Samsung ağıllı satdı, ağıllı qazandı

Samsung ağıllı satdı, ağıllı qazandıKoreyanın "Samsung Electronics" şirkəti bildirib ki, 2012-ci ilin dördüncü rübündə onun mənfəəti "ağıllı" telefon və planşetlərin uğurlu satışı fonunda 76 faiz artıb.Dərc edilmiş hesabata əsasən, 2012-ci ilin dördüncü rübündə Koreyanın elektron nəhənginin xalis mənfəəti 7,04 trilyon Koreya vonu və ya 6,6 milyard dollar təşkil edib. Şirkətin satış həcmi 1 il ərzində 18,5 faiz artaraq 56,1 trilyon dollar təşkil edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, rübün nəticəsinə görə, "Samsung" ən böyük mobil və "ağıllı" telefon satıcısı olaraq qalıb. Lakin son rübdə Koreya şirkətinin artım sürəti bir qədər zəifləyib və bu, bazar strukturundakı problemlərdən xəbər verir.

Müstəqil mütəxəssislərin hesablamasına görə, şirkət hesabat rübündə 110 milyon mobil telefon və 60 milyon "ağıllı" telefon satıb. Müqayisə üçün qeyd edək ki, "Apple" şirkəti müvafiq dövrdə 47,8 milyon "iPhone" satıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2921   Tarix: 26 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040