Bakının gözəlliyi 4 ölkənin leybli ilə satışa buraxılacaq (Video)
"Amazing Baku" treki hazırlanıb
Dj BakuBoy və Dj Azəri Flash paytaxt Bakıya trek həsr ediblər. ANS PRESS-in məlumatına görə, "Progressive House" janrında hazırlanmış musiqi nömrəsi "Amazing Baku" adlanır.
5 dəqiqəlik musiqiyə yığılmış videoçarxda Azərbaycanın əsas şəhərinin gözəlliyi-qədim və müasir binalar, şəhərin küçələri və prospektləri, parklar, istirahət mərkəzləri və nəhayət "Crystal Hall"da keçirilən "Eurovision 2012"dən görüntülər yer alıb.
Trek bu yaxınlarda 4 leybllə - Azərbaycan, Rusiya, Ukrayna və Braziliya leyblləri vasitəsilə internet maqazinlərdə satışa çıxarılacaq.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş