Kredit kartlarını risklərdən necə qorumaq olar? (Maraqlı)

Kredit kartlarını risklərdən necə qorumaq olar? (Maraqlı)Azərbaycanda "elektron hökumət"in sürətlə qurulması, elektronlaşma sahəsində aparılan təxirəsalınmaz işlər cəmiyyətdə bu sahənin istifadəçilərinin sayını artırıb.

Ölkə əhalisi elektron sistemlərdən istifadə edən zaman onun üstünlüklərini və səmərəliliyini gördükdən sonra bu sahənin daha da genişləndirilməsində və inkişaf etdirilməsində öz marağını ortaya qoymağa başlayıb. Elə bu səbəbdəndir ki, bir sıra kommersiya sahələrində də hazırda elektronlaşmaya, nağdsız hesablaşmalara və eləcə də elektron və müxtəlif çiplərlə təchiz edilmiş kartların istifadəsini geniş miqyasda tətbiq etməyə cəhd göstərir.

Kartlı kreditlər

"Rabitə dünyası" bildirir ki, kredit kartından istifadənin rahatlığı və sadəliyi əslində kart sahibinə olduqca baha başa gələ bilər. Özünü xoşagəlməz gözlənilməzliklərdən sığortalamaq üçün, məhsuldan istifadənin bütün mərhələlərində situasiyaya nəzarət etmək lazımdır.

«Banker.az»ın ekspertləri kredit kartları haqqında geniş məlumat verərək bildirirlər ki, bir sıra hallarda kredit kart sahibləri maliyyə tələləri ilə rastlaşa bilərlər. Amma bunlardan qorunmaq da mümkündür. Ona görə də əvvəlcədən gözlənilən təhlükələrə qarşı xüsusi qalxan hazırlamaq lazımdır. Ekspertlər kredit kart sahiblərinin ən çox rastlaşdıqları maliyyə tələlərindən bəhs edərək aşağıda göstərilən təhlükəli məqamlara fikir verilməli olduğunu önə çəkirlər:

1. Güzəşt müddəti (Grace period). "Grace-period" dedikdə elə müddət nəzərdə tutulur ki, həmin müddət ərzində bank borc puldan istifadəyə görə faiz hesablamır. Borcun götürüldüyü andan başlayaraq, bank müqaviləsi əsasında təyin olunmuş müddət ərzində kartın sahibi qısamüddətli borcu ödəyə bilər. Bu halda faizlər hesablanmır. Əgər müddətinin bitdiyi anda borcun tam və bir hissəsi hələ də ödənilməyibsə, müddətə görə bütün məbləğ üzrə faizlər hesablanır. Bəzən güzəşt müddəti kartdan istifadəyə görə artırılmış komisyon haqları ilə müşayiət oluna bilər. Eyni zamanda güzəşt müddətinin yalnız nağdsız ödənişlərə şamil edildiyi hallar da məlumdur. Sanki kartdan nağd pul çıxarılışı etdikdə ona görə faizlərin hesablanması dayanmır.

2. Durduğu yerdə borclanma. Banklar əksər hallarda müştərilərə hər ehtimala qarşı kredit rəsmiləşdirməyi tövsiyə edirlər. Nəzəri baxımdan isə bunun əhəmiyyəti vardır. Praktikaya gələndə isə belə "tədbirli davranış" gözlənilməz xərclər ilə nəticələnə bilər. Bank hesabın saxlanmasına, mobil bankinq xidmətindən istifadəyə görə sizdən illik və ya aylıq komisyon haqqı, həmçinin kredit vəsaitindən istifadə etməməyə görə cərimə və s. tuta bilər. Kart istifadə edildiyi halda isə xoşagəlməz sürprizlər qismində vəsaitlərin köçürülməsi zamanı ortaya çıxan texniki problemlər, icazəsiz overdraft və s. ola bilər.

3. Kartın uğursuz şəkildə bağlanması. Müştəri əmindir ki, borcunu bağlayıb və kartdan imtina edib, amma həqiqətdə ortaya çıxır ki, onun hələ də banka borcu var. Kredit kartının bağlanması zamanı hər bir addımı nəzarətdə saxlamaq lazımdır: kredit qalığının olub-olmamasını müəyyən etmək, kredit qalığını ödəmək, kartı təhvil vermək və kart hesabının bağlanması ilə bağlı ərizə yazmaq. Öz növbəsində bank müştəriyə borcun tam bağlanması ilə bağlı arayış verməlidir.

4. Kart sahibinin xəbəri olmadan kreditin ayrılması. Bu, kartın istifadə müddəti başa çatdıqda baş verir. Müştəri əmindir ki, banka borcu yoxdur və onların müqavilə ilə razılaşdırılmış münasibətləri artıq başa çatıb. Lakin həmin zamanda bank avtomatik olaraq yeni bir kart buraxa bilər ki, onun hələ öz sahibinə nə vaxt çatacağı bəlli deyil. Kart hesabı ilə bağlı xidmətə görə yığılan komisyon haqları kredit borclanmasının yaranmasına gətirib çıxaracaq.

5. Kredit limitinin məhdudlaşdırılması. Siz bir yığın alış-veriş etdikdən sonra kartla kassaya yaxınlaşırsınız və məlum olur ki, sən demə, kartla ödəniş etmək mümkün deyil. Bank öz kredit riskini azaltmaq niyyəti ilə tranzaksiyaların (nağd pul çıxarılışı, ticarət şəbəkəsində alış-veriş və s) həcmini azalda bilər. Kredit kartından istifadə edildiyi müddət ərzində bank müştərinin davranışını analiz edə və müəyyən limitin dəyişdirilməsi və ya onun ümumiyyətlə, ləğv edilməsi ilə bağlı qərar qəbul edə bilər.

mənbə: ann.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1695   Tarix: 05 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476