Faydalı sitrus meyvələrindən biri də naringidir

Faydalı sitrus meyvələrindən biri də naringidirNaringi orqanizmi vitaminlərlə zənginləşdirərək infeksiyalarla mübarizə etməyə kömək edir. Naringi digər sitrus meyvələri kimi, öz faydalı xüsusiyyətlərini uzun müddət saxlayır.
Naringi orqanizmi göz, dəri və s. üçün zəruri olan A provitamini, S vitamini, əsəb sisteminin fəaliyyətinə təsir göstərən B1 vitamini, qışda lazım olan D vitamini, K vitamini və s. ilə təmin edir. Naringinin kalori miqdarı tərkibindəki şəkərin miqdarından asılı olaraq 38-45 Kkal. təşkil edir. Bununla belə, naringidə limon turşusu olduğuna görə nitratlar olmur. Lakin naringinin faydaları bununla bitmir. Naringinin təzə çəkilmiş şirəsi diyetik və müalicəvi içki kimi uşaq və xəstələr üçün tövsiyə edilir. Yüksək hərarət zamanı naringi soku susuzluğu yatırır. Bundan əlavə, naringi və soku fitonsid və antiseptik xassələrinə görə mikrob və virus əleyhinə yaxşı vasitədir. Həmçinin naringinin astma və bronxit kimi xəstəliklərin müalicəsində də müsbət təsiri sübüt olunmuşdur. Ağciyər və bronxlarda toplanmış seliyi təmizləmək üçün səhərlər təzə çəkilmiş naringi şirəsi içmək tövsiyə olunur. Bronxit və traxeit zamanı naringinin qurudulmuş qabıqlarını suda qaynadıb içmək bəlğəm gətirici və öskürəyi yumşaldan vasitə kimi çox faydalıdır. Bunlarla yanaşı, naringi göbələk əleyhinə də istifadə olunur. Onun dilimindən və ya qabığından olan şirə göbələyə tutulmuş dəri və dırnaqları müalicə etməyə qadirdir. Bunun üçün həmin nahiyələri şirə ilə tez-tez silmək lazımdır. Naringi şirəsi helmintlər əleyhinə də yaxşı vasitədir. Naringinin müntəzəm istifadəsi bədəni qüvvətləndirir və maddələr mübadiləsini yaxşılaşdırır, bağırsaq pozğunluğunu aradan qaldırır. Ürəkbulanma və köp zamanı naringinin təzə soyulmuş qabığı kömək edir, həzm etməni stimullaşdırır. Naringinin efir yağı isə həm psixoloji, həm də əzələ gərginliyini aradan qaldırmaq üçün istifadə olunur. Naringinin salat və isti yeməklərdə ət, balıq, dəniz məhsulları, düyü və tərəvəzlərlə birgə istifadəsi də geniş yayılmışdır.
Mədə yarası, onikibarmaq bağırsaqın yarası, yüksək turşuluqla qastrit, enterit, kolit, bağırsaq iltihabları, xolesistit, hepatit və kəskin nefrit xəstəlikləri zamanı naringinin istifadəsi tövsiyə olunmur. (AzbukaDiet.ru)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2268   Tarix: 22 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542