Şou aləmində yeni qalmaqal yaşandı (Video)

Şou aləmində yeni qalmaqal yaşandı (Video)Şou aləmində yeni qalmaqal yaşandı. İki müğənninin sözü bir-birinin boğazından keçmədi. Xalq artisti Flora Kərimova əməkdar artist Aybəniz Haşımovanı ittiham edib. "Oqtay Kazımi və Şövkət xanımın xatirə gecəsinə mən dəvət almadım. O konsertlərin təşkilatçılığı ilə Aybəniz xanım məşğul idi. Mənim ora dəvət olunmamağımın səbəbi mənim mahnılarımın orada oxunmasıdır. Lakin bir şeyi nəzərə almadılar ki, onların səsində mənim mahnılarım səslənəndə, gələn alqışlar onlara yox, mənədir".

Ünvanına gələn bu sözlərdən əsəbləşib özünə yer tapa bilməyən Aybəniz Haşımova da xalq artistinin bu sözlərini cavabsız qoymadı: "Mən o tədbirlərin heç birinin təşkilatçısı deyiləm. Alboma kimlər daxil olmuşdusa, orada onlar oxuyurdu".

Flora xanım təkcə Aybəniz Haşımovanın ünvanına söylənməklə kifayətlənmədi. Xalq artisti həmkarının yeni müğənniliyə başlayan qızı Aynişanı da söz atəşinə tutdu: "Avroviziyaya müsabiqə keçirilən vaxtlar kimsə mənim adımdan Aybəniz xanıma deyib ki, onun qızı o müsabiqəyə getmək səviyyəsində deyil. O zamanlar elə bir sözü mən deməmişdim, ancaq indi deyirəm, doğrudan da, Aybəniz xanımın qızı Avroviziya mahnı müsabiqəsinə getmək səviyyəsində deyildi. Aybəniz xanım mənim qızı haqqında heç bir zaman demədiyim sözü, indi məcbur etdi ki, deyim".

Aybəniz Haşımovanın buna cavabı isə belə oldu: "Mənə maraqlı deyil, Flora xanım nə düşünür, ya başqası nə düşünür. Azərbaycan mədəniyyətinə heç bir mügənni, sənətçi rəhbərlik etmir ki, onun istəyi ilə biz səhnəyə çıxaq və ya səhnədən gedək. Mənə Aynişanın müəlliməsinin fikri maraqlıdır. Ümumiyyətlə, belə boş-boş sözlər mənə maraqlı deyil".

Sonda isə onu deyə bilərik ki, bu xəmir deyəsən hələ çox su aparacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9891   Tarix: 06 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əməkdar artist: "Kürəkənimin 40 mərasimində evə nəvəmin meyiti gəldi"

"Qızım Ülkərin həyat yoldaşını mal-mülkə görə qardaşının oğlunu qətlə yetirdi. Səbəb isə əmisinin sahib olduqlarını ələ keçirmək idi. Elə oldu ki, bu məsələdən 6 ay sonra onu da öldürdülər. Onlar Ukraynanın cənub-şərq hissəsində, Zaporojye şəhərində qalırdılar. Qətlə yetirdikdən sonra isə meyitin

25.03.2024 998
.

Bu da Nadir Qafarzadənin HƏYAT YOLDAŞI - FOTO

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə yeni paylaşım edib. BİG.AZ xəbər verir ki, sənətçi instaqram hesabında yeni fotosunu yayımlayıb. Fotoda ifaçının yanında həyat yoldaşı Sevinc xanım və oğlu da yer alıb. Müğənninin fotosu sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib

24.03.2024 2228
.

Mətanət İsgəndərli nəvəsi ilə - Foto

Əməkdar artist Mətanət İsgəndərli adını daşıyan nəvəsi ilə görüntüsünü paylaşıb. Axşam.az xəbər verir ki, müğənni Mətanətlə şəklinə "Gözəl balam Mətişim, səni çox sevirəm. Şirin nəvəm, Mətanətim" sözlərini yazıb. Qeyd edək ki, Mətanət sənətçinin oğlu Kərimin övladıdır. Kərim bir neçə il əvvə

28.03.2024 571
.

"Taş bebek" xəstəxanalıq oldu

"Taş bebek" ləqəbli türkiyəli müğənni-aktrisa Gönül Yazar xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, buna səbəb 87 yaşlı sənətçinin ayağındakı damarlarda laxtalanma olub. Hazırda onun müalicəsi davam edir

24.03.2024 246
.

"O qədər səhvlər etmişəm ki..."

"Mən səhv tutmağı sevmirəm. Səhvi olmayan insan natamamdır. O qədər səhvlər etmişəm. Bu gün onlar məni Aytən Səfərova edib". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Zarafat bir yana" verilişində deyib. O bildirib ki, efirdə hər zaman qadınları müdafiə edir: . "Hə

26.03.2024 570
.

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb. xəbər verir ki, pop star "Dünya yalnız səndən ibarət" adlı mahnısını dinləyicilərinə təqdim edib. Ağayeva sözügedən mahnı üçün həmçinin kamera qarşısına keçib. Qırmızılara bürünən eşq qadını yeni mahnısı üçün klip də lentə aldırıb

26.03.2024 375
.

Xanımı Kadir İnanırın son vəziyyətini açıqladı

"Təbii ki, hələ də yorğundur, zamana ehtiyacı var. Ziyarətimdə məni tanıması, əlimdən tutması kimi müsbət reaksiyaları oyanış prosesinin davam edəcəyinə ümid verdi". "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Kadir İnanırın 23 illik həyat yoldaşı Jülide Kura

28.03.2024 450
.

Kənan MM çəkiliş zamanı aktrisanı VURDU- VİDEO

Teleməkanın yerli seriallarında olan "Gizli yara"nın çəkilişləri zamanı maraqlı hadisə yaşanıb. -a istinadən xəbər verir ki, ekran işində əsas rolları canlandıran Kənan MM (Mahmudov) ilə Ülfət Bəşirin səhnəsindən olan kadr gündəm olub. İkilinin gərgin anlarını canlandıran səhnədə rejissor aktrisay

26.03.2024 1157
.

"Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin"

Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən həmkarlarına əsəbiləşib. Axşam.az xəbər verir ki, sənətçi bunun üçün açıqlama yayaraq, uzaq məsafəyə çağrılmasına etiraz edib:. "Qonaqlığınızı Mərdəkan, Şüvəlan, Novxanı, Nasosnu kimi yerlərə salmayın. Tıxacla gəlib çıxmaq olmur. İş, güc başlayıb

28.03.2024 689