Sakit okeanda Sendi adası yoxa çıxıb

Sakit okeanda Sendi adası yoxa çıxıb

Bu əsl mistika filmlərini xatırladır.

Belə ki, Sakit Okeanda yerləşən, xəritələrdə görünən balaca bir ada izsiz-tozsuz yoxa çıxıb. Sendi adlanan ada Avstraliya ilə Fransa müstəmləkəsi Yeni Kaledoniya arasında yerləşirdi. Adanı axtarmağa gedən avstraliyalı alimlər onun heç izini də tapa bilməyiblər.

İlk dəfə ruh adaya 2000-ci ildə rast gəlinib. Belə ki, “National Geographic”-in hazırladığı xəritələrdə bu adanın fotoları olub. Sonralar da dəfələrlə görülən ada birdən birə itib. Alimlər güman edirlər ki, ada sadəcə batıb və hazırda okeanın dibindədir.

25 günlük axtarışlardan sonra ekspedisiyanın üzvü, Sidney Universitetindən olan Mariya Seton deyib:
Biz adanı tapmaq istəyirdik. Belə ki, Google Earth və başqa xəritələrdə bu ada görünürdü. Lakin gedib adanı tapa bilmədik.
Hələ də ruh adanın tapılması üçün araşdırmalar davam edir.

publika.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3591 Tarix: 28.11.2012



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər