Bir çox dərdlərin dərmanı (Göyərti)

Bir çox dərdlərin dərmanı (Göyərti)Gündəlik qida rasionumuzda şüyüd, cəfəri, keşniş və s. kimi göyərtilərdən istifadə edirik. Bəs bu göyərtilərin faydalı xüsusiyyətləri barədə bilirikmi?
Amerikalı alimlərin fikrincə, bitki antioksidantları ilə zəngin olduğuna görə, gün ərzində göyərti çox yeyilməlidir. O, insan hüceyrələrini xərçəngin əmələ gəlməsinə şərait yaradan azad radikallardan qoruyur.

Keşniş.

Bu göyərtinin tərkibində çoxlu miqdarda B və PP qrup vitaminləri var. Güclü antioksidant xassəyə malikdir. Keşniş sinir sistemini gücləndirir, mədənin fəaliyyətinə müsbət təsir göstərir, ürək və bağırsaqların yaxşı işləməsinə kömək edir, dərini təravətləndirir. Lakin bu bitkini həddən artıq qəbul etdikdə o, yuxugətirici təsir edir, yaddaşı zəiflədir, cinsi fəallığı azaldır.

Şüyüd.

Tərkibində A, C, B1, B2, PP vitaminləri, nikotin turşusu, efir yağları, çoxlu miqdarda kalium, kalsium, dəmir və fosfor kimi mikroelementlər var. Şüyüdün qanazlığı, hipertoniya, mədə-bağırsağaq pozğunluqları kimi xəstəliklərdə faydası var. Şüyüd toxumlarının şirəsi sidikqovucu xüsisiyyətə malik olmaqla yanaşı, öd ağrılarına və sistitə (sidik kisəsinin iltihabı) də müsbət təsir göstərir. Bu göyərtinin həlimi dəri irinləməsində və konyunktivitdə (göz qapağı selikli qişasının iltihabı) istifadə olunur.

Cəfəri.

Bu bitkinin tərkibi kalium, kalsium, dəmir, fosfor və C, PP, K, B1, B2, vitaminləri, karotin, karbohidratlar, zülallar, minaral duzlar ilə zəngindir. Cəfəri immuniteti gücləndirir, görmə qabiliyyətini, dərinin rəngini və vəziyyətini yaxşılaşdırır. Sidikqovucu təsirə malikdir, sidik kisəsində olan daşları və qumu əridib çıxarır. Cəfəridən bir çox xəstəliklərdə, o cümlədən, mədə xorası və qastritində, malyariya, astma və bronxitdə, ürək ağrılarında istifadə etmək məsləhətdir. Onun həlimi zəhərlənmə, həşərat sancmaları zamanı kömək edir. Cəfəridən kosmetologiyada da geniş şəkildə istifadə olunur.

Kərəviz.

Bu göyərtinin də insan sağlamlığına faydaları çoxdur. Tərkibi C, B1, B2, A vitaminləri və maqnezium, yod, fosfor, kalsium, dəmirlə zəngindir. Kərəviz maddələr mübadiləsini normallaşdırır, orqanizmi şlaklardan təmizləyir, duz çöküntüsünü azaldır, böyrək, qaraciyər və sidik kisəsi xəstəliklərində çox faydalıdır. O, həmçinin sinir sisteminə müsbət təsir göstərir, yuxunu normallaşdırır, orqanizmin ümumi tonusunu artırır, cinsi fəaliyyəti gücləndirir. Kərəvizin cövhəri damarları genişləndirir, yarpağının qaynadılmış suyu səsi açır, toxumları isə iştahı artırır.

Vəzəri.

Tərkibindəki faydalı maddələrin zənginliyinə görə, bu bitkiyə sağlamlıq göyərtisi adı veriblər. Vəzəri, ilk növbədə, mikrob əleyhinə güclü təsir göstərir, orqanizmdən zərərli maddələri çıxarır. O, bağırsaqların fəaliyyətinin, tənəffüs sisteminin tənzimlənməsində faydalıdır, sidikqovucu və tərqovucu xassələrə malikdir. Şəkərli diabet xəstələrinə bu göyərtidən tez-tez istifadə etmək məsləhət görülür.

İspanaq.

Bu göyərtinin də faydalı xüsusiyyətləri az deyil. Tərkibi fol turşusu ilə zəngin olduğundan qanyaranmaya təsir göstərir, anemiyada və hamilə qadınlara qəbul etmək məsləhət görülür. İspanağı zeytun yağı ilə işlətmək uşaqların inkişafına müsbət təsir göstərir.

Kəvər.

Tərkibində xərçəng xəstəliyinə qarşı təsir göstərən faydalı elementlər var. Kəvər sidikqovucu xassəyə malikdir. Bu göyərti bir çox xəstəliklərdə, o cümlədən, zökəm, öskürək, ağciyər və bronxların iltihabı zamanı faydalıdır. Lakin həddən artıq yemək gözə zərərlidir.

Reyhan.

Bu göyərti yuxugətirici , sakitləşdirici, dezinfeksiyaedici xassələrə makikdir. Reyhanın şirəsinə şəkər qatıb qəbul etmək təngnəfəslik və sinə ağrıları zamanı faydalıdır. Onu çeynəmək ağız qoxusunu, iyləmək isə baş ağrılarını aradan qaldırır.

Tərxun.

Mikrob əleyhinə güclü təsirə malik olduğuna görə, keçmişdə bu bitkini vəba və taun xəstəliklərinin yayılmasına qarşı işlədirdilər. Onu ağız boşluğu xəstəlikləri və ağızdan xoşagəlməz qoxu gəldiyi zamanı çeynəmək də məsləhət görülür.

İngiltərə alimlərinin apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, göyərti tərkibində olan antioksidantlar sayəsində bir çox xroniki xəstəliklərin, o cümlədən, şəkərli diabetin qarşısını alır. Məsələn, ispanaq və digər göyərtilər maqneziumun köməyi ilə diabetin yaranması riskini azaldır.

mənbə: movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 10008   Tarix: 12 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001