Səhv ayaq yolu tərbiyəsinin fəsadları

Səhv ayaq yolu tərbiyəsinin fəsadlarıUşaq elə düşünür ki, onun bədənini xarici bir qüvvə idarə edir. O, anlamır ki, bağırsaqlarını hərəkətə gətirən məhz o özüdür.

Valideynlər körpənin bir yaşı olmamış ayaqyolu qaydalarını öyrətməyə başlasalar, övladlarını çətinliyə salmış olarlar. Axı 1 yaşlı körpə hələ ayaqyoluna getməyin mənasını anlamır. Körpə ifrazat məsələlərində tez-tez özünənəzarəti itirir. Çünki onun öz bədən üzvləri ilə kifayət qədər tanışlığı yoxdur. O, valideynini razı salmayan hərəkətlərinə görə ata və anasının məhəbbətini itirəcəyində qorxur. Uşaq düşünəndə ki, valideyn onun hansısa hərəkətinə görə əsəbləşəcək o dərhal narahatçılıq keçirir. Çünki bu yaşda olan körpələr valideynin əsəbi vəziyyətini öz istəklərinə rədd cavabı kimi dəyərləndirir.

Əgər aşağı yaşdan başlayaraq uşağa ayaqyolu qaydaları öyrədilməyə başlanılsa, uşaq elə təsəvvür edəcəkdir ki, o, göstərişlərə əməl etməklə valideyni razı sala bilər. Körpə onun hər hansı yaxşı işinə görə alqışlansa, öz paklığı ilə valideynin məhəbbəti arasında əlaqə görəcək. Əksinə, o elə düşünür ki, valideynin tapşırığını yerinə yetirə bilməsə, rədd olunacaq. Bütün bu münasibətlərdə körpə şiddətli bir həyəcan keçirir.

Az yaşlı körpəyə ayaqyolu qaydalarının öyrədilməsinin başqa bir mənfi tərəfi də var. Valideyni razı salmaq istəyən körpə bağırsaqlarını gücə salır. Axı o baş verənlər arasında əlaqə yaratmaqda acizdir. O özünü hələ ki, idarə edə bilmədiyi halda valideyn onun normal ifrazatına görə onu alqışlayır. Hansı ki, ifrazatın xaric olmasında körpənin heç bir rolu yoxdur.
Valideynin bu münasibəti bir neçə dəfə təkrarlandıqdan sonra uşaq anlaya bilmir ki, valideyn onu məhz hansı işinə görə alqışlayır. Uşaq bu razılığı itirməmək üçün kor-koranə çalışır.

Əgər ayaqyolu qaydalarını öyrətməyə vaxtından əvvəl başlanılsa, uşağa elə gələ bilər ki, onun bədənini özü yox, valideyni idarə edir. O, bütün bədən hərəkətlərini valideynə həvalə edə bilər. Əgər belə bir hadisə baş vermiş olarsa, körpənin bütün hərəkətlərinə nəzarəti valideyn öhdəsinə götürmüş olacaq.

Nadir hallarda təsadüf olunur ki, bəzi analar həftədə və ya iki həftədə bir imalə vasitəsi ilə övladlarının bağırsaqlarını yuyurlar. Onlar körpənin meylinin əksinə olaraq, orqanizmin daxili işlərinə qarışır və bu işdən ləzzət alırlar. Bu proseslər bir neçə dəfə davam etdikdən sonra körpə başqalarının nəzarətindən xoflanır. Olduqca xoşagəlməz nəticələr də baş verə bilər. Vaxtaşırı imaləyə öyrəşmiş uşaq bu işdən xoşlana bilər və onun həyatında şəxsiyyətini puça çıxaracaq vərdişlər yaranar.

Bəzi valideynlər bir yaşı olmamış körpənin ayaqyoluna getməsi barədə həqiqətə uyuşmayan təsəvvürlər yaradırlar. Aparılan müşahidələrdən məlum olub ki, valideynlər uşağın ifrazat vaxtlarını təxmin etmişlər. Onlar həmin bu təxmin olunmuş vaxtlarda körpəni ayaqyoluna qaçırır və uşaqla birlikdə təbii ifrazat vaxtını gözləyirlər. Əslində isə körpə ayaqyoluna könüllü şəkildə gedərək, özünü idarə etməyi bacarmalıdır.

Əgər körpə hələ ki, qarşoka oturursa, demək öz azadlığını hələ ki, ələ almayıb. Uşaq elə düşünür ki, onun bədənini xarici bir qüvvə idarə edir. O, anlamır ki, bağırsaqlarını hərəkətə gətirən məhz o özüdür. Bu nöqtə psixoloji cəhətdən mühüm əhəmiyyətə malikdir. Özünü idarə edə bilən körpənin inam hissi daha güclü olur. O, bilməlidir ki, ayaqyolunda düzgün hərəkət etmək onun özündən asılıdır.

mənbə: faktxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7387   Tarix: 05 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817