8 Martda qadınlar nə istəyir?

8 Martda qadınlar nə istəyir?Bir neçə gündən sonra beynəlxalq qadınlar günü qeyd ediləcək. 8 Mart əslində fəhlə qadınların daha yaxşı iş şəraiti tələbi ilə başlatdığı hüquqi mübarizənin başlanğıc tarixi olsa da, bu gün bütün dünya qadınları bunu bayram kimi qeyd edir.

1857-ci ilin 8 mart günü ABŞ-ın Nyu-York şəhərində 40 min toxucu fəhlə daha yaxşı iş şəraiti tələbi ilə tekstil fabrikində tətil edib. Polisin hücum etməsi, fəhlələrin fabrikə doldurularaq qapının bağlanması və meydana gələn yanğında fəhlələrin fabrik qarşısında qurulmuş barrikadalardan qaça bilməməsi nəticəsində əksəriyyəti qadın olan 129 fəhlə ölüb. 1857-ci il hadisələrindən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadın, hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif edib və bu təklifi qəbul edilib.

Bayramın yaxınlaşması hədiyyə bazarında da canlanmaya səbəb olub desək yanılmarıq. Seçimin bol olduğu yerdə qadınlar üçün hədiyyə seçimi elə də asan məsələ deyil.

ANS PRESS zərif cinsin nümayəndələrinə hədiyyə almaq istəyənlər üçün tövsiyyələr təqdim edir. Bu tövsiyyələrdən yararlanaraq bayram günü qadınların könlünü fəth etmək daha asan olacaq.

20-30 il əvvəllə müqayisədə bu gün bayramlarda hədiyyə seçiminin bol olması üçün kifayət qədər imkan var. Mağazalar, ticarət mərkəzləri endirimlərlə hədiyyə almaq üçün yaxşı fürsətlər təklif edirlər.

Bayramqabağı qadınlar arasında aparılan sorğumuzda zərif cinsin bu gündə kişilərdən hansı hədiyyəni gözlədiyini müəyyən etməyə çalışmışıq. Belə qadınların əksəriyyəti bütün imkanları nəzərə alaraq bu gündə qarşı cinsdən gül, ətir, planşet, telefon, fotoaparat, qızıl-zinət əşyaları, saat, kitab kimi hədiyyələr istəyirlər. Hədiyyə istəyində yaş fərqi də böyük rol oynayır. Nisbətən cavan və işgüzar xanımlar yuxarıda qeyd edilən hədiyyələri istəsələr də. Evdar və orta yaşlı, yaşlılar daha çox ev əşyalarına üstünlük verirlər.

Bayramın ən çox tələbat olan hədiyyəsi isə təbii ki, güldür. Sorğu apardığımız qadınlarında demək olar ki, 70 faizi bayramda məhz bu hədiyyədən almaq istəyir. Hər şeydən əvvəl, kişilər bilməlidirlər ki, yarları məhz hansı güllərdən xoşlanır. Güllər təzə və təravətli olmalıdır. Qadına əsla dibçək gülü bağışlamayın. Yoxsa bu seçim qadın tərəfindən müxtəlif cür yozula bilər. Axı qadınlar hər bir şeyin qaranlıq tərəfini də fikirləşirlər, kişilər isə əksinə hər şeyi göründüyü kimi görürlər. Ən yaxşısı təbii güllərdən sadə bəzədilmiş buketdir. Onun o qədər də böyük olması əsas deyil.
Hədiyyə alarkən bunun sizin üçün yox, qadın üçün olduğunu unutmayın. Məsələn, qıza kompüter oyunu, futbol matçı, ucuz ətir, kosmetika, alt paltarı, ümumiyyətlə paltar almaq (Alt paltarı kifayət qədər riskli seçimdir. Birincisi, materialını düzgün seçməyə bilərsiniz. Bəziləri ipək, bəziləri isə pambığa üstünlük verir. Bundan əlavə, ölçü uyğun gəlməyə bilər) o qədər də məsləhət deyil.

Əgər fikrinizdən ətir və ya kosmetika almaq keçirsə şəhərimizdə kifayət qədər keyfiyyətli məhsullar təklif edən mağazalar mövcuddur. Ucuz keyfiyyətsiz mallardan qaçın. Əks halda siz nəinki hədiyyə ilə qadının könlünü ala, hətta keyfiyyətsiz məhsulla onun "qara siyahısına" belə düşə bilərsiniz. Bayramqabağı münasib şərtlərlə təqdim edilən bu hədiyyə sorğumuza qatılan qadınların 60 faizinin könlüncə olub.
Telefon, planşet, smartfon, kompüter kimi hədiyyələrdə gözlənilənlər siyahısındadır. Bu vasitələrdən qadınların 40 faizi istəyir. Təqribən bu qədər də qadın bayram günü zinət əşyası arzusundadır.

Sovet dövründə daha çox verilən və ən gözəl hədiyyələrdən hesab edilən kitabı almaq istəyənlərin sayı isə çox deyil. Bayram günü hədiyyə qismində məhz kitab görməyi arzulayıram deyənlər barmaqla sayılası qədərdir.
Əlbəttə ki, ən pis hədiyyə - onun ümumiyyətlə olmamasıdır. Əgər sevgiliniz, ananız və ya bacınız ona heç nə lazım olmadığını desə belə, bu onu hədiyyəsiz qoymağa əsas vermir.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6404   Tarix: 06 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kral ailəsinin ən sevilən üzvü odur

Keyt Middleton 22 mart 2024-cü ildə xərçənglə mübarizə apardığını elan etdikdən sonra xalq arasında sevilən ən məşhur kral ailəsi üzvünə çevrilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Uels şahzadəsi xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra britaniyalıların 76 faizi Keyt Middleton haqqınd

14.04.2024 259
.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14.04.2024 392
.

"30 saniyədə heç kim milyonçu olmağın sirrini DEYƏ BİLMƏZ" - Yalançı motivatorların "uğur hekayələri..."

Günümüzdə ətrafda aşağı-yuxarı hər kəs motivasiya verir. 15 izləyicisi olan da, həyatda heç bir uğuru olmayan da "uğur hekayəsi" bölüşür. Bəs görəsən, bu zərurət nədən irəli gəlir?. Psixoloq Elmir Əkbər mövzu ilə bağlı Bizim.media-ya danışıb. O qeyd edib ki, bu hal ikinci dünya ölkələrind

13.04.2024 347
.

Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMA

Toy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini dəyişdiyini də müşahidə edirik. Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonr

13.04.2024 290
.

"Prius"ların dövrü bitir? - ARAŞDIRMA

Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni qaydalar açıqlandıqdan sonra "Prius"ların qiymətinin kəskin şəkildə ucuzlaşacağı qənaəti formalaşıb. Bəzi ekspertlər hesab edirlər ki, bu ucuzlaşma tədricən baş verəcək. Amma bunun əksini düşünənlər də var. Yeni qaydalara əsasən, artıq yaşı 1

07.04.2024 396
.

"WhatsApp"da MÖHTƏŞƏM YENİLİK: Bundan sonra...

"WhatsApp" messenceri istifadəçilər üçün yeni funksiyanı təqdim etməyə hazırlaşır. Yenilik "WhatsApp" status yeniləməsinin bildiriş funksiyasıdır. Məlumata görə, yenilik Android 2.24.6.19 beta versiyasında sınaqdan keçirilməyə başlanılıb. "WhatsApp" status yeniləmələri üçü

07.04.2024 951
.

12 yaşında uşaqları ofis işçilərinə çevirən "texnologiya": Həkimdən XƏBƏRDARLIQ

"İki yaşında planşet istifadə etməyə başlayan uşaq on iki yaşında bel və boyun disk yırtığı ilə qarşılaşa bilər". Bu barədə türkiyəli fizioterapevt Mehmet Toprak bildirib. Onun sözlərinə görə, sözügedən şikayətlərlə tibb müəssisələrinə müraciət edənlərin sayı günü-gündən artır. Mütəxəssis bildiri

07.04.2024 307
.

Süni intellektdən "Maşa və Ayı" animasiyası ilə bağlı şokedici CAVAB

Rusiyanın "Yandex" şirkətinə məxsus "Alisa" virtual səs assistenti artıq istifadəçilərə "Maşa və Ayı" cizgi filmində qəhrəmanın əslində öldürülmüş qızın ruhu olduğunu demir. Bu barədə "Yandex" şirkətindən xəbər verilib. Bildirilib ki, bu, tək-tük belə hadisələrdəndi

07.04.2024 436
.

Təyyarənin bütün pilotları uçuş zamanı yatdı - qeyri-adi hadisənin TƏFƏRRÜATLARI

Hər iki pilot gözlənilmədən 153 sərnişini daşıyan təyyarənin idarəetmə panellərində yuxuya gedib. -ın xarici mediaya istinadla xəbərinə görə, təyyarə planlaşdırılan marşrutdan yayınmağa başlayanda yer nəzarətçiləri ekipajla əlaqəni bərpa etmək üçün xeyli səy sərf etdilər. Araşdırma ilə müəyyən edili

07.04.2024 417