120 yaşlı striptizin tarixi

120 yaşlı striptizin tarixiStriptizin açıq nümayişi ilk dəfə 120 il əvvəlin bu günlərində baş verib.Qeyri-adi hadisə məşhur «Mulen Ruj» kabaresinin səhnəsində yaşanıb. Əlbəttə, burada çılpaq Kleopatranın göstərilməsi böyük qalmaqala səbəb olur. Həmin qalmaqallı səhnə isə belə ssenariləşdirilmişdi: çox ahəstə bir musiqinin sədası altında Kleopatra özünün incə rəqsi ilə əynindəki paltarları bir-bir çıxarmışdı.

Məhz bu impovizasiya sonradan yüngül təbiətli fransızlar tərəfindən ingilis sözü olan «strip-tease» (zolaqlı sürtünən) kimi adlandırılmağa başlanır. Amma baş vermiş hadisənin təşkilatçılarına qarşı Mənəvi Dəyərlərin Müdafiəsi Liqasının prezidenti, hakim Rene Berenjerin təşəbbüsü ilə məhkəmə prosesinə start verilir. Məhkəmə müəyyənləşdirir ki, keçirilmiş bal peşəkar modellərin baxışı olub və orada söhbət heç də çılpaq qadınların əxlaqsızlığından getməyib. Yekun nəticədə «Mulen Ruj»dakı səhnəyə tamaşa edənlərin əksəriyyətinə rəmzi cərimə kəsilir.

Daha bir nəticə isə ondan ibarət olur ki, düşüncələrdə kabarenin striptiz və gecə klubu kimi əxlaqdan kənar yerin olduğuna dair təsəvvürlər təşəkkül tapır. Əlbəttə, bu obraz özünün yekun təqdimatını məşhur Hollivud filmi olan «Kabare»də də tapır.

Kabare müxtəliflikləri ilə özünü Almaniyada Veymar Respublikası zamanında göstərib və bu respublikadakı salonlar Fransada XIX əsrin sonunda, Almaniyada isə XX əsrin əvvəllərində siyasi və mədəni satira ilə cilalanmış artistik meydan səciyyəsini itirir. Müasir alman dilində isə «das Kabarett» sözü «aktual siyasi səhnə» mənasını verir, «kabarettist» isə estrada satiriki anlamındadır.

Əlbəttə kabareya müxtəlif vaxtlarda əylənmək, içmək və yemək üçün təşrif buyurublar. Axı faransızcada «cabaret» «şərab məskəni» mənasını da daşıyır. Hələ XV əsrin ortalarında, kral Fransua Viyonun zamanında bu məskənlərdə akrobatlar, janqlyorlar, fokus ustaları çıxış nömrələrini həyata keçirirdilər, qonaqlar isə artistlərlə birgə oxuyurdular. XIX əsrin ortalarında isə fransız kafelərində başlıca əyləncə forması mahnı oxumaq idi.

İnsanlar Tanrı, sevgi, dostluq musiqilərini ifa edirdilər. Həmin vaxt şanson nəşr olunan qəzetlərin əsas xəbərinə çevrilirdi. Qəzetin çıxması üçün maliyyə imkanlarına ehtiyac var idi. Həmin maliyyə isə məhz kabare elanlarının yayılması hesabına toplanırdı. Qəzetlər eyni zamanda kabareləri demokratiya və etirazçı fikirlərin səsləndiyi nöqtə kimi təbliğ edirdilər. Orada bəşəri dəyərlərlə əlaqədar musiqilər səslənirdi. Elə striptizin yaranması da öz mənşəyini mahnılardan götürmüşdü. Bir qədər öncə haqqında bəhs etdiyimiz qoca Berenjerin də ələ salındığı mahnılardan.

Heç nə yerində dayanıb durmur. Zaman keçdikcə kabarelərdə, kafelərdə toplaşanlar sırasında siyasətçilər, ictimai xadimlərdən çox belə demək mümkünsə, incisənətə yeni ruh gətirmək istəyənlər yer alır. Birbaşa striptizin mənşəyinə gəlincə isə, bununla bağlı fikirlər müxtəlifdir. Bəzən bildirilir ki, o, öz başlanğıcını qədim zamanlarda çar İrodun qarşısında oynanılan Salomei rəqsindən götürüb. Ancaq Salomeinin adına nə İncildə, nə də başqa mənbələrdə rast gəlinir. Onun haqqında tarixçi İosif Flavi söhbət açsa da, rəqs barədə ətraflı yazmır.

Striptiz haqqında ilk yazılı mətn 1707-ci ilə aid «İspaniya müharibəsi» adlı fransız əsərində rast gəlinir. Orada göstərilir ki, cəmiyyətin zadəganları və musiqiçiləri müəyyən müddətə şəhərdən kənardakı məskənlərinə çəkilirdilər. Orada keçirdikləri hər üçüncü günü musiqiyə, rəqslərə həsr edirdilər. Rəqqaslar özlərindəki və sevgililərindəki ehtirası öldürmək üçün paltarlarını musiqi sədaları altında soyunurdular.

mənbə: 168.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3713   Tarix: 06 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...

İndi keçmiş arvad 180 milyon dollar və keçmiş ərinin əhəmiyyətli daşınmaz əmlak portfelinin bir hissəsinə üç illik gərgin boşanma mübarizəsindən sonra nail olub. xarici mediaya istinadən xəbər verir ki, hüquqi səbəblərə görə adları açıqlana bilməyən cütlük bir neçə il əvvəl ayrılana qədər 20 ildən ço

21.04.2024 494
.

"Tesla"nın bütün "Cybertruck"ları xarab çıxdı

ABŞ-nin "Tesla" şirkəti 3878 ədəd "Cybertruck" elektrik pikapını qaz pedalındakı problemlərə görə geri çağırır. Bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatında bildirilir. Məlumata görə, nasazlığa qaz pedalına çox bərk basmaq səbəb ola bilər

20.04.2024 281
.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 460
.

500 milyon insanı öldürən XƏSTƏLİK geri qayıdır

Təkcə 20-ci əsrdə təqribən 500 milyon insanın ölümünə səbəb olan çiçək xəstəliyi aradan qaldırılan yeganə insan xəstəliyidir. Bununla belə, Milli Elmlər, Mühəndislik və Tibb Akademiyaları (NASEM) tərəfindən hazırlanan "Çiçək xəstəliyinə qarşı tibbi mübarizə tədbirlərinin gələcək vəziyyəti"

14.04.2024 992
.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

14.04.2024 283
.

Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı

Yaya az qalıb, onunla birlikdə milçəklər və ağcaqanadların mövsümü də gəlir. Britaniyalı alimlər bu çağırılmamış qonaqları qısa müddətdə qurtulmaq üçün təbii üsul fikirləşiblər və nəticənin möhtəşəm olduğunu bildiriblər. Bunun üçün sirkə, zeytun yağı və şampunun bərabər nisbətdə qarışdırılması ilə "kokteyl"

20.04.2024 471
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21.04.2024 852
.

Zukerberq sərvətinə görə Maskı geridə qoydu

"Meta" şirkətinin təsisçisi Mark Zukerberq planetin ən varlı adamları siyahısında üçüncü yeri tutaraq "SpaceX" və "Tesla"nın baş direktoru İlon Maskı geridə qoyub. Bu barədə məlumat Blumberq Milyarderlər İndeksində (BBI) əks olunub. Son 24 saat ərzində Mark Zukerberqin sərvət

21.04.2024 214
.

Şotlandiyadan NASA-ya qeyri-adi müraciət: Göldə əjdahanı tapmaq üçün kömək istədilər

Lox Ness Mərkəzinin mütəxəssisləri göldə yaşayan əjdahanı tapmaq üçün ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) müraciət ediblər. Rəvayətə görə, o, Şotlandiyanın şimalındakı Lox-Ness gölündə yaşayır. "Biz ümid edirik ki, NASA mütəxəssisləri göldə axtarış aparmaq üçün bəzi qabaqcı

14.04.2024 334