Litvada Xocalı qətliamı anılıb

Litvada Xocalı qətliamı anılıbVilnüsün ən böyük kinoteatrı "Forume Cinema Vingis" mərkəzində "Sonsuz dəhliz" filminin təqdimatı keçirilib

Vilnüsün ən böyük kinoteatrı "Forume Cinema Vingis" mərkəzində Heydər Əliyev Fondunun və "Xocalıya ədalət" beynəlxalq kampaniyasının koordinatoru Leyla Əliyevanın dəstəyi ilə Avropa kinematoqrafçılarının çəkdiyi "Sonsuz dəhliz" filminin təqdimatı keçirilib. Azərbaycanın Litvadakı Səfirlyinin təşkilatçılığı iləgerçəkləşən təqdimat mərasimində Litvanın dövlət və siyasi xadimləri, millət vəkilləri, məşhur prodüser mərkəzlərinin rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, gənclər təşkilatlarının liderləri, jurnalistlər iştirak ediblər. 400 nəfərdən çox iştirakçının qatıldığı tədbirdə filmin prodüseri Andrius Brokas, rejisoru Mindauqas Urbanaviçius bu ekran əsərini Avropanın bir çox ölkələrindən olan kinematoqrafçıların birgə səyi ilə dörd il ərzində ərsəyə gətirdiklərini diqqətə çatdiriblar.

Təqdimat mərasiminə xüsusi dəvət alan filmin iştirakçıları - Litva, İngiltərə, Rusiya, Ermənistan və Azərbaycandan olan jurnalist və hüquq müdafiəçiləri onun nümayişindən öncə çıxış ediblər.

Qarabağda erməni vəhşiliklərini öz gözləri ilə görən Litvalı hərbi jurnalist Riçardas Lapaitis öz təəssüratları ilə bölüşüb.

Nümayişdən sonra kinomərkəzin foyesində iştirakçılar öz təəssüratlarını bölüşüblər. Litvanın sabiq xarici işlər naziri, millət vəkili Audronius Ajubalis, Litva Seymində Azərbaycanla dostluq qrupun rəhbəri deputat Yuras Pojela, Litva Xarici işlər, Daxili işlər, Müdafiə nazirliklərinin nümayəndələri və digərləri Səfir Həsən Məmmədzadə ilə söhbətlərində insanlığa sığmayan bu vəhşiliklərdən dərindən təsirləndiklərini ifadə ediblər.

Səfir Həsən Məmmədzadə Xocalı faciəsinə yaxın gələcəkdə ədalətli qiymət veriləcəyinə, qətliamı törədənlərin cəzalarını çəkəcəklərinə inandığını, Litvanın da bir çox ölkələr kimi Xocalı soyqırımını tanıyacağına ümid etdiyini bildirib.

Tədbir barədə Litvanın aparıcı və nüfuzlu KİV-lərində, delfi.lt, 15min.lt, alfa.lt, penki.lt informasiya agentliklərində yazı və məqalələr dərc olunub. Penki TV televiziyası "Endless corrisdor- Dağlıq Qarabağ dramı" adlı xüsusi veriliş hazırlayıb və Səfir Həsən Məmmədzadənin müsahibəsini yayınlayıb.

"Sonsuz dəhliz" filmi mart ayında keçiriləcək 18-ci Vilnüs Beynəlxalq Kino Festivalında "Bahar kinosu" çərçivəsində iki dəfə nümayiş olunacaq.

Ayrıca, səfirliyin dəstəyi ilə Litva kütləvi informasiya vasitələrində Xocalı faciəsi ilə bağlı yazı və məqalələr dərc olunacaq, 25 fevral günü yerli diaspor qurumunun Ermənistanın Litvadakı səfirliyi qarşısında piket aksiyası keçiriləcək. Aksiyaya Vilnüs şəhər meriyasından icazə alınıb. Litvanın digər şəhərlərində Kaunas və Klaipeda da Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1989   Tarix: 22 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 539
.

Hacı Nuran Meray Kerini təbrik etdi

Aparıcı Hacı Nuran Hüseynov dünyaca məşhur müğənni Meray Keri ilə fotolarını paylaşıb. OLAY yazır ki, o, sənətçinin doğum günü olduğunu qeyd edib. Həmin fotolar isə illər əvvəl çəkilib

16:15 208
.

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdi

15:10 300
.

Prezident Erdoğanla yaşlı qadının səmimi söhbəti- VİDEO

Türkiyə Prezidenti Erdoğan Diyarbakırdakı mitinqdən sonra onu gözləyən yaşlı bir qadın ilə söhbət edib. BİG.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həmin videonu təqdim edirik:

16:20 71
.

Butikimizin "saxtakarlığ"ı Türkiyədə viral oldu

Yerli butiklərdən biri maraqlı reklam üsuluna əl atıb. OLAY yazır ki, TikTok-da videolar paylaşan mağaza süni intellektdən istifadə edib. Maraqlısı budur ki, onlar bununla bir sıra dünya ulduzunun, türk məşhurun simasını başqa şəxslərin bədəni ilə birləşdiriblər. Guya həmin simalar mağazadan alış-veri

16:21 328
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 309
.

Fransa NATO-dan çıxacaq?

Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir. Bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib. Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisind

13:58 133
.

XƏBƏRDARLIQ - Bu tarixdən güclü külək əsəcək, çaylardan sel keçəcək

Mart ayının 30-dan ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında səhər cənub-qərb küləyinin qısamüddətə arabir 15-20 m/s, 30-u axşamdan 31-i səhərədək isə şimal-qərb küləyinin 15-1

16:24 332
.

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb. Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb. Qəza zamanı 8 yaşl

10:35 131