Uşaq bağçasının qadın direktoru iş başında tutuldu (Video)

Uşaq bağçasının qadın direktoru iş başında tutuldu (Video)Onun vəzifə səlahiyyətlərini aşması məlum olub.

Abşeron rayonunda vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib. Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Xırdalan şəhər 17 saylı uşaq bağcasının direktorunun qanunsuz hərəkətləri barədə şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Müəyyən edilib ki, bağcanın direktoru Lalə Əmirova xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Xırdalan şəhər sakininin azyaşlı qızının bağçaya qəbul olunmasına görə 200 manat məbləğində pul tələb edib. Həmin məbləğin 100 manatını 2012-ci ilin dekabr ayında azyaşlının bağçaya qəbul edilməsi üçün zəruri olan sənədlərlə birlikdə rüşvət kimi alıb.

Əmirova cinayətkar əməllərini davam etdirərək 4 mart 2013-cü il tarixdə xidməti otağında 60 manat məbləğində pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Baxış zamanı onun üzərindən rüşvət kimi aldığı 60 manat, şəxsi pul kisəsindən 1.494 manat və 40 avro məbləğində pul, xidməti otağından digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

Əmirova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 5429   Tarix: 07 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390