Kişiləri öyrədək?

Kişiləri öyrədək? Zamanla insanlar bir-birinə öyrəşir və edəcəkləri işləri artıq borc kimi qəbul edirlər. Demək olmaz ki, stabil və rahat şərait pisdir. Pis odur ki, kişiyə elə gəlir ki, yır-yığış, yemək bişirmək, uşağa baxmaq və s. məhz qadının borcudur və o bunu mütləq özü etməlidir. Düzdür, bir tərəfdən əgər daşıdığınız bu yük qiymətləndirilirsə, buna dözmək olar, lakin başınıza çıxıb təşəkkür etməyi belə çox görəndə artıq vəziyyət gərginləşir.

Yəqin ki, bu vəziyyət əksər ailəli xanımlara tanışdır. Artıq sizi qiymətləndirmirlər. İndi sizi bir sual düşündürür: "Vəziyyəti necə dəyişim?"
Yox, inqilab edib dava-dalaş salmağa, qışqırığa ehtiyac yoxdur. Çünki sonda yenə də "deyingən arvad" ləqəbini üstünüzə götürmüş olacaqsınız (həmişəki kimi). Hətta səni borclu da çıxaracaqlar.
Biz xanımlara vəziyyəti dəyişmək üçün ən optimal yolları təqdim edirik. Əmin olun ki, təqdim etdiyimiz məsləhətləri kişilərin psixoloji durumunu analiz edərək sizə təqdim edirik. Beləliklə ..

Məsləhət 1. Özünüzü işlə çox yükləməyin.

Biz qadınlar evin, ailənin bütün işini üzərimizə götürməyə vərdişik. Çünki hər şeyi nəzarətdə saxlamağa çalışırıq. İndi isə STOP! Məgər sizin əriniz buna bənzər nəsə edir? Super-yorulmuş halda işdən qayıdır və sevimli yerində oturub dincəlməyə başlayır. Biz isə, işdən gəlib, mətbəxə qaçırıq, yeməkdən sonra dərhal yır-yığış edirik, hətta uşaqların məktəb dərslərinə də zaman ayırırıq. Gecə isə qadınlıq borcunu yerinə yetirib ərinə xoş gecə bəxş etməlisən. Bəli, bunları oxuyanda atıq hər şeyin ədalətsiz olduğu qənaətinə gəlirik.

Lakin çıxış yolu var. Sadəcə işləri bölüşdürün. Qışqırıq və danlamaq yolu ilə yox. Onu işləməyə məcbur etmək istəyirsiniz? Sadəcə ondan xahiş edin işdən sonra mətbəxdə sizə yardım etsin. Hər gün yardım üçün xahiş edin (hətta dəfələrlə). Nəticə özünü göstərəcək.

Məsləhət 2. Özünüzü ondan çox sevin.

Özünü qurban vermə artıq dəbdən düşüb. Kişini nə qədər çox məişətdən uzaqlaşdırsanız yükünüz daha da ağırlaşır. Özünüzə baxmağa isə sadəcə vaxtınız qalmır. Buna görə də özünüzü daha çox sevin.

İşlərin bir hissəsini güclü kişilərimizə həvalə edək. Əvəzində seksual gecə geyimləri geyinib, özünüzə tumar çəkin və budur artıq əhvalınız əladır. Kraliça hissini özünüzə doğmalaşdırmağı bacarın. Çünki instiktiv olaraq kişilərdə özünə əmin və baxımlı qadınlara qarşı cazibə var. Əks halda, "özünü sevmirsən, qiymətdən düşürsən" misalı tam sizlik olacaq.

Məsləhət 3. Bir qədər eqoizm

Eqoizmi özünüzə zaman ayırmaqla başlayın. İlk əvvəl gün ərzində 20 dəqiqədən başlayın. Ərinizdən xahiş edin 20 dəqiqə uşağa baxsın. Bu müddət ərzində siz vanna qəbul edə, özünüzə qulluq edə bilərsiniz.

Kişinin beyninə yeridin ki, sizin xarici görünüşünüz onun sizə qayğısının bir nömrəli göstəricisidir. Çünki baxımlı, yaraşıqlı qadının arxasında yalnız güclü kişi dayanır. Həmçinin o ev işlərini görməyə başladıqda anlayacaq ki, siz ailə üçün həddindən artıq çox iş görürsünüz.

Məsləhət 4. Əlçatmaz oyununu oynayın.

Kişilər – ovçudurlar. Buna görə də bəzən onları özünüzdən uzaqlaşdırmaq faydalıdır. Sakit olun, bəzən etinasız, bəzən isə əksinə onunla çox danışın (flirt edin), daha çox insanların əhatəsində olun və belə abu-havada zarafatlaşıb özünüzə maraq oyadın (psixoloji olaraq kişilərdə əlçatmaz yerlərdə sizə sahib olma hissləri güclənir). O, sizinlə tək qalacağı vaxtı səbirsizliklə gözləyəcək. Siz də vaxtı uzatmağa çalışın.

Məsləhət 5. Özünüzə qiymət verin.

Partnyorun özünə qiymətini qaldırmaq üçün qadınlar daha çox çalışırlar. Bu zaman özümüz yaddan çıxırıq. Bizim kişilər isə əksər vaxtı bizə "sən hamıdan üstünsən" sözünü deməyə belə əziyyət çəkirlər. Bəzən illərlə kompliment gözləməli oluruq.
Təsəvvür edin ki, yalnız yaxşı tərəflərinizi təsvir etməlisiniz. Vərdiş və xüsusiyyətlərinizdən başlayın. Yavaş-yavaş xarici görünüşünüzə keçin. Budur artıq özünüzü "kraliça" kimi hiss edirsiniz. Siz başqalarından heç də pis deyilsiniz, əksinə kifayət qədər yaraşıqlı və üstünsünüz. Partnyorunuzun da bəxti sadəcə gətirib.

Məsləhət 6. Unutmayın ki, siz qadınsınız.

Feminizm - əladır. Lakin bəzən zərif və ağıllı cinsə mənsub olduğumuzu unuduruq. Bəzi qadınlarda bütün işləri üzərinə götürmə vərdişi haradan yaranıb heç anlamırsan. Düzdür, hər işi bacarmaq çox yaxşıdır. Yox, əgər yanınızda kişi varsa işlərin bir hissəsini də o etməlidir. Sizlərdən kimsə bütün bazar boyu əlində 3 zəmbillə gəzərək ucuz və keyfiyyətli kartof axtaran kişi görüb? Təbii ki, yox. Məsələ ondadır ki, biz bazara da özümüz gedirik və "məndən başqa heç kim bunu edə bilmir" sözləri ilə özünə təsəlli verir. Unutmayın ki, siz qadınsınız. Əgər kişi bazarlıq edə bilmirsə, zəhmət çəkib öyrənsin. Çünki onlar düşündüyünüz qədər axmaq və primitiv deyillər.

Məsləhət 7. Komplimentləri qəbul etməyi bacarın.

Bəzən biz qadınlar bizə deyilən komplimenti sadəcə qəbul etməyi bacarmırıq. Tanış bir vəziyyət: kişi sizə deyir ki, bu paltarda çox yaraşıqlı görünürsən. Sən isə əvəzində - "yox, əşi bu paltar köhnədir".

Kompliment deyən kişi səmimi "çox sağ ol" gözləyir. Sizin özünütənqidinizə ehtiyacı yoxdur. Paltarın təzə və ya köhnə olması maraqlı deyil. Sadəcə sizin onun gözündə gözəl görünməyiniz əsasdır. Növbəti dəfə aldığınız komplimenti onunla səmimi söhbətə giriş kimi qəbul edin.

Məsləhət 8. Zarafatlaşırıq və maraq oyadırıq.

Düşünürsünüz ki, sevgi sayağı söhbətlər üçün artıq vaxtınız keçib? Əsla. Bu haqda düşünməyə belə dəyməz. Çünki qadın hər zaman qadındır və o istənilən yaşda və vəziyyətdə qadınlığını nümayiş etdirməyi, ondan istifadə etməyi bacarmalıdır. Kişi isə hər zaman kişi olaraq qalır. Gözəllik və sevgi axtarışında olan birisi. Ona görə evdə, küçədə, toyda tez-tez yüngül zarafatlar edib onu özünüzə cəlb edin.

Əgər qadın qiymətdən düşübsə əminliklə deyə bilərəm ki, bunun günahkarı o özüdür. Artıq həyata və münasibətlərinizə kənardan baxıb hər şeyi dəyişmək zamanıdır. Arzulanan qadın olmaq öz əlinizdədir.

Kişiləri öyrədək?Əziz xanımlar və cənablar bu məsləhətlərə münasibətiniz mənim üçün çox maraqlıdır


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6847   Tarix: 02 fevral 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554