Azərbaycanın Xocalı faciəsini anladan film Türkiyə mətbuatının manşetlərində (Video)

Türkiyə mətbuatı filmin əsas məqsədinin sülhün və qardaşlığın təbliği olduğunu vurğulayıb.

Türkiyə mediası dünən bütün günü Azərbaycandan danışıb. Çünki Xocalı həqiqətlərini bədii şəkildə çatdıran "Xoca" filmi İstanbul kinoteatrlarında təqdim edilib. ANS PRESS-in məlumatına görə, "Xoca" filminin ötən gün "Kanyon" Ticarət Mərkəzinin film salonunda gerçəkləşən premyerası Türkiyə mediyasında böyük marağına səbəb olub. Türkiyənin aparıcı telekanalları, internet portalları və saytlarında Xocalı faciəsinindən bəhs edən film haqqında geniş məlumatlar manşet xəbərlər kimi verilib.

50-yə yaxın Türkiyə KİV-i filmin rejissoru Vahid Mustafayevin aşağıdakı cümlələrini dərc edib: "Tarixi bir film olduğu üçün çəkilişlər çox çətin oldu. Xocalı soyqırımı soyuq, şaxtalı havada törədilib. Biz də filmi belə şərtlər altında çəkmişik. Bəzi aktyorlarımız xəstələndi. Allaha şükür, filmi çəkdik. Film Türkiyədə "Qızıl Portağal" film festivalında da yer aldı. İngiltərə, Hollandiya, Fransa, Qazaxıstan, Özbəkistan kimi müxtəlif ölkələrdə vizyona girdi. Bu filmi çəkməyi mənə atam məsləhət görüb. Qardaşım Çingiz Mustafayev Azərbaycanın milli qəhrəmanıdır. O, qətliamdan sonrakı dönəmi çəkmişdi. Amma ondan öncəki zamanla bağlı bir məlumat yox idi. Atamın istəyi ilə mən də baş verənləri başdan başlayıb çəkdim". Vahid Mustafayev eyni zamanda Türkiyənin 10-a yaxın telekanalına və 20-dən çox qəzetinə müsahibə verib. Türkiyə mətbuatı həm də filmin İstanbul kinoteatrlarında nümayişinə mart ayının 1-dən başlanılacağını yazıb.

Türkiyə mətbuatı həm də təqdimat mərasiminə qatılmış "Yılmaz Ulusoy Holdinq" İdarə Heyəti başçısı Yılmaz Ulusoyun sözləri ilə filmin əsas məqsədinin sülhün və qardaşlığın təbliği olduğunu vurğulayıb: "Tarix ağrılarla doludur, tarixin varaqlarını çevirsəniz, çox, həddindən çox acı çəkildiyini görərsiniz. Qoy insanlar daha çox mərhəmətli olsunlar və bir-birlərini sevsinlər. Sevgi paylaşdıqca çoxalan tək obyektdir. Niyə qırğınlar olsun, birlikdə yaşamanın dadına varmalıyız",- deyə Yılmaz Ulusoy bildirib.

Qeyd edək ki, "Xoca" Xocalıda baş verən soyqırım və sevgidən bəhs edir. Film Əliəkbər və Günelin timsalında iki gəncin sevgisinin keçdiyi ağır imtahanı, müharibənin ən bəşəri hisslərə vurduğu dağıdıcı zərbəni, Bakıda toy və satqınlıq, Xocalıda soyqırım və şücaətin kəskin kontrastını özündə əks etdirir. Qətliamla bağlı gerçəkliklərin bəhs edildiyi və Azərbaycanın film sektoru üçün əhəmiyyətli yerə sahib olan ekran əsərində acı gerçəkliklər bütün çılpaqlığı ilə göz önünə sərilib.

mənbə: anspress.com

Azərbaycanın Xocalı faciəsini anladan film Türkiyə mətbuatının manşetlərində (Video)Azərbaycanın Xocalı faciəsini anladan film Türkiyə mətbuatının manşetlərində (Video)Azərbaycanın Xocalı faciəsini anladan film Türkiyə mətbuatının manşetlərində (Video)Azərbaycanın Xocalı faciəsini anladan film Türkiyə mətbuatının manşetlərində (Video)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1744   Tarix: 04 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740