At Maykl Cekson rəqsini oynadı (Video)
Bu video internetin ən çox izlənilənləri sırasına düşüb
Rəqs edən şotlandiyalı poni Soks internetin ən çox izlənilənlərindən olub. Mobil operator şirkətinin reklam çarxında yer alan poni 80-ci illərin musiqisi altında Maykl Ceksonun məşhur ay yerişi ilə rəqs edir. Bu videonu bir həftə ərzində "YouTube"də 2 milyondan çox insan tərəfindən izlənilib.
Reklam çəkilişləri zamanı poniunin "saç düzümü" üzərində saç ustaları işləyib. Onun təlimçiləri isə heyvana yerkökü verərək ayağını istədikləri kimi qoymağı öyrədiblər.
Soksun sahibi isə atın bu qədər qısa zamanda ulduz olmasından lap heyrətlənib. O, ponini heç bir pulun müqabilində satmağı düşünmür. "O, çox cəsurdur və diqqəti sevir".
mənbə: anspress.com
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş