Yemək deyil, kreslo yeyir! (Video)

Yemək deyil, kreslo yeyir! (Video)

İndiyə kimi yediklərinin isə sayı-hesabı yoxdur.

31 yaşlı Adele Edvards son 21 ildir hər gün kreslo süngəri yeyir. Edwardsa bu ilhamı əmi oğlu verib. 10 yaşında olanda Edvardsın əmisi oğlu pir parça süngəri çeynəməyə başlayıb və bu addımı Adele də təkrarlayıb. Bundan sonra isə Adele süngəri çeynəməkdən ayrıla bilməyib. Əvvəllər süngəri sadəcə çeynəyir və bir müddətdən sonra tüpürürmüş. Ancaq bu getdikcə unudularaq, yeməklə əvəzlənib.

Adele Edvards 3 il əvvəl gecə vaxtı qarnında kəskin ağrıyla yuxudan oyanıb və dərhal xəstəxanaya aparılıb. Həkimlər onun bağırsaqlarında keçməzlik olduğunu bildirib. Altı gün ərzində keçməzlik yaradan kütləni təmizləməyə çalışan həkimlər, nəticədə Edvardsı cərrahiyyə stoluna çıxarmalı olublar. Və əməliyyatla onun bağırsağında ilişib qalmış süngər kütləsi çıxarılıb.

Adele Edvardsa müəyyən mineralların çatışmazlığı ilə tabaşir, toz, batareya kimi şeylərə yönəlməyə səbəb olan "pika" diaqnozu qoyulub. Bu cür yemək pozğunluqlarına səbəblərdən biri də stressdir. Adele Edwards bu vərdişindən xilas olmaq üçün hipnoz və müalicələrə başlayıb.

İndiyə qədər 15 divanlıq süngər yediyi müəyyənləşdirilən Edvards, gündəlik tələbatını 15 dəfəyədək azaldıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1023   Tarix: 22 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740