"8 km stadionu"nun adı dəyişdirildi

"8 km stadionu"nun adı dəyişdirildiBakının Nizami rayonu ərazisində yerləşən "8 km stadionu" "Bakcell Arena" adlanacaq. "Bakcell" və AFFA stadionun adının dəyişdirilməsi ilə bağlı razılığa gəliblər.

Son illərdə Azərbaycanda futbolun inkişafını dəstəkləyən "Bakcell" şirkəti 2012-ci ildə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012 çərçivəsində AFFA ilə yaxından əməkdaşlıq edib. MDB məkanında "Mançester Yunayted" klubunun ilk və yeganə tərəfdaşı olan şirkət Azərbaycanda futbolun inkişafına dəstək göstərmək məqsədilə AFFA ilə əməkdaşlığa böyük maraq göstərib.

"Azərbaycanın futbol azarkeşləri Bakcell-in futbolun inkişafına göstərdiyi qayğı və diqqəti hər zaman hiss edir. Biz ölkədə futbolun inkişafı üçün səylər göstəririk. Ötən il biz bu istiqamətdə AFFA ilə sıx əməkdaşlığa başlamışıq. Sponsorluq və adlandırma vasitəsilə stadionların imkanlarının gücləndirilməsi və inkişafı bütün dünyada geniş yayılmış bir ənənədir. Biz Azərbaycanda AFFA-nı və futbolu dəstəkləməkdən məmnunuq. "Bakcell Arena" böyük bir brenddi, böyük bir oyunu və böyük bir stadionu bir araya gətirən unikal bir layihədir. Bir çox başqa sahələrdə olduğu kimi, biz bu sahədə də birinci olmaqdan çox məmnunuq", - "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

AFFA-nın baş katibi Elxan Məmmədov isə fikrini belə izah edib: "AFFA tərəfindən stadionun adının satılması ilə bağlı tenderdə iştirak etdiyinə və qalib gəldiyinə görə "Bakcell" şirkətinin kollektivini təbrik edir və birgə əməkdaşlıq yolunda uğurlar arzulayıram. FIFA U-17 qadınlararası DÇ Azərbaycan 2012-nin milli tərəfdaşlarından biri olan şirkət çempionatın keçirilməsinə öz dəstəyini göstərib. Bununla yanaşı, qeyd etmək istərdim ki, "Bakcell" stadionun adını almaqla bir kommersiya şirkəti olaraq bu sahədə ölkəmizdə ilkə imza atdı. Bu onu göstərir ki, ölkəmizdə futbolun inkişafı naminə həyata keçirilən kompleks tədbirlər ondan reklam və sosial məsuliyyət sahəsində də istifadə olunmasına geniş zəmin yaradır"

"Bakcell Arena"nın brendinq prosesinə yaxın vaxtlarda start veriləcək. Stadionun girişindən tutmuş tribunalara və soyunma-geyinmə otaqlarına qədər hər yer xüsusi brendinq planına uyğun olaraq yüksək səviyyədə tərtib olunacaq.

Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kv.m. olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanıb və beynəlxalq standartlara cavab verən stadion qısa bir müddət ərzində istifadəyə verilib. Bakcell-in də milli tərəfdaşı olduğu FIFA U-17 qadınlararası DÇ Azərbaycan 2012-nin bir çox oyunu burada keçirilib. 11 min tamaşaçı yeri olan "Bakcell Arena" ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir. Tribunada ailə baxış və 17 skayboks VİP, tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunma-geyinmə, məşqçilər, hakimlər, həkimlər, mətbuat nümayəndələri üçün otaqlar və konfrans zalları, dopinq-nəzarət və digər otaqlar yerləşir. Stadionun 400 avtomobil tutan dayanacağı var.

Müqavilənin maliyyə tərəfi kommersiya sirri olduğuna görə açıqlanmayacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 4812   Tarix: 23 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975