Çörək niyə bahalaşdı?

Çörək niyə bahalaşdı?2012-ci ilin bütün dünyada məhsul ili olmayacağı hələ bir neçə il əvvəl məlum idi. ABŞ-da quraqlıq, 1300 qraflığın və ya ölkə inzibati rayonlarının üçdə birinin təbii fəlakət zonası sayılması, Latın Amerikasının aqrar cənubunda və dünyada əhalinin sayına görə ikinci ölkəsi olan Hindistanda, Rusiyanın, Ukraynanın, Qazaxıstanın ayrı-ayrı regionlarında yağışların lazımi miqdarda düşməməsi – bütün bunlar buğda məhsullarının qiymətinin artmasına, bu il tarixi rekord göstəricilərə səbəb olub.

Sanki, öz buğda tələbatını tam ödəyə bilməyən və onu Qazaxıstan, Rusiyadan idxal etməyə (bu il, sentyabrın sonuna idxal həcmi 700 min ton təşkil edib) məcbur olan Azərbaycanda narahatlıq üçün əsas vardı. Ən azı, sahibkarlara idxalı artırmaq və əlavə buğda, un ehtiyatı toplamaq təklifi ilə çıxış etmək olardı. Amma yox… Bunun əvəzində Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi qürurla bəyan edib ki, bu il, ən azı, 2,8 mln. ton səviyyəsində buğda məhsulu yığımını gözləyir.

Nazirliyin bitkiçilik məhsullarının istehsalı üzərində nəzarət və onların hasilatı şöbəsinin müdiri Sabir Vəliyev deyib ki, iyulun 23-ə olan məlumata görə, Azərbaycanda 2,41 mln. ton payız-yaz buğda məhsulu toplanıb, bu isə ötən ilin analoji mərhələsi ilə müqayisədə 9,36% çoxdur. Amma ötən il çörəyin qiyməti qalxmamışdı axı. Nə üçün indi buğda məhsulunda artım olduğu halda, qiymət üç dəfə artıb?

Öz növbəsində Dövlət Gömrük Komitəsinin 2012-cü ilin yanvar-avqust ayları üçün hesabatında qeyd olunub ki, il ərzində Azərbaycana un idxalı 98%, buğda idxаlı 7% azalıb. Bütün bunlardan orta statistik sahibkar belə qənaətə gəlməlidir ki, biz, prinsipcə, bizim un və buğda idxalına elə də ehtiyacımız yoxdur. Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Komitəsi bəyan edib ki, hazırda çörəyin çatdırılması və satışı ilə bağlı bəzi problemlər olsa da, onlar sanitar-gigiyena normalarının pozulması ilə bağlı deyillər. Söhbət çörək və çörək məhsullarının həmin qablaşdırılmasından, daha doğrusu, o qablaşdırmanın olmamasından gedir.

Nazirlər Kabinetinin "Azərbaycan ərazisinə gətirən və ƏDV-dən azad edilən məhsulların siyahısı" barədə qərara olunan dəyişikliklərin 24 sentyabr 2012-ci ildə qüvvəyə minməsindən sonra istehlakçı bəzi narahatlıqlar hiss edə bilərdi. Amma narahatlıq üçün çox az zaman qalırdı, çünki hətta bir aydan da az müddətdən sonra çörəyin və un məmulatlarının qiyməti artdı. Maraqlısı budur ki, qərar İqtisadi İnkişaf, Fövqəladə Hallar, Maliyyə, Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin razılaşması əsasında qəbul olunub. Amma… Azərbaycan qurumları öz aralarında uzun müddət, ilk baxışdan sadə görünən qərarı razılaşdırmalı oldular, onun qəbulu aparıcı dünya ölkələrindəki istehsal bazarlarındakı situasiyanın elementar təhlilindən doğurdu.

Amma aparıcı ölkələr bir yana… Qonşu Ermənistanda çörəyin qiymətini təhlil etmək olardı. Onlar 2012-ci ilin yanvar-avqust aylarında Ermənistanda un və çörək məmulatları bazarında qiymətlərin kəskin artımının səbəblərini təhlil etmək əvəzinə, təcavüzkar ölkənin ərzaq bazarında vəziyyətin müntəzəm pisləşməsini məmnunluqla müşahidə edirlər. Əlbəttə, düşünmək olardı ki, necəsə bu, cari ilin iyulunda qarğadalı və buğdanın qiymətinin bahalaşması ilə bağlıdır.

İndi isə, hörmətli istehlakçı, həqiqətin gözünə dik baxmağın vaxtıdır. Həqiqət isə belədir ki, soyya və buğda məhsullarının qiymətinin arxasında uyğun olaraq ət məshullarının qiymətlərinin artması durur.

Məntiq sadədir, soya və qarğıdalı zülalının emalı məhsulu nə qədər azdırsa, yüksəkməhsuldarlı heyvan cinslərinin qida rasionu o qədər kasaddır, onları saxlamaq sərf eləmir, bu da iribuynuzlu mal-qaranın sayının azalmasına səbəb olur.

Bu barədə BMT-nin Ərzaq təşkilatı çoxdan həyəcan təbili çalırdı və bildirirdi ki, 2012-ci ildə quraqlıq bütün dünyanı öz ağuşuna alacaq və bir sıra yerlərdə kütləvi aclığa səbəb olacaq. Amma hələ biz bunun hayında deyilik. Bizim üçün əsas olan çörəyin qablaşdırılmasıdır. Bəli… Üstəlik, badımcanın qiymətinin kəskin şəkildə artması ilə barışmaq olmaz…

Mənbə: ann.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5180   Tarix: 22 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

13:00 0
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 427
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

12:54 2
.

Ukrayna: Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, 29 nəfər yaralanıb

Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Dnipro şəhərində 5 mərtəbəli bir mənzilin vurulduğu bildirilib. Bu hücum nəticəsində 2 nəfərin öldüyü

19.04.2024 351
.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

19.04.2024 369
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 259
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 224
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 194
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 222