Keçmiş prezidentin varidatı hərraca çıxarıldı (Foto+Video)

Devrilən Tunis liderinin ailəsinin avtomobilləri,geyimləri və sairə alıcı gözləyir.Tunisdə "Ərəb bahar"ı nəticəsində devrilmiş prezident Zeynəlabdin Bin Əlinin bahalı və dəbdəbəli əşyaları hərraca çıxarılıb. Hərracı təntənəli şəkildə ölkənin baş naziri açıb. Bin Əlinin hərraca çıxarılan varidatına tamaşa etməyə gələnlər arasında xarici ölkə vətəndaşları da olub.

Nümayiş olunan əşyalar arasında bir vaxtlar prezidentə məxsus saysız-hesabsız dəbdəbəli maşınlar, tarixi əhəmiyyətli ornamentlər, daş-qaşlar, qızıldan olan miniatür sfinkslər, keçmiş birinci xanımın çantaları,ayaqqabı və geyimləridə var.
Ümumilikdə 12 min əşya hərraca çıxarılıb. Onların arasında keçmiş prezidentin ailəsinə aid 39 lüks avtomobil, 300-dən artıq qızıl-zinət əşyası var. Hərraca giriş 30 dinardır (təqribən 16 manat).

Xatırladaq ki, 1987-ci ildən bəri Tunisə başçılıq etmiş Bin Əli 2011-ci ilin əvvəlində başlamış inqilabdan sonra Səudiyyə Ərəbistanına qaçıb.

anspress

Keçmiş prezidentin varidatı hərraca çıxarıldı (Foto+Video)Keçmiş prezidentin varidatı hərraca çıxarıldı (Foto+Video)Keçmiş prezidentin varidatı hərraca çıxarıldı (Foto+Video)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 7824   Tarix: 30 dekabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390