"Xoca" Londonun gözünü yaşartdı (Foto, Video)

BAFTA - Britaniya film və televiziya sənəti akademiyasının kinoteatrı. "Xoca" filminin növbəti nümayişinin ünvanı Londonun məhz bu məşhur kino mərkəzi idi. Xocalı faciəsinin 21-ci ildönümü ərəfəsində kino mərkəzində təşkil olunan mərasimə üz tutanlar arasında yerli ictimaiyyət nümayəndələri, Azərbaycan və Türk diasporasının təmsilçiləri, o cümlədən Türkiyə və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları da olub. Tədbiri açılış nitqilə Milli Qəhrəman Çingiz Mustafayevin oğlu Fuad Mustafayev açıb. Böyük Britaniyada təhsilini davam etdirən Fuad "Xoca" filminin nümayişinə gələn tamaşaçılara Xocalı faciəsi haqqında qısa məlumat verib. O, bu faciənin dünyada təbliği üçün "Xoca" filminin əhəmiyyətini xüsusi vurğulayıb.

"Əmim Vahid Mustafayev "Xoca" filmini çəkməklə, bu faciə haqqında bir çoxlarımızın bilmədiyi həqiqəti insanlara çatdırmağa çalışıb. Bu film faciənin şahidlərinin söylədikləri faktlar əsasında çəkilib. Mənim atam Xocalı faciəsinin sonunu öz kamerasına həkk edib. Əmim isə bu faciənin başlanğıcını filmdə hekayə şəklində göstərib", - deyə Fuad Mustafayev bildirib.

Tədbirdə iştirak edən Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin I katibi Vüsal Abdullayev "Xoca" filmini faciənin dünya ictimaiyyətinə çatdırılması üçün vacib vasitə adlandırıb. "Xoca" filmi təkcə faciənin ildönümündə yox, il boyu Böyük Britaniyanın bir sıra şəhərlərində nümayiş olunmalıdır. Bu təkliflə isə tədbirin baş tutmasına dəstək olan Londondakı Azərbaycan Tələbələr Təşkilatının rəhbəri Fərhad Əliyev çıxış edib. Çıxışlardan sonra film tamaşaçıların ixtiyarına verilib.

"Xoca"nı böyük maraqla izləyən tamaşaçılar film bitdikdən sonra öz təəssüratlarını ANS-lə bölüşüblər.

"Bu film çox təsirlidir. İndiyə qədər I və II Dünya müharibələri haqqında çəkilmiş Hollivud filmlərinin hamısı çox təsirli və nüfüzlu olub. Tamaşaçılar həmin filmlərə çox inanıb. Bu üzdən bizim müharibəmiz üçün də "Xoca" filmi çox faydalı olacaq", - deyə London Türk İcmasının üzvü Ali Tekin Atalar bildirib.

"Film məndə çox böyük təəssürat oyatdı. Mən faciə haqqında eşitmişdim və təmamilə fərqli bir film gözləyirdim. Amma "Xoca" filmi mənim bütün ehtimallarımı alt-üst etdi. Filmdə ustalıqla müharibənin bəşəri hiss olan sevgiyə vurduğu zərbə göstərilir", - deyə ingiltərəli siyasi ekspert Nill Vatson vurğulayıb.

"Filmin camaata çox təsiri var. Bəzən normal filmə baxırsan, həmin filmin nümayişindən sonra insanlar onun barəsində həftələrlə danışır. Bu film də çox maraqlıdır . Bu yolu ki, söz götürmüsünüz, bunu mən dəstəkləyirəm. İndiyə qədər Azərbaycanda bu həqiqətləri film kimi ərsəyə gətirən olmamışdı", - deyə İran icmasının üzvü Fərəməz Əkbər öz təəsürratını belə ifadə edib.

"Mənim fikrimcə, "Xoca" kimi filmlərin çəkilişi bizim üçün çox mühümdür. Bu film faciəmizi əks etdirən ilk tammetrajlı filmdir. Xocalı faciəsini dünyada təbliği üçün belə addımlar atılmalıdır",- deyə azərbaycanlı tələbə Nərgiz Sadıxova fikirlərini bölüşüb.

Qeyd edək ki, Xocalıda baş verən soyqırım və sevgidən bəhs edən Vahid Mustafayevin "Xoca" filmində qətliamla bağlı reallıq insanlara təqdim olunur. Azərbaycanın film sektoru üçün əhəmiyyətli yerə sahib olan ekran əsərində acı hadisələr bütün çılpaqlığı ilə göstərilib.

mənbə: anspress.com

"Xoca" Londonun gözünü yaşartdı (Foto, Video)"Xoca" Londonun gözünü yaşartdı (Foto, Video)"Xoca" Londonun gözünü yaşartdı (Foto, Video)"Xoca" Londonun gözünü yaşartdı (Foto, Video)"Xoca" Londonun gözünü yaşartdı (Foto, Video)"Xoca" Londonun gözünü yaşartdı (Foto, Video)"Xoca" Londonun gözünü yaşartdı (Foto, Video)"Xoca" Londonun gözünü yaşartdı (Foto, Video)"Xoca" Londonun gözünü yaşartdı (Foto, Video)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 4779   Tarix: 26 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390