Suyu düzgün içməmək, sağlamlığa zərərlidir.

Suyu düzgün içməmək, sağlamlığa zərərlidir.Sumamə bin Abdullah deyir ki, Ənəs bin Malik (r) su içərkən 2-3 dəfə ara verərək nəfəs alardı və deyərdi ki: "Rəsulullah (s) üç dəfə ara verərdi." (Buxari)

İbni Abbas (r) Rəsulullahdan (s) rəvayət edir: "Dəvə kimi bir dəfəyə içməyin. Lakin iki və üç dəfəyə için. İçərkən Allahın adını çəkin və içdikdən sonra da Allaha həmd edin." (Tirmizi)

İbni Əbu Qatədə atasından Peyğəmbərin (s) belə dediyini rəvayət edir: "İçərkən içdiyiniz qabın içində nəfəs almayın...." (Buxari)

Müslim və "sünən" sahiblərinin Əbu Asimdən fərqi (yolu) ilə Ənəsin (r) Rəsulullahdan (s) rəvayətində Rəsulullah içərkən üç dəfə ara verərdi və deyərdi ki: "Bu cür daha doyurucu, daha qoruyucu və daha afiyətlidir." Yəni daha yaxşı susuzluğu qaldırar və susuzluqdan, təhlükədən qoruyur. Murad olunan budur ki, bu üslubla içmək insanın orqanizminə yaxşı təsir bağışlayır, orqanizmdə heç bir təhlükə yaratmır və susuzluğu götürür.

Bəzi alimlərin bu barədə görüşləri: "İçilən şeyin içində nəfəs almaq dair nəhy (qadağa), yemək-içmək də olan nəhy kimidir. Çünki bir kimsə içdiyi qabın içində nəfəs alarsa ora içən kəsin ağız suyunun axa bilmə ehtimalı var ki, bu da həmən qabdan içən digər bir kəsin iyrənməsinə səbəb ola bilər. Bu hökm əgər digərləri də o qabdan içərsə belə olur. Əgər özü tək və ya ailəsi ilə yeyib-içirsə, ailəsi ondan iyrənmirsə qabın içində nəfəs almağında bir qəbahət yoxdur."

Digər bir alim: "bu qadağa ümumidir. Çünki tək olsa belə bilinmir ki, içən kəs içdiyini axıra qədər içə biləcək yoxsa artığı qalacaq" deyir.

Qurtubi isə belə deyir: "Qabın içində nəfəs almaqdakı qadağadan məqsəd ora tüpürcəyin düşməsi və suda olan qoxunun qoxulanaraq iyrənilməməsindən ötəridir." (Fəthul-Bari 10/94)

Mütəqəddimlər (klassiklər) belə anlamışlar. Müasirlər isə bəzi digər mənaları da əlavə etmişlər. Onlardan biri deyir: "Bu da Peyğəmbərimizin sünnətindən digər birisidir ki, bunu Peyğəmbər (s) gözəl əxlaqı tamamlamaq üçün bizlərə öyrətmişdir. Yemək-içməyə üfürmək ümumi ədəbdən çıxmaqdır və digərlərini alçaltmaq, xor baxmaq üçün bir ünsürdür.(yəni bu mənanı daşıya bilir) Peyğəmbər (s) isə ədəb-ərkan öyrədənlərin və tərbiyəçilərin öndəridir.

Nəfəs almaq ağ ciyərlərin hava ilə dolub boşalmasından ibarətdir. Havanı daxilə çəkərkən oksigen ağ ciyərlərə dolur və ağ ciyərlər də öz növbəsində orqanizmə lazım olan maddələri oksigendən çəkir. Sonra da ağ ciyər bu havanın tərkibində bir qədər oksigen qazı qalan karbon qazını xaric edir. Həmçinin daxildə orqanizmin artıqları buxarlanaraq qaz şəklində xaric olur. Bu qazların nisbəti bəzi xəstəliklərə tutulanda daha da çox olur. Beləliklə ağ ciyərlərdən hava xaric olanda, bir az oksigenlə bərabər orqanizmin buxarlanmış və qaza çevrilmiş artıqları (tullantıları) karbon qazının tərkibində xaric olur. Buna görə də Peyğəmbər (s) yemək-içməyə üfürməyi nəhy etmişdir."

Peyğəmbər (s) bununla bərabər, içərkən digər bir mühüm şeyə də diqqətləri cəlb etmişdir. Məlumdur ki, su içən bir kimsə bir dəfəyə suyu içərkən nəfəs almamaq məcburiyyətində qalır. Çünki yemək borusu ilə nəfəs borusu boğazda kəsişirlər. Eyni vaxtda bu iki proses həyata keçə bilməsi mümkün deyil. Insan müəyyən müddətə tənəffüsünü dayandırdıqda hava ağ ciyərlərdə sıхılıb qalmaqla ağ ciyər qоvucuqlarının divarlarına təzyiq еtməyə başlayır və nəticədə ağ ciyərlərdə gеnişlənmə baş vеrir ki, bunun da nəticəsində sözü gеdən оrqan tədricən öz еlastikliyini itirir.

Dоğrudur, bu, еyni hal bir nеçə dəfə təkrarlandıqda, təsadüfi хaraktеr daşıdıqda baş vеrmir.Ancaq, insan buna adətkar оlduqda, еyni hadisəni tеz-tеz təkrarladıqda, suyu dəvə kimi bir nəfəsə içdikdə ağ ciyərlərin еmfizеmasının (хəstəlik nəticəsində bədənin müхtəlif nahiyələrində hava və ya qazın yığılması) simptоmları özünü göstərir. Kiçicik hərəkət tənəffüsün daralmasına, dоdaqların və dırnaq altı nahiyənin göyərməsinə səbəb оlur. Gеnişlənmə səbəbilə ağciyərlər ürəyi sıхır, nəticədə ürək çatışmamazlılığı оrtaya çıхır. Bu da öz növbəsində qara ciyərə təsir еdərək оnun şişməsinə səbəb оlur ki, bunun da nəticəsində bədənin bütün nahiyələrində su yığılması baş vеrir.Ağciyərlərin еmfizеması о dərəcədə təhlükəli хəstəlik növlərindəndir ki, həkimlər hətta оnu ağ ciyərlərin хərçəngi хəstəliyindən daha хətərli hеsab еdirlər.

Pеyğəmbərimiz (səv) öz ümmətinin bu kimi prоblеmlərə düçar оlmaması üçün suyu kiçik qurtumlarla və üç dəfəyə çməyi məsləhət görmüşdür. Bu üç mərhələ də öz növbəsində susuzluğu tam dəf еtməyə, nuş оlmağa və əziyyətdən qurtulmaya imkan vеrir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5617   Tarix: 14 dekabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311