 illik rəfiqəmdi. Və bu günə kimi də hər zaman dayağım olub. Həmçinin Sabina_87 nikli istifadəçi Səbinə. Çox yeni tanısam da inandığım kəslərdəndir artıq...

BiG.Azda QonaQBəs Saytda Ən Yaxın Dostunuz? (Oğlan Və Qız)

BiG.Azda QonaQƏvvəlcə onu deyim ki, bu saytda aramın pis olduğu və hörmət etmədiyim nik yoxdur məni tanıyan hər kəs bilir...Amma konkret olaraq yazıram:

RaMP __əziz qaqaşım mənim...Laura_89 şirinim mənim, Çox yaxşı qızdı,ürəkdi...Əhməd__bacısnın ürəyi... Bu adını çəkdiyim niklər həm saytda və həm də həyatda dostluq etdiyim kəslərdir. Və mənimçün çox dəyərlidirlər, hər birinin özünəməxsus yeri var qəlbimdə...
Məhz saytda isə Adminka__çox sağ olsun mənə çox böyük hörmət bəsləyir və çox istəyir və təbii ki qarşılıqlıdır...Onu çox istəyirəm, mənimçün bacı kimidi. AYSKA, 8800, 0504708787, Dostum və qardaşım Süleyman Dəmirəl eee pardon-pardon QAYDASIZ DOYUSCU nikli istifədçi, Xəyal.Bu adını çəkdiyim niklər isə virtual dostlarım olublar artıq və olduqca çox istəyirəm hər birini ALLAH şahiddir...Adını çəkmədiyim niklər isə dostluq etmədiyim amma hörmət edib çox istədiyim userlərdir...

BiG.Azda QonaQ BiG.AZ Saytına Necə Gəldin? Gəlməyivə Peşmansan?

BiG.Azda QonaQBiG.AZ saytının səkildə və mahnılarda logosunu görüb eşidirdim sonra diqqətmi çəkdi və bu sayta tez tez girməyə başladım... Heç peşman deyiləm və hətda sevinirəm ki, bu saytda dəyərli insanlar tanımışam...

BiG.Azda QonaQBiG.AZ Saytında Ən Maraqlı Xəbəri Hansı İstifadəçi Yerləşdirir?

BiG.Azda QonaQHər isfidəçinin özünə məxsus dəyəri var bu saytda. Amma söhbət məndən gedirsə İslam bölməsinə yerləşdirilən hər bir xəbərin mənim üçün dəyəri böyükdür və mənimçün ən maraqlıdır.

BiG.Azda QonaQBiG.AZ da Qonaq Rublikasında Hansı Useri Görmək İstərdiz?

BiG.Azda QonaQİnanın ki, hər bir userin olmağı məni sevindirər. Çünki hər birini tanımaq arzusundayam...

BiG.Azda QonaQBiG.AZ Saytına Ürək Sözləriviz!

BiG.Azda QonaQHər zaman AZ.Netdə birinci olublar və elə də qalsınlar İnşALLAH...Bizlər bu saytda bir ailə kimiyik və gəlin ailəmizə nifaq salmaq istəyənləri tez uzaqlaşdıraq aramızdan..Hə zaman mehriban və doğma olaq...

BiG.Azda QonaQ BiG.AZ-da nəyi bəyənmirsiz ? İrad və Təkliflər ?

BiG.Azda QonaQBiG.AZ saytının sadəliyini çox bəyənirəm. Sadə və səliqəliliyi ilə seçilir digər saytlardan...Amma bircə şikayətim avatarların həcminin çox az olmasıdır...

BiG.Azda QonaQSonda.Bəyəndiyiniz Və Bəyənmədiyiniz Sual?

BiG.Azda QonaQHər biri yaxşı idi sualların...

BiG.Azda QonaQQonağımız Olduğumuz Üçün Təşəkkür

BiG.Azda QonaQNərgiz mən sənə Təşəkkür edirəm ki, məni qonaq etdin. Sənə ayrıca təşəkkür edirəm ona görə ki, hə zaman xahişlərimin heç birini geri çevirmir və yerinə yetirirsən..."Məktəb xatirələri " xəbərində etdyinin hər bir köməklik və diqqətinçün minnətdaram...Sağ ol...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sayt xəbərləri   Baxılıb: 5384   Tarix: 16 fevral 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Telegram kanalımızda ən son xəbərlər

Azərbaycanda və Dünyada baş verən ən son xəbərləri 1ci almaq üçün Telegram kanalımıza qoşulun. Telegramda izləyin

08.04.2020 25955
.

Dözülməz bel ,əzələ ,sinir , oynaq ağrıları 15 dəqiqədə keçəcək

Flekosteel məlhəminin xüsusiyyətləri və üstünlükləri. İnsan hərəkətsiz yaşaya bilməz. Ancaq hərdən hərəkət insana diskomfort gətirir və o evdə, hətta yataqda qalmaq məcburiyyətində qalır. Əzələlərdə və oynaqlarda yaranan ağrıların bəzi səbəbləri var:. kəskin respirator xəstəliklər, kəskin respirato

13.02.2021 167888
.

24 saatda üz dərinizi cavanlaşdırın

Məhsul Haqqında BURADA. Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür.Yanağları boşalma və sallanmas

09.09.2021 524