Kobud rəftarlı uşaqlara kömək etməyin yolları

Kobud rəftarlı uşaqlara kömək etməyin yollarıUşağın belə rəftarı səbəbsiz deyil. Əvvəla, uşaq bu hərəkəti ilə valieynin diqqətini cəlb etmək istəyir. Ən pis halda, bu rəftarın arxasında qəzəb dayanır. Bəzən uşaq yalan danışır, oğurluq edir, başqa pis işlərə əl atır və bütün bu işlərdən valideynin xəbərdar olmasını istəyir. Bilərəkdən belə işlərə əl atan uşaq, sözsüz ki, valideynin diqqətini cəlb etmək istəyir. Cəmiyyətin diqqətini cəlb edən işlər uşaq üçün bir vasitə olur. O, diqqət mərkəzində olmaq üçün hətta polisi də işə qatır. Uşaq bütün əziyyətlərə razıdır, təki valideynin diqqətini cəlb etsin.

Uşağın belə rəftarı ondakı daxili ağrılardan doğur. Çox güman ki, o, valideynin sevgisindən məhrum olmaqdan qorxur. Bu vəziyyət, adətən, uşağa kifayət qədər vaxt ayıra bilməyən ailələrdə yaranır. Belə uşaqlar ətrafdakı uşaqlara qarşı aqressiv olurlar. Onda özünü göstərməyə meyl yaradan sevgiyə olan ehtiyacdır. Ətrafdakılar belə dikbaş uşağın burnunu ovmaq istəyirlər. Əslində o sevgiyə möhtacdır. Burnu ovulanın isə ehtiyacı daha da artır.

Bəs kobud rəftarlı uşağa necə kömək etmək olar?
Əvvəlcə, uşağı bu həddə çatdıran səbəbi tapılmalıdır. Tez-tez müxtəlif mənfi hərəkətlərə yol verən uşağın hər kobudluğunun səbəbini tapmaq üçün vaxt dar olsa da, bu səbəbləri tapmaq zəruridir. Əgər bu kobudluğun əsas səbəbi uşağın özünü göstərmək istəyidirsə, problemi həll etmək mümkün olacaq. Onu həmişəkindən daha çox və daha diqqətlə dinləməyə çalışın. Çalışın ki, onun dərdlərinə şərik olmaqla başqalarına üz tutmasının qarşısını alasınız. Övladınızın taleyi, sözsüz ki, hamıdan çox sizi narahat edir. Başqaları məsuliyyət hiss etmədiyindən uşağa yanlış məsləhətlər də verə bilər. Əgər siz övladınızla vaxtında yaxın münasibət yarada bilməsəniz, onun şəxsiyyəti məhv ola bilər.

Valideynin diqqətsizliyi ilə qarşılaşmış uşaq özünü göstərmək üçün istənilən bir yola əl ata bilər. Bəzi uşaqlar dostlarının diqqətini cəlb edib, onları həyəcanlandırmaq üçün ağlasığmaz yalanlar uydururlar. Onlar bu yalanları elə həvəslə quraşdırırlar ki, hətta özləri də inanmağa başlayırlar. Uşaq diqqəti cəlb etmək üçün cinayətə əl atır, oğurluq edir, dava-dalaş salır, adam bıçaqlayır. Bu uşaqları cinayətə sövq edən başlıca səbəb özünü göstərmək həvəsidir. Belə uşaqlar məhz valideyni narahat etmək üçün cinayətə əl atırlar.

İfrat itaətsizlik yaş artdıqca daha da dərinləşir. Belə vəziyyətlərdə valideyn əlində bir iş gəlmədiyini görərsə, yeganə iş mütəxəssisə müraciət etmək qalır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2580   Tarix: 25 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489